Şriftin ölçüsü :

Saytın rəngi :

İftar süfrəsi.

05 iyul 2016 | 16:00

5 iyul 2016-cı il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 1 saylı Körpələr evi və Uşaq bağçasında Xocalı rayon İcra hakimiyyəti tərəfindən iftar süfrəsi açılmışdır.
Rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov başda olmaqla, rayonun idarə, müəssisə, təşkilat nümayəndələrinin, Xocalı dindarlarının, şəhid ailələrinin, ziyalıların və Qarabağ müharibəsi veteranlarının iştrak etdiyi iftar süfrəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunmuş, tutulan orucların, edilən duaların qəbul olunması arzulanmışdır.
Mərasim iştrakşıları iftar süfrəsinin təşkilinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və növbəti Orucluq bayramını bu gün işğal altında olan torpaqlarımızda keçirməyin bizlərə nəsib olmasını Allahdan arzulamışlar.
 

Keçidlər