2 fevral - Gənclər Günü münasibətilə Xocalı rayon gənclərinin toplantısı keçirilmişdir.
02 fevral 2024 | 16:41
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon Mədəniyyət evində 2 fevral - Gənclər Günü münasibətilə rayon gənclərinin toplantısı keçirilmişdir.
Xocalı rayon İcra Hakimiyyətinin, Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılğı ilə keçirilən tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib abidənin önünə gül dəstələri düzmüşdürlər.
Xocalı rayon Mədəniyyət evində davam etdirilən tədbirdə əvvəlcə Dövlət Himnimiz səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Elməddin Bağırov dövlət gənclər siyasətindən danşıb, rayon gənclərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirin sonunda 2 Fevral - Gənclər Günü ilə bağlı videoçarx təqdim edilib və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri diplomlar təqdim edilmişdir.
Tədbirin sonunda 2 Fevral - Gənclər Günü ilə bağlı videoçarx təqdim edilib və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri diplomlar təqdim edilmişdir.