Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon ümumtəhsil müəssisələrində "Bilik Günü" qeyd edildi.

15 sentyabr 2016 | 16:00

    Sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır.  Elə bu məqsədlə də Xocalı rayon ümumtəhsil müəssisələri də 15 sentyabr “Bilik Günü”nü böyük təntənə ilə qeyd elədilər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov başda olmaqla, rayonun digər idarə. müəssisə və təşkilat nümayəndələri, həmçinin rayon ictimaiyyəti və valideynlər də iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubov şagirdləri  15 sentyabr bilik günü münasibəti ilə ürəkdən təbrik etmiş, onlara gələcək həyatlarında  uğurlar və vətənə layiqli övladlar olamlarını arzulamışdı. Sonda məktəblilərə məktəbli ləvazimatları hədiyyə olunmuşdur.

Keçidlər