Şriftin ölçüsü :

Saytın rəngi :

Xoсalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbirlərə artıq start verildi.

10 noyabr 2016 | 16:00

    Məlumat üçün bildiririk ki, Xocalı soyqırımının 25-ci ildönümünün ümumrayon çərçivəsində qeyd olunmasına dair 14 aprel 2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində tədbirlər planı hazırlanmışdır. Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, rayon ərazisində faciənin 25-ci ildönümünün qeyd olunması ilə əlaqədar olaraq tədbirlərə artıq start verilmişdir. Belə tədbirlərdən biri də 10.11.2016-cı il tarixdə Xocalı rayon İcra hakimiyyətinin və Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Xocalı, Kəlbəcər və Goranboy rayon yeniyetmə və gənclərindən ibarət açıq kütləvi kross turnirinin təşkil olunmasıdır. Turnirdə 3 rayondan 54 nəfər idmançı iştirak etmişdir. Yarışmanın sonunda I, II və III yer qalibləri Xocalı rayon İcra hakimiyyətinin, Xocalı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə hazırlanmış diplom və hədiyyələrlə təltif olunmuşdur. Həmçinin turnirdə fərqlənən əlavə 7 nəfərə də diplomlar təqdim olunmuşdur.

Keçidlər