Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral “Gənclər Günü” münasibəti ilə ümumrayon tədbiri.

02 fevral 2017 | 16:00

     02.02.2017-ci il tarixdə Xocalı rayon İcra hakimiyyətinin və Xocalı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral “Gənclər Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilat nümayəndələri, rayon gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
     Tədbirdə çıxış edən Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubov bildirmişdir ki, ölkəmizdə dövlət-gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuşdur. Bu gün də bu siyasət möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin gənclər siyasətinə diqqət və qayğısının ən bariz nümunəsidir ki, bu gün gənclərimiz təkcə ölkəmizdə yox, digər xarici ölkələrin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alırlar. İstənilən sahə üzrə beynəlxalq arenalarda milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızı yüksəklərə qaldırırlar. Bu gün Azərbaycan gəncliyi istənilən sahə üzrə cəmiyyətdə öz sözünü deyir və öz mövqeyini qoruyub saxlayır. 
       Məcburi köçkünlük şəraitində olmasına baxmayaraq, Xocalı rayon gəncliyi də dövlət-gənclər siyasəti nəticəsində əldə olunmuş uğurlardan heç də geri qalmır. Belə ki, rayonumuzun gəncləri istər təhsilləri, istər istedad və bacarıqları, istərsə də mədəni təfəkkürləri ilə öz sözlərini demiş gənclərdir. Onların əldə etdikləri bütün bu uğurlar isə dövlətimizin gələcəyə hesablanmış uğurlarıdır. Daha sonra rayonun ictimai-siyasi həyatında xüsusi fəallıq göstərmiş gənclərin təltif olunma mərasimi keçirildi.
      Tədbir Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə hazırlanmış əyləncəli-musiqili proqramla davam etdi.
 

Keçidlər