Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin social-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubovun hesabat yığıncağı keçirilmişdir.

08 fevral 2017 | 16:00

08.02.2017-ci il tarixdə 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında Xocalı rayon İcra hakimiyyətinin başçısı cənab Şahmar Usubovun hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Elman Məmmədov və Flora Qasımova, Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının nümayəndəsi Ağa-Əli Əhmədov, rayonun idarə və təşkilat nümayəndələri və rayon əhalisi iştirak etmişdir.
Azərbaycan tarixinə dovlət müstəqilliyimizin bərpasının 25-ci il dönümü kimi daxil olmuş 2016-cı il, bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli 2378 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması məqsədi ilə xüsusi tədbirlər planı təsdiq edilmişdir. Respublikanın hər yerində olduğu kimi Xocalı rayon İcra Hakimiyyəti tərəfindən də hər birimizin qürur mənbəyi olan dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş xüsusi Tədbirlər Planı hazırlanmış və həmin Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir. Azərbaycan tarixinə dovlət müstəqilliyimizin bərpasının 25-ci il dönümü kimi daxil olmuş 2016-cı il, bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli 2378 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunması məqsədi ilə xüsusi tədbirlər planı təsdiq edilmişdir. Respublikanın hər yerində olduğu kimi Xocalı rayon İcra Hakimiyyəti tərəfindən də hər birimizin qürur mənbəyi olan dövlət müstəqilliyimizin 25-ci ildönümünə həsr olunmuş xüsusi Tədbirlər Planı hazırlanmış və həmin Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilmişdir.
      Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dünyada və regionda baş verən mürəkkəb hadisələrə baxmayaraq respublika prezidenti İlham Əliyev cənabları tərəfindən 2016-cı ildə uğurla davam etdirilmiş, dövlətimizin malik olduğu daxili resurslar bir daha nəzərdən keçirilərək güclü iqtisadiyyatın təmin edilməsi məqsədi ilə qətiyyətli addımlar atılmış, həyata keçirilmiş məqsədyönlü siyasət sayəsində gələcəyə böyük ümidlər formalaşdırılmışdır.
Aprel döyüşləri zamanı ermənilərin atəş zonasından xilas edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı Sərəncam bütün respublika əhalisi kimi Xocalı rayon ictimaiyyəti tərəfindən də olduqca yüksək qiymətləndirilir, ”Böyük Qaydışın” başlanğıcı kimi qəbul edilir. Biz əminik ki, Cocuq Mərcanlıdan başlayan qayıdış respublikamızın prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə erməni vandanları tərəfindən viranəliyə çevrilmiş digər işğal altında olan yurd yerlərimizin, yaşayış məntəqələrimizin bərpası ilə tamamlanacaqdır. Bu gün Ermənistan mətbuatını izləyən hər bir kəs yuxarıda qeyd olunanların həqiqət olduğuna bir daha əmin ola bilər.
Ötən illərdə olduğu kimi 2016-cı ildə də Azərbaycan ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bir sıra beynəlxalq humanitar və idman yarışlarına ev sahibliyi etmişdir. 2016-cı ildə keçirilmiş avtoralli yarışlarını Azərbaycanın beynəlxalq miqyasda təbliği baxımından həyata keçirilmiş ən uğurlu hadisələrdən biri kimi qiymətləndirmək olar. 2017-ci ildə də bu tipli tədbirlər həyata keçiriləcəkdir. İslam əməkdaşlığı oyunlarının keçirilməsini buna misal göstərmək olar .
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə ölkəmizin qarşısında duran bütün vəzifələr uğurla icra edilmiş, Azərbaycan öz surətli inkişaf tempini saxlaya bilmiş, iqtisadi və sosial proqramlar yerinə yetirilmiş, böyük layihələr icra edilmişdir.
Keçən il dünyada və bölgədə müxtəlif proseslər baş vermiş, gərginlik demək olar ki, böyük dərəcədə artmışdır. Ancaq Azərbaycan xalqı 2016-cı ildə də təhlükəsizlik şəraitində yaşamışdır.
Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli uğurlu xarici siyasət aparır. Keçən il həm qonşu, həm də Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün böyük işlər görülmüşdür. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və ölkəmizin beynəlxalq nüfuzu getdikcə artır.
Regional məsələlərin həllində Azərbaycanın rolu əvəzolunmazdır. Ölkəmiz bir çox təşəbbüslərin müəllifidir. Bu təşəbbüslər real layihələrə çevrilir və onların icrası bizim imkanlarımızı artırır, ölkəmizə siyasi və iqtisadi dividendlər gətirir.
Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda fəal iştirak edir. Ötən dövr ərzində Azərbaycan demokratiyanın inkişafına, insan hüquqlarının qorunmasına və ədalətin bərqərar olunmasına çox böyük töhfələr vermişdir. Xüsusilə ölkəmizin multikulturalizimlə bağlı təcrübəsi nadir xarakter daşıyır və bu təcrübə dünyada daha geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.
Ermənistan keçən il bir neçə dəfə açıq təxribatlara əl atmış, hər dəfə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtmuşdur. Növbəti erməni təxribatlarına cavab olaraq 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu əks-hücüm əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır.
2016-cı ildə bizim ordu potensialımız daha da gücləndirilmişdir. Hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir. Bu, belə də olmalıdır. Biz müharibə şəraitində yaşayırıq. Bütün böhranlara, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, biz ordumuzu ən müasir silah –sursat, texnika ilə təmin edirik. Keçən il çox önəmli addımlar atılmışdır. Ən müasir silahlar ölkəmizə gətirilmişdir və bu il də bu proses davam edəcək. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır, həm döyüş qabiliyyəti, həm də təminat - təchizat baxımdan. Bizim yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlarımız var. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə nümayiş etdirilməyib.  Lazım olan vaxtda,  lazım olan yerdə onlar nümayiş etdiriləcək.
Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan daha da zəifləyir.
Azərbaycan  Respublikasının  prezidenti  cənab İlham Əliyevin   rəhbərliyi altında  dövlət  idarəçilik sisteminin  təkmilləşdirilməsi, şəffaflığın artirilması, mövcud  nöqsan  və  çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq qurumlar və ya komissiyalar  yaradılır. Məhz belə komissiyalardan biri də “ Korrupsiyaya qarşı mübarizə üzrə  komissiyası”dır ki, həmin komissiyanın sədri Azərbaycan  Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik  cənab Ramiz  Mehdiyevdir. “ Azərbaycan   Respublikasının   Korrupsiyaya qarşı  mübarizə  üzrə Komissiyası”nın   26 dekabr  2016-cı il tarixində  komissiya sədri   cənab  Ramiz Mehdiyevin    sədrliyi ilə   geniş  tərkibdə  müşavirəsi keçirilmiş, Respublika  rəhbərliyini  və  ictimaiyyəti narahat  edən  bir  sıra  məsələlər  aidiyyəti  dövlət  qurumlarının   rəhbərləri  ilə   birgə   müzakirə  edilmişdir. Qeyd olunan   müşavirədə   təhsil , səhiyyə,  mədəniyyət   sahələrində  yol verilmiş  maliyyə  pozuntuları  xüsusi  qeyd  edilmiş, torpaqlardan təyinatı  üzrə   istifadə  qaydalarının   kobud surətdə  pozulması,  tikinti  norma  və qaydalarına əməl edilməməsi, ayrı-ayrı  hallarda   hüquqpozmalara   qarşı  qanunvericilikdə  inzibati  cərimələrin nəzərdə  tutulduğu halda  tətbiq edilməməsi,  yalnız   xəbərdarlıqla  kifayətlənməsi,  əhalinin  müraciətlərinə   etinasız   münasibətin   göstərilməsi,  büdcə  vəsaitlərindən  təyinatı  üzrə   istifadənin   təmin   edilməməsi  və s.   məsələlər  haqqında   geniş  fikir  bildirilmiş,  bütün   sahələr  üzrə   korrupsiya  və   rüşvətxorluğa   qarşı   mübarizənin   gücləndirilməsi  bir daha   müşavirə   iştirakçılarının   diqqətinə çatdırılmış,  dövlət orqanlarında  şəffaflığın təmin  edilməsi  üçün   sistem xarakterli  tədbirlərin   görülməsi  qeyd   edilmişdir.   Rayonun  aidiyyəti  təşkilatlarının   rəhbərlərinin   yuxarıda   qeyd olunan   məsələlərə   diqqətlə  yanaşmalarını  onların   diqqətinə  çatdırır  və  qanunların  aliliyinin  təmin  edilməsini,  vətəndaşların   müraciətlərinə  həssaslıqla    yanaşmalarını  vəzifədən  sui istifadə hallarına  yol  verməmələrini xüsusi  olaraq  qeyd etmək  istəyirəm.
Hər bir  dövlət  qulluqçusunun  ən ümdə vəzifəsi qanunların  aliliyinə hörmətlə  yanaşmaq,  vəzifə  səlahiyyətləri  çərçivəsində   vətəndaşlara   xidmət göstərmək,  dövlətimizin  iqtisadi   qüdrətinin   daha da  gücləndirilməsi  istiqamətində  ölkə prezidentinin   həyata keçirdiyi  siyasətin   icrasını   təmin etmək  olduğunu bir daha  vurğulamaq  istərdim.
Azərbaycan  Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin müəyyən edilməsi aşağıda qeyd olunan hədəflərə nail olunması məqsədi ilə tərtib və təsdiq edilmişdir.
Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutmuşdur. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilmiş, qeyri–neft iqtisadiyyatı inkişaf etdirilmiş, sosial rifah yaxşılaşdırılmış, dövlətin balansında olan aktivlər artmış və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılmışdır. 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə kəsiri, maliyyə–bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır. Davamlı inkişafı təmin edəcək yeni "avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən 5 balanslaşacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə–bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaqdır.
Buna görə də milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilmişdir. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaqdır. İlk strateji hədəfə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaqdır. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcəkdir. Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaqdır. Nəhayət, dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Hər il olduğu kimi 2016-ci ildə də rayonumuzda sosial-iqtisadi proqramlar müvəffəqiyyətlə icra olunmuşdur. Əhalinin rifah halı yüksəldilmişdir. Əvvəlki illərdə olduğu kimi 2016–cı ildə də az təminatlı ailələrə və pensiyaçılara müavinət və təqaüdlərin ödənilməsi diqqət mərkəzində saxlanılmış, gecikdirmə hallarına yol verilməmişdir. Rayondan olan 12550 nəfər məcburi köçkünlərə aylıq yemək xərclərinin ödənilməsi vaxtlı-vaxtında təmin edilmişdir. Rayon Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin xidməti ərazisində məskunlaşmış 1434 nəfər pensiyaçı qeydiyyatdadır, onlardan 247 nəfər qocalığa görə 1135 nəfəri əlilliyə görə, 35/47 nəfəri ailə başçısını itirməyə görədir. Pensiyaçıların ümumi sayı 1434 nəfər olmaqla 237504 manat 57 qəpik vəsait xərclənmişdir. Bir nəfərin orta aylığı 166 manat təşkil edir. 01.01.2016-cı ildən 01.01.2017-ci ilədək şöbədə 30 nəfərə yeni pensiya təyin olunmuşdur, onlardan 9 nəfəri yaşa görə, 18 nəfəri  ikinci qrup əlilliyə görə.
Şöbə üzrə 01.01.2017-ci il tarixə 355 pensiya işi, 371 sosial müavinətlər qeydiyyatdadır onlardan 1 nəfər qocalığa görə, 124 nəfəri əlilliyə görə, 11/21 nəfəri ailə başçısını itirdiyinə görə, 157 nəfər sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlara 53 nəfər kommunal, nəqliyyat və digər xidmətlərə görə 7/8 ailələrə (aylıq), 1 nəfər bir yaşadək uşağı olan ailələrə 1/6 nəfər isə  beşdən çox uşağı olan ailədir. Ünvanlı Dövlət sosial yardım təyin olunmuş ailələrin sayı 32 nəfər, 140 nəfər sosial yardım alan ailə onlardan 74-ü qadın, 83-ü uşaqdır.
Məşğulluq Mərkəzi tərəfindən 2016-cı il ərzində qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təşkili sahəsində müəyyən işlər görülmüşdür. ”Ərazi Məşğulluq Proqramı“nda 2016-cı il üzrə nəzərdə tutulmuş 75 nəfərə qarşı 198  nəfər işsiz vətəndaş mərkəz tərəfindən işaxtaran kimi qeydiyyata alınmışdır. İl ərzində 35 nəfərə qarşı 31 nəfər işlə təmin olunmuşdur. 10 nəfərə qarşı 28 nəfərə işsizlik müavinəti təyin edilmişdir. 167 nəfər iş axtarana və 59 nəfər orta məktəbin yuxarı sinif şagirdlərinə peşə seçiminə düzgün yönəlməsi məqsədilə peşəyönümlü məsləhətlər verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tadbirlər haqqında ”07.04.2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar Öz Biznesinə Başla Təkmilləşdir proqramında 9 nəfər iş axtaran vətəndaşın iştirakı nəzərdə tutulmuşdur. Proqramın seçim mərhələsi həyata keçirilmişdir. Bu proqram nəticəsində birinci mərhələdə 9 nəfər nəzərdə tutulsa da, növbəti mərhələdə 25-30 nəfər əhatə etməsi gözlənilir.
Rayonun 2016-cı il üçün yerli büdcəsi 4.199.995 manat plana qarşı 4.050.492 və yaxud 96 % icra olunmuşdur.2017-ci il üçün rayonun yerli büdcəsi 1.332.000 manat planlaşdırlmışdır ki, bu da ötən illə müqayisədə 70 % аzdır. Rayon üzrə Təhsil və Mədəniyyət şöbələrinin xərcləri 2017-ci ildən Mərkəzləşdirilmiş maliyyələşmələrdən aparılması nəzərdə tutulduğundan rayonun yerli xərclərində planlaşma aparılmışdır.          
Rayondan olan məcburi köçkünlərin sosial problemlərinin aradan qaldırılması istiqamətində xeyli iş görülmüşdür.
Rayonumuzda digər sahələrdə olduğu kimi, təmir-tikinti sahəsində də bir sıra işlər görülmüşdür. Ümumilikdə rayon ərazisində abadlıq işləri daim aparılır və həmin işlərə tərəfimizdən nəzarət edilir. Əvvəlki illər kimi 2016-ci ildə də, bir neçə obyektə əsaslı və cari təmir işlərinin aparılması üçün vəsait ayrılmışdır.
Belə ki, Oğuz  rayonu ərazisində yerləşən Qaragav kənd tam orta məktəbin əsaslı təmir üçün 11 990.00 manat vəsait ayrılmış və təmir işləri vaxtında yerinə yetirilmişdir.                       
       “Azəravtoyol ASC-nin 54 saylı Yol İstismar MMC” tərəfindən 87 kilometr yerli əhəmiyyətli 4 kateqorya avtomobil yollarına xidmət göstərilir. Azərbaycan Respublikası Prezidentinin məlum fərmanına əsasən Aşağı Ağcakənd – Yuxarı Ağcakənd avtomobil yollarının əsaslı təmiri üçün Prezidentin ehtiyyat fondundan 2200000 manat vəsait ayrılmış, həmin vəsait hesabına avtomobil yollarının bir hissəsi əsaslı təmir edilmiş, qış mövsümünün başlanması nəzərə alınaraq 2017-ci ildə əsaslı təmir işləri başa çatdırılacaqdır. Bununla yanaşı 54 saylı MMC tərəfindən onun malik olduğu texniki imkanlar nəzərə alınaraq ölkə prezidentinin regionlara səfəri zamanı xidmət ərazisindən kənarda da xeyli asfalt qoyuluşu və yol çəkilişi həyata keçirilmişdir. Ölkə Prezidentinin Tərtər rayonuna səfəri zamanı 41700 m2 sahəyə asfalt örtüyü çəkilmişdir. Hal-hazırda Goranboy - Tərtər avtomobil yolunda əsaslı təmir işləri həyata keçirilir.
Əhalinin  normal  həyat fəaliyyətinə   maneələr  törədən   məsələlər   daima diqqət mərkəzində  saxlanılır. Daxili imkanlar hesabına  yaşayış  məntəqələrinin   sel sularından   mühafizə  arxları  mütəmadi olaraq təmizlənir, içməli su xətlərində  təmir  işləri  aparılır,  suvarma   su  xətlərinin   bərpa   edilməsi  istiqamətində  müvafiq  qurumlarla   birlikdə  işlər görülür. 2016-cı  ildə MKSİF-nun  xətti  ilə fərdi  yaşayış evlərinə,  həyatyanı sahələrə  və yol təsərrüfatına daima ziyan verən sel sularının qarşısını almaq məqsədilə selötrücü xətt çəkilmiş qeyd olunan mövcud problem aradan qaldırılmışdır.
2017-ci ildə   narahat edən   bir   sıra   məsələlər   müəyyənləşdirilmiş,  həmin məsələlərin həlli   istiqamətində   müvafiq   qurumlarla   birlikdə   işlər  həyata keçirilməkdədir. Belə ki,  Börü  və Meşəli   qəsəbələrində   məskunlaşmış   məcburi   köçkünlərin   istifadəsində olan   həyətyanı  və əkin üçün  ayrılmış   torpaq   sahələrinin   suvarma  suyu ilə   təmin   edilməsi  məqsədilə  MKSİF-nun   xətti ilə  suvarma  su  xətlərinin   çəkilməsi  Kərkicahan  qəsəbə  tam  orta  məktəbinin  və Aşağı Ağcakənd   qəsəbəsində  qəsəbədaxili  yolların   təmir edilməsi  məqsədilə  icmalar  yaradılmışdır. Aşağı Ağcakənd   qəsəbəsində   məskunlaşmış   əhali üçün  ayrilmış   torpaq sahələrinin  suvarma  suyu  ilə təmin  edilməsi  məqsədilə  qəsəbədən   keçən  su arxlarının   daxili  imkanlar  hesabına  təmir  edilmə işləri  aparılmaqdadır . Qeyd olunan  suvarma arxlarının  bərpası ərazidə   məskunlaşmış əhalinin  içsizlik  probleminin  qismən də  olsa   aradan   qaldırılmasına   yardım   göstərməklə  yanaşı  Respublikamızda   kənd təsərrüfatı   məhsullarının  istehsalında   olan  məcburi   köçkünlərin  iştirakını   təmin  edəcəkdir. Bununla   yanaşı  əhalinin  işsizlik  probleminin  aradan qaldırılması   məqsədi   ilə  əhalinin  məşğuliyyət  növü   nəzərə   alınaraq   qəsəbədə   xalçaçılıq  müəssisəsinin   yaradılması   məqsədi ilə  “Azərxalça”  səhmdar  cəmiyyəti müvafiq   işlər  aparır. Belə ki,  xalçaçılıq  sahəsində   çalışmaq istəyən   126   nəfərin  adlı   siyahısı  tərtib edilərək  “Azərxalça”  səhdar  cəmiyətinə   təqdim   edilmişdir. Rayonumuzun   işğal altında   olmasına  baxmayaraq  yerləşdiyimiz  ərazinin  coğrafi   şəraitinin  uyğun emal , istehsal  sahələrinin   yaradılması   prosesində   iştirakı  təmin edərək   respubilka   prezidentinin   bu  sahədə   yeritdiyi  siyasəti  dəstəkləyirik.
Azərbaycan Respublikası Prezidentinin «2008-2015 – ci  illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, Dövlət Proqramı” nın icrası əsasında rayonumuzun Aqrar sahəsi xeyli inkişaf etmişdir. Hal-hazırda rayonumuzun balansında 4125 hektar daimi təhkim olunmuş I-II otrub torpaq sahəsi vardır.  Həmin torpaq sahələrundən 1897 hektarı taxılçılığın inkişafı üçün, fiziki və hüquqi şəxslərə uzunmüddətli icarəyə verilmişdir. Torpaq istifadəçilərindən 8.9 min manat icarə haqqı alınaraq, rayon büdcəsinə keçirilmişdir.
Fiziki və hüquqi şəxslərlə bağlanmış uzunmüddətli icarə müqavləsinə 2016-cı ildə əlavə dəyişiklər olunmuşdur. Əlavə olunmuş dəyişiklərə əsasən 2017-ci ildən etibarən hər bir hektara 4 manat 60 qəpik olmaqla ümumilikdə 3000 hektar ərazi üçün 13800(on üç min səkkiz yüz) manat icarə haqqı alınaraq rayon büdcəsinə köçürüləcəkdir.
Belə ki, 2016-cı ilin məhsulu üçün hüquqi və fiziki şəxslər 2258 hektar taxıl sahəsi əkmişdir. 2258 hektar sahədə taxıl biçini aparılmışdır. Məhsuldarlıq 23 sentner olaraq 5144 ton məhsul toplanmışdır. 2016-cı ilin yazlıq bitkiləri üçün 149 hektar kartof sahəsindən 92 sentner olmaqla, 1373 ton məhsul yığılmışdır. 52 hektar tərəvəz sahəsindən məhsuldarlıq 619 sentner olmaqla 3222 ton məhsul istehsal olmuşdur. Xocalı rayon sakinlərinin kompakt şəkildə yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 5000 ədəd tut tingləri bağ şəklində əkilərək hazır vəziyyətə gətirilmişdir. Əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də hüquqi və fiziki şəxslərə taxılçılığın inkişafı üçün hər hektara 90 manat məbləğində yardım və eləcə də məhsuldarlığı artırmaq məqsədi ilə dövlət tərəfindən hüquqi və fiziki şəxslərə 50%-li güzəştli mineral kübrələr verilmişdir.
Qeyd;  Kəpəz rayonu Hacıkənd qəsəbəsində məskunlaşmış Kosalar kənd əhalisi Gəncə şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə köçdüyündən əhaliyə məxsus olan təsərrüfat sahələrində məhsuldarlığın azalması baş vermişdi.
2017- cı  ilin məhsulu üçün 1971 hektar şum aparılmışdır,  1971 hektar sahədə payızlıq dənli bitkilər səpilmişdir.
Rayon Dövlət Texniki Nəzarət Müfəttişliyi rayon əhalisinin məskunlaşdığı yerlərdə hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti həyata keçirmiş və Azərbaycan Respublikası Kənd Təsərrüffatı Nazirliyinin “ Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan traktor, özüyeriyən və mexanizmlərə 2015-ci ildə  keçiriləcək Dövlət Texniki Baxışı haqqında”  əmrinin icrasını təmin etmək məqsədi ilə hesabat dövründə rayonun hüquqi və fiziki şəxslərinə məxsus 43 ədəd texnika ( onlardan 33 ədəd traktor 3 ədəd yedək, 7 ədəd asma-qoşma ) texniki  baxış keçirilmişdir. Rayonda texniki baxış 100% yerinə yetirilmiş və baxış zamanı 430 manat rüsum yığılıb Dövlət Büdcəsinə  ödənilmişdir. Bu zaman Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş əmlak və digər vergiləri texniki baxış zamanı toplanan rüsumların ödənilməsi haqqında qəbzləri yaxud ödəniş sənədlərinin olmasına ciddi riayət olunmuşdur.
Rayon  Baytarlıq  Xidməti  İdarəsi  tərəfindən rayon əhalisinə  məxsus bütün  növdən olan quş və heyvanlara vaxtlı-vaxtında vaksinasiya aparılmışdır. İribuynuzlularda qara yara vaksinasiya 3920 başda aparılmışdır. İtlərdə quduzluq vaksinasiyası 198 başda, xırda buynuzlu heyvanlarda qara yara 19227 başda, təkdırnaqlılarda 100 başda vaksinasiya tuberkuluzasiya qarşı iri buynuzlularda 796 başda diaqnostik müayinə aparılmışdır. 10-15 günlük cücələrdə taun əleyhinə vaksinasiya 28920 başda aparılmışdır. İribuynuzlularda bruseliyoza görə seroloji müayinə 1491 başda aparılmışdır. Quşlarda taun əleyhinə 28920  başda vaksinasiya aparılmışdır. Bundan başqa 5.2 min m2 ərazidə profilaktika məqsədilə dezinfeksiya işləri aparılmışdır. Yuxarıda göstərilən epizootiya əleyhinə tədbirlər tam təlimata uyğun olaraq aparılmışdır. Aparılmış peyvəndləmə tədbirləri zamanı xırda buynuzlu heyvanlarda REV-1 18984 baş, xırda buynuzlu heyvanlarda dabaqa qarşı 19430 baş, iribuynuzlu heyvanlarda infeksion nodulyar dermatit 4359 baş, xırda buynuzlu heyvanlarda çiçək 24920 baş heyvanlarda profilaktik tədbirlər görülmüşdür. Kordioloji müayinələr zamanı quşlarda askardioz 150 baş, iribuynuzlularda diktakalioz 84 baş xırdabuynuzlularda diktatkalyoz 152 baş, iribuynuzlularda fasilyoz 100 baş, xırdabuynuzlarda manelyoz 150 baş xırdabynuzlularda tinzanioz 150 baş heyvanlarda müayinə aparılmışdır. 2016-cı il ərzində rayon əhalisinə məxsus bütün qrupdan və növdən olan heyvanlarda heç bir yoluxucu xəstəlik baş verməmişdir.
2008-2015-ci illərdə Dövlət sosial-iqtisadi inkişaf proqramında kənd təsərrüfatı sahəsində digər özəl qurumların yaradılması, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, qaçqın və məcburi köçkünlərin işsizliyinin aradan qaldırıması məqsədi ilə üzüm bağlarının salınması, kartofçuluğun inkişaf etdirilməsi, toxumçuluq bazasının yaradılması, və eləcə də istehsal olunan məhsulların saxlanma anbarlarının tikilməsi günün vacib tələblərindən biridir.
Rayonun su kanal idarəsi Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Cəmilli qəsəbələrində yaşayan əhalini su ilə təmin edir. İdarə hal-hazırda 1004 abonentə xidmət göstərir. Ondan 102 abonent Yuxarı Ağcakənd qəsəbəsində, 535 abonent Aşağı Ağcakənd qəsəbəsində 262 abonent Cəmilli və Börü qəsəbəsində, 105 abonent Meşəli qəsəbəsində yaşayır. Hal –hazırda xidmət olunan ərazidə 10 ədəd su anbarı vardır. Ondan 2 ədəd 500 m3, 2 ədəd 100 m3 su anbarı Yuxarı Ağcakənd qəsəbəsində, 2 ədəd 100 m3 Aşağı Ağcakənd qəsəbəsində, 2 ədəd 100 m3 Cəmilli qəsəbəsində, 2 ədəd 100 m3 Börü qəsəbəsində əhaliyə xidmət göstərir.
        Hal-hazırda qəsəbəyə gələn su xətti düzgün çəkilmədiyindən əhali suyu birbaşa magistral xəttən götürür. Bunun üçün də Aşağı Ağcakənd qəsəbəsində 500 metr3 su anbarı tikintisinə ehtiyac var.
2016-cı ildə qəsəbələrdə olan istismar müddətini başa vurmuş köhnə su xəttləri təmir olunmuş və yenisi ilə əvəz olunmuşdur. Aşağı  Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Cəmilli qəsəbələrində yaşayan əhalinin fasiləsiz içməli su ilə təmin edilməsi üçün xeyli işlər görülmüşdür,
Belə ki, Ballıqayada mənbədən d 219 boru xətti ilə 90 metr uzunluğunda Aşağı Ağcakənd qəsəbəsində boru xəttinə əhalinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə əlavə xətt qoşulmuşdur. Bundan başqa Yuxarı Ağcakənd qəsəbəsi, Aşağı Ağcakənd qəsəbəsi,  Cəmilli qəsəbəsi və Meşəli qəsəbəsində boru xətlərində  cari təmir və bərpa isləri aparılmışdır.
Meşəli qəsəbəsinə gedən d 159 magistrall su xəttində təmir və əsəslı təmir işləri görülmüşdür. İl ərzində qəsəbədaxili küçələrdə boru xətləri üzərində 9 ədəd d-100 mm –lik 3 ədəd d-80mm-lik, 4 ədəd d-50 mm-lik siyirtmə təmir edilmişdir. Hal-hazırda Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Cəmilli qəsəbərində yaşayan əhalinin içməli suya olan təlabatında bir sıra çatışmamazlıqlar vardır. Belə ki, onların aradan qaldırılması üçün tərəfimizdən müəyyən işlər görülür.
         Təhsil Şöbəsi- 2016-cı   il  ərzində  Xocalı  RTŞ  tabeliyində  12  tam orta, 1 UYM fəaliyyət   göstərmişdir. Rayonun  təhsil  müəssisələrindən  9-u “Qaçqınların  və  məcburi   köçkünlərin  yaşayış   şəraitinin  yaxşılaşdırılması  və  məşğulluğunun  artırılması” Dövlət  Proqramına  uyğun  olaraq  yeni  inşa  olunmuş  müasir  tipli  binalarda  yerləşir. Yeni inşa olunmuş məktəb binalarından ikisinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iştirak etmişdir. Bu, rayon ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbət hissi ilə qarşılanmışdır. Sözsüz ki, bu, Qaçqın və məcburi köçkünlərə dövlətimizin böyük diqqət və qayğısının təzahürüdür. Xocalı şəhər 2 saylı tam orta məktəb, Kərkicahan qəsəbə, Qaragav kənd tam orta məktəbləri uyğunlaşdırılmış binada fəaliyyət göstərir.
   2015-2016-cı tədris ilində rayonun təhsil müəssisələri Xocalı rayon əhalisinin daha çox kompakt şəkildə məskunlaşdığı 5 bölgədə (Bakı ş, Gəncə ş, Şəki ş, Goranboy r-n, Oğuz r-n) fəaliyyət göstərir.
   Tədris ilinin əvvəlində rayonumuzun ümumtəhsil məktəblərində 144 sinif komplektində 1392 nəfər (onlardan 8 nəfəri evdə fərdi təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şagirdlərdir) şagirdin təlim-tərbiyəsi ilə 291 nəfər müəllim məşğul olmuşdur. Xocalı rayon UYM-də 10 qrupa 150 nəfər şagird cəlb olunmuşdur.
   Bakı  şəhərində  fəaliyyət  göstərən  Xocalı  şəhər  2 saylı  tam  orta  məktəbi  IX və XI  sinif  şagirdləri  25  iyun  2016-cı  il  tarixdə,  digər  məktəblərimizin  IX və XI  sinif  şagirdləri  isə   30  iyun  2016-cı  il  tarixdə  TQDK  tərəfindən  yerli  rayonlarda təşkil  olunmuş  imtahan  mərkəzlərində  keçirilən imtahanlarda  iştirak  etmişlər.
Rayon  üzrə   2016-cı  ildə   müsbət  qiymət  alanların  faizi  77 %-dir.  Respublika  üzrə  bu  göstərici  67.3 %-dir.
   Rayonun  təhsil  müəssisələrində    təhsil  alan   100 nəfər  IX  sinif  şagirdinin  hamısı  və  113  nəfər  XI  sinif  şagirdinin   hamısı  buraxılış  imtahanlarına  buraxılmışdır.
   2015-2016-cı   tədris  ilinin  yekunu və  IX və XI  siniflər  üzrə  buraxılış  imtahanlarının   nəticəsi  11  iyul  2016-cı  il  tarixdə   məktəb  direktorları  ilə  birlikdə   Xocalı  RTŞ-nin   təhsil  şurasında   müzakirə  olunmuşdur.  Şurada  fənlər üzrə   şagirdlərin  qeyri-müvəffəq  qiymət  alması, onun  səbəbləri  araşdırılmış və  bu  kimi  halların   ayrı-ayrı  fənn  müəllimlərinin  öz  peşələrinə  məsuliyyətsiz  yanaşması, onların  pedaqoji  fəaliyyətinə  məktəb  rəhbərlərinin   tələbkarlığının   zəifləməsi  kimi  qiymətləndirilmişdir. Təlim  nəticələrinə  görə  özünü  doğrultmayan   məktəblərdə, yəni IX siniflər üzrə buraxılış imtahanlarında zəif nəticə göstərmiş Xocalı şəhər 5 saylı tam orta məktəbin, Kərkicahan qəsəbə tam orta məktəbin, XI siniflər üzrə isə Meşəli kənd tam orta məktəbin, Xocalı şəhər 4 saylı tam orta məktəbin, Kosalar kənd tam orta məktəbin   direktor  və  müavinlərinin   fəaliyyətinə  nəzarətin  artırılması  təhsil  şöbəsinin  rəhbərliyinə  tapşırılmışdır.
2015-ci ildə rayonun tam orta məktəblərini bitirən 119 şagirddən qəbulun səviyyəsi 34 %, 2016-ci ildə isə 36% olmuşdur. Xocalı şəhər 2 saylı, 5 saylı, Qaragav kənd tam orta məktəblərinin göstəriciləri qənaətbəxş deyil, rayonun orta göstəricisindən aşağıdır. Bu məktəblərdə ali məktəblərə qəbul olanların sayı məzun sayına görə aşağı səviyyədədir. Ali məktəblərə qəbul imtahanında 2015-ci il məzunlarından 5 nəfəri 500-dən yuxarı, 5 nəfəri isə 600-dən yuxarı, 2016-cı il məzunlarından isə 5 nəfəri 500-dən yuxarı, 2 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
   2016-cı il ərzində təlim-tərbiyənin çox ciddi pozulması halı qeyd olunmamışdır. Bir çox çətinliklər, köçkünlük problemi ilə üzləşməyimizə baxmayaraq məktəblərdə təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur.
    2016-cı ilin aprel-may aylarında şagirdlərimizin məskunlaşdıqları bölgələrdə yerləşən hərbi hissələrə ziyarətləri, hərbçilərlə görüşləri, hərbi texnika və silahlarla tanışlığı təşkil olunmuşdur. İl ərzində VIII siniflərdə həftədə 1 saat olmaqla Qarabağın tarixi fənni tədris olunmuşdur. 2016-cı ilin may ayında müəllimlərimiz arasında Ulu Öndər H.Əliyevin yubileyinə həsr olunmuş şahmat yarışı keçirilmiş, 1 nəfər rayon birincisi respublika mərhələsində iştirak etmişdir. Eləcə də 1 nəfər şagirdimiz yubiley münasibətilə Təhsil Nazirliyi tərəfindən keçirilən “ Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsində iştirak etmişdir. Xocalı rayon Ə. Cavadov adına Cəmilli kənd tam orta məktəbinin VIII sinif şagirdi Quliyeva Piyalə Natiq qızı “Ədəbiyyat biliciləri” müsabiqəsinin respublika mərhələsində həvəsləndirici yerə layiq görülmüşdür.
    2016-cı il ərzində məktəblərimiz bina şəraiti və tədris üçün lazım olan ilkin avadanlıqlarla (parta, yazı taxtası, müəllim stol və stulları, kitab rəfləri, şahmat ləvazimatları, dərsliklər və s.) əsasən təmin olunmuşdur. Məktəblərimizdə olan dərslik fondunun və 2015-ci ildə Təhsil Nzirliyindən alınan 64 adda 4429 ədəd dərsliyin hesabına 2015-2016-cı tədris ilində I-XI sinif şagirdlərimizin pulsuz dərsliklərlə təminatı 100% olmuşdur. 2015-2016-cı dərs ilində I-VIII siniflərdə dərs deyən və kursdan keçməsi zəruri olan müəllimlərimiz təlim kurslarında iştirak etmişlər. 2015-2016-cı tədris ilində I-VIII siniflərdə dərslər yeni tərtib olunmuş fənn kurikulumları əsasında tədris olunmuşdur. Bizim təhsil müəssisələrimizdə hal-hazırda 120 kompüter vardır. Bu da hər 12 şagirdə bir kompüter deməkdir.
    2016-cı ildə şagirdlərin Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir. Onların Xocalı rayonunun, Qarabağın, eləcə də müvəqqəti məskunlaşdıqları rayonların, kəndlərin tarixi və coğrafiyasını öyrənmələri təmin edilmişdir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları, müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar, bilik yarışları, bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar, ekskursiyalar təşkil olunmuşdur. Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpkili tədbirlər keçirilmişdir. Bütün bu tədbirlərlə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə nail olunmuşdur. 2016-cı ilin aprelində cəbhə bölgəsində olan gərginlik zamanı pedaqoji kollektivlərimiz daim hərbiçilərimizin yanında olmuş, onlarla görüşlər keçirmişlər. Bu işdə Xocalı şəhər 1 saylı və 4 saylı tam orta məktəbləri xüsusilə fərqlənmişdir.
    Ölkə Başçısı İlham Əliyev Cənablarının tapşırığına uyğun olaraq məktəblilərimiz 2016-cı il ərzində 3 dəfə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən gəzintidə iştirak etmişlərki,  bu da şagirdlərimizin respublikamızın müxtəlif bölgələrinin tarixi, mədəniyyəti və sosial iqtisadi inkişafı haqqında biliklərinin tam formalaşması üçün əvəzsiz rol oynamışdır.
    Təhsil sahəsində bir sıra ciddi qüsurlar da var. Belə ki,   IX və XI sinif buraxılış imtahanlarında, bir sıra məktəblərin, yəni IX siniflər üzrə buraxılış imtahanlarında Xocalı şəhər 5 saylı tam orta məktəbinin, Kərkicahan qəsəbə tam orta məktəbinin, XI siniflər üzrə isə Meşəli kənd tam orta məktəbinin, Xocalı şəhər 4 saylı tam orta məktəbin, Kosalar kənd tam orta məktəbinin, həmçinin Ali məktəblərə qəbul imtahanlarında Xocalı şəhər 5 saylı tam orta məktəbinin, Kərkicahan qəsəbə tam orta məktəbinin, Yaloba kənd tam orta məktəbinin, Cəmilli kənd tam orta məktəbinin və Qaragav kənd tam orta məktəbinin olduqca  zəif nəticə göstərməsi,  məktəb direktorlarının bəzilərinin səhlənkarlığı ucbatından müvafiq məktəb şagirdlərinin məktəbdənkənar hazırlıq kurslarına dərs vaxtı cəlb olunmaları  və dərsə davamiyyətin zəif olması bu qüsurlar sırasına daxildir. Həmçinin qeyd etmək lazımdır ki, Xocalı rayon İcra hakimiyyəti Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin dəfələrlə məktəblərə nəzarəti və göstərişlərinə baxmayaraq rayonun bəzi ümumtəhsil məktəblərində hələ də vahid məktəbli formasına keçid tam şəkildə təmin olunmamışdır.
     Məlumat üçün bildiririk ki, Xocalı şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsi 06.02.2012-ci il tarixdən, Ə.Cavadov adına Cəmilli kənd tam orta məktəbin direktoru vəzifəsi isə 27.01.2014-cü il tarixdən vakantdır. Xocalı  şəhər 2 saylı  tam orta  məktəbinin direktoru  vəzifəsini  Rüstəmova  Fiqurə  Salah qızı, Cəmilli  kənd tam orta  məktəbinin  direktoru  vəzifəsini  İsmayılova  Məlahət  Xeyrulla qızı müvəqqəti  olaraq  icra  edirlər.
    Tapşırılır Xocalı rayon Təhsil Şöbəsi  və İctimai-siyasi, humanitar məsələlər şöbəsinə yol verilmiş qüsurların aradan qaldılması istiqamətində  ciddi iş aparsınlar.
    Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik Yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən şöbə komissiyanın tərkibində 2003-cü ilin iyul ayından fəaliyyətdədir.
    Komissiya İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən Sədr, məsul katib və uşaqlarla iş üzrə məsləhətçi psixoloq da daxil olmaqla 11   üzvdən ibarət tərkibdə yaradılıb. Komissiyanın sədri rayon İcra Hakimiyyətinin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Lamiyyə Qarayevadır. Komissiyanın özünün isə məsul katib və məsləhətçi psixoloqdan ibarət 2 (iki) işçisi var. Komissiyanın əsas məqsədi yetkinlik yaşına çatmayanlarla tərbiyəvi işlərə təsir göstərməkdən, onların hüquqları və qanun mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanuna zidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə Dövlət və Yerli Özünüidarəetmə Orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssələrin, idarələrin və təşkilatların fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.
Komissiya fəaliyyətə başladığı vaxtdan öz işini günün tələbləri səviyyəsində qurmaq üçün xeyli iş görmüşdür. Komissiya hər il illik iş planını hazırlayır  və rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilir. Bununla da nəzərdə tutulmuş məsələlərin vaxtında icrasına nəzarət komissiya tərəfindən gücləndirilmişdir. Fəaliyyətə  başladığımız ilk günlərdən Xocalı rayon İcra Nümayəndəliklərinə yetkinlik yaşına çatmayanların siyahısını almaq üçün nümayədəliklərdə olduq və müəyyənləşdirdik ki, 2016-cı   ildə rayon üzrə 1-14 yaş və yetkinlik yaşına çatmayanların sayı  2398    nəfərdir. Keçən il olduğu kimi bu il də  Yetkinlik yaşına çatmayan  əlavə 1-14 yaş uşaqların siyahısı nümayəndəliklər tərəfindən bizə  göndərilmişdir.  Rayon üzrə yaş qruplarına görə 1-14 yaşlıların sayı  2398  nəfər, 15 yaş   376 nəfər, 16 yaş  384  nəfər, 17 yaş 432   nəfər, 18 yaş 444 nəfər göstərilmişdir.
Komissiya iş planında nəzərdə tutulmuş yaşı 15-18 yaş olan şəxslərin işlədikləri sahələri müəyyənləşdirmək üçün rayon İcra nümayəndəliklərinə göndərdiyimiz məktublardan aldığımız cavablarda araşdırdıq ki, rayon üzrə işləyən   12    nəfər yetkinlik yaşına çatmayan var ki, bu da Xocalı şəhər nümayəndəliyinə  aiddir. Komissiya iş planında nəzərdə tutulmuş rayonun ümumtəhsil məktəblərində uşaq və yeniyetmələrin orta təhsilə cəlb edilməsi və təhsildən yayınmaq hallarının qarşısını almaq məktəbəqədər təlim-tərbiyyə ocaqlarında uşaqların təhsil almaları və tərbiyyə olunması idarə, müəssisə və təşkilatlarda iş şəraiti ilə tanış olmaq, təhsildən yayınma hallarına qarşı mübarizə işini gücləndirmək, narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə, onun insan orqanizmi üçün zərərli nəticələri və belə hallara qarşı aparılan profilaktika tədbirləri barədə təlim-tərbiyə  müəssisələrində (məktəblərdə və ictimai yerlərdə) müntəzəm olaraq tədbirlər həyata  keçirmişdir.Yeniyetmələri zərərli vərdişlərdən, yəni tütün məlumatlarından və alkoqollu içkilərin alqı-satqısından kənar tutmaq məqsədi ilə Xocalı rayon Polis Şöbəsində YYÇİ üzrə inspektor  və rayon Gənclər İdman İdarəsi ilə birgə müntəzəm olaraq rayon sakinlərinin məskunlaşdığı ərazilərdə yeniyetmələr, valideyinlər, pedoqoji kollektivlə birgə   təhlillər aparılmışdır.  Xocalı şəhər 1 saylı tam orta məktəb,3 saylı, 4 saylı, 5 saylı,  Cəmilli və Meşəli kənd məktəblərində reydlər keçirilmişdir. Yeniyetmələrlə apardığımız təhlillər  zamanı məlum oldu ki, onlar asudə vaxtlarını futbol, voleybol və başqa idman növləri ilə məşğul olurlar. Rayon Mərkəzi Xəstəxanası tərəfindən yeniyetmə və uşaqlara vaxtlı-vaxtında səhiyyə xidmətləri göstərmişlər. Komissiyamıza il ərzində 15 nəfər   ərizə ilə müraciət etmişdir. Bunlardan da 3-ü  övladlığa götürmə ilə bağlı,   10 nəfər uşağın himayəyə verilməsi ilə bağlı, 1  nəfər  isə uşaqla ünsiyyətdə olmaq barəsində müraciət etmişdir.  Övladlığa götürmə ilə bağlı müraciətin 1-i öz müsbət həllini tapmış, 2  nəfərin işi məqsədəuyğun hesab edilməmişdir. Uşağın himayəyə verilməsi ilə bağlı 7 nəfər  haqqında Sərəncam hazırlanmış, 3 nəfərin ərizəsi isə məqsədəuyğun hesab edilməmişdir.  Həmçinin hər iki valideynini itirmiş 1 nəfər uşağa Komissiyamız tərəfindən köməklik göstərilmişdir.
     Rayon üzrə fərdi təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud olan şagirdlərin sayı 8  nəfərdir və bunlarla da müəllimlər evlərdə məşğul olurlar.
     Səhiyyə şöbəsi - Nəzərinizə çatdırırıq  ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi 05.01.2004 cü il tarixli ştat cədvəlinə əsasən rayon əhalisinə səhiyyə xidməti – 1 Rayon mərkəzi Xəstəxanası(poliklinika şöbəsi ilə birlikdə), 4 Həkim Ambulatoriyası, 9 feldşer mama məntəqəsi olmaqla əhalimizin daha sıx, kompakt şəkildə məskunlaşdıqları yerlərdə göstərilir. Rayon səhiyyə obyektlərində birlikdə 135.5 ştat vahidi nəzərdə tutulmuşdur ki, bunun da 107.75 ştat vahidi tutulu, 28 ştat vahidi vakantdır. O cümlədən: həkimlər – 24.5 ştat vahidi: tutulu 12.25 - 13 nəfər, vakant 12.25, orta t/h- 62.0 ştat vahidi: tutulu 50.25 – 45 nəfər, vakant 11.75 , sair tibb heyyəti-49.0 şt.vahidi: tutulu - 45.5 – 58 nəfər,  vakant – 3.5. Beləliklə Rayon Səhiyyə obyektlərində 116 nəfər işçi çalışır, bunun 95 nəfəri qadın, 21 nəfəri kişidir. İşçilərin 16 nəfəri ali təhsilli, 48 nəfəri orta ixtisas təhsilli, 52 nəfəri isə orta təhsillidir. İşçilərin orta aylıq əmək  haqqı 131 manatdır.
    Həkimlər və orta tibb heyyətindəki vakant yerlərin əmələ gəlmə səbəbi Səhiyyə Nazirliyi tərəfindən RMX – nın ştat cədvəli təsdiq olunarkən əsas ixtisas həkimlərinin 0.5 ə.v.h təsdiq olunması və kadr çatışmazlığından xəstəxananın stasionar şöbəsinin işləməməsidir. Bu barədə dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etməyimizə baxmayaraq məsələ öz müsbət həllini tapmamışdır.
   Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2016-cı il ərzində də “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq  rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Belə ki, əhali arasında sanitariya maarifi işinin təşkili, sanitar – epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması, yoluxucu xəstəliklərin profilaktikası, narkomaniya və alkoqolizmlə mübarizə işinin yaxşılaşdırılması və s. istiqamətində işlərini təşkil etmiş, məktəblərdə, müxtəlif idarə və təşkilatlarda, əhalinin sıx olduğu yerlərdə görüşlər keçirmiş, mühazirələr oxumuşlar.
   2016- ci ildə də respublikamızda əhalinin kütləvi tibbi müayinədən keçirilməsi səhiyyə sahəsində əsas məsələlərdən biri olmuşdur. Əhalinin kütləvi tibbi müayinəsi hələ keçən əsrin 60- cı illərinin sonu 70-ci illərin əvvəlində ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən Səhiyyə Nazirliyi qarşısında qaldırdığı əsas məsələlərdən biri idi. Heydər Əliyev köhnə tibb müəssisələrinin yenilənməsi, yeni tibb ocaqlarının tikilməsi, sahə həkimlərinin fəaliyyətinin artırılması və əhalinin kütləvi tibbi müayinədən keçirilməsini əsas məsələ kimi qarşıya qoymuşdur.
   Bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də ulu öndərin işlərini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev cənabları 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barəsində Nazirlər kabinetində keçirilən regionların sosial-iqtisadi inkişafı barəsində yekun çıxışında səhiyyə sahəsindən danışarkən, hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalaraq Səhiyyə Nazirliyi qarşısında ildə bir dəfə olmaqla əhalinin kütləvi tibbi müayinədən keçirilməsini bir daha prioritet məsələ kimi vurğulamış və buna xüsusi diqqət yetirilməsini tövsiyyə etmişdi.
      Səhiyyə Nazirliyinin 01.02.2016- cı il tarixli 19 S saylı sərəncamına uyğun olaraq fevral ayının 15- dən may ayının 15- dək əhalinin kütləvi tibbi müayinədən keçirilməsi tapşırılmışdır.  
      Xocalı  RMX  da  Səhiyyə  Nazirliyinin  bir struktur  bölməsi olaraq 2016-cı il fevral  ayının  15-dən may ayının  15-dək  əhalinin kütləvi  tibbi  müayinədən  keçirilməsini  təşkil etmişdir. Bu işlərin  təşkili və həyata keçirilməsində RİH-nin  Başçısı cənab  Şahmar Usubov və başçının müavini, İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə xanım Qarayeva yaxından köməklik etmiş, mütəmadi olaraq  KİV-də tibbi müayinələrin gedişatı işıqlandırılmışdır.
     Kütləvi tibbi müayinə zamanı 13422 nəfər tibbi müayinədən keçmişdir ki,bu da ümumi əhalinin 86.4 % -ni təşkil edir. Beləliklə tibbi müayinə zamanı  13422 nəfər tibbi müayinədən keçmiş, 1465 nəfər xəstə aşkar olunmuş, 11957 nəfər sağlam olmuşdur. May ayının 15-dən dekabr ayının sonunadək əlavə olaraq 478 nəfər tibbi müayinədən keçmiş və 156 nəfər xəstə aşkar olunmuşdur.Beləliklə 2016-cı il ərzində 13843 nəfər tibbi müayinədən keçmiş və 1621 nəfər xəstə aşkar olunmuşdur.Aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş,xəstələrin 1563 nəfəri ambulator şəraitdə,58 nəfəri isə stasionar şəraitdə müalicə olunmuşdur.2016-cı ilin sonuna 976 nəfər müxtəlif xəstəliklərlə dispanser qeydiyyatına saxlanılmışdır.(Böyüklər 713 nəfər,uşaqlar 263 nəfər) Xidmət ərazisi üzrə 3894 nəfərdən 3398 nəfər tibbi müayinədən keçib ki, bu da 87.2 % təşkil edir.
  Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə rayon səhiyyə obyektləri yoluxucu xəstəliklərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirmiş, qrafikə uyğun olaraq vaxtlı – vaxtında peyvənd işləri aparılmış (180 nəfər uşaq peyvənd olunmuşdur-97%), əhali arasında tibbi müayinələr keçirilmiş, qeydiyyata götürülməli xəstələr qeydiyyata götürülmüş,  tibb müəssisələrində və qəsəbələrdə sanitar- gigienik və əks epidemik tədbirlər həyata keçirilmiş, hər həftənin 5-ci günləri bütün səhiyyə obyektlərində iməciliklər təşkil olunmuş, sanitar təmiziliyi və abadlaşdırma işləri aparılmış, həyətyanı sahələrin tullantılardan təmizlənməsi, şumlanması və s. işlər görülmüşdür.
   Ulu öndər H.Əliyev və görkəmli alim – oftalmoloq Zərifə xanım Əliyevanın 93 illik yubleyləri münasibətilə bütün səhiyyə obyektlərində tədbirlər keçirilmiş, stendlər hazırlanmış,ağacəkmə kompaniyası təşkil olunmuşdur.
   Əlillər və imtiyazlı şəxslərə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, səhiyyədə aparılan islahatlara dair, səhiyyə və təbabətin aktual məsələləri barədə təbliğati işlər gücləndirilmişdir.
   İmtiyazlı xəstələrə imkanımız daxilində səhiyyə nazirliyindən ayrılmış dərman və sarğı materialları  hesabına tibbi yardım göstərilmişdir.
   Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.
   Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış(işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.
   Rayon üzrə keçirilmiş bütün kütləvi tədbirlərdə, o cümlədən kross yarışları və digər idman oyunlarında tibb işçiləri  onların arasında olmuş, lazım olan tibbi yardımı yerindəcə göstərmişlər.
   Ağır xəstələrə və evə çağırışlara vaxtlı – vaxtında əməl olunmuş, onlara lazım olan tibbi yardım göstərilmişdir. 2016-cı il ərzində tibb müəssisələrinə gəlişlərin sayı 55441, o cümlədən ilkin tibbi yardım 10823 nəfərə göstərilmiş, evə çağrışların sayı 5956 olmuşdur.  
   Uşaqların sağlam böyüyərək cəmiyyətə tam hüquqlu üzv kimi qovuşmaları ölkəmizin gələcəyi üçün ən mühüm əhəmiyyətə malik məsələlərdən biridir. Bu sırada 0-17 yaşda olan uşaqlar arasında ilk dəfə əlil hesab edilənlərin sayının artıb – azalması mühüm əhəmiyyət kəsb edir. Xocalı rayon Səhiyyə obeyektlərinin xidmət ərazisi üzrə 2016 – cı il  ərzində 0-17 yaş üzrə ilk dəfə əlillik dərəcəsi alan qeydə alınmamışdır.
  2016-cı il ərzində Xocalı RMX – sı və digər Səhiyyə Obyektlərinə işə qəbulla əlaqədar 2 ərizə daxil olmuş, onlar  da   işlə təmin olunmuşlar ( bir nəfər  tibb bacısı vəzifəsinə,bir nəfər operator vəzifəsinə ).
    2016- cı il ərzində tibbi yardım göstərilməsi barəsində RİH və Səhiyyə Nazirliyinə   ünvanlanmış 5 məktub uyğun olaraq Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş,  onlara lazımi  tibbi yardım göstərilmiş və nəzarətə götürülmüşlər.  
   Bütün bunlarla yanaşı Səhiyyə sahəsində bəzi nöqsanları da nəzərinizə çatdırmaq istəyirik. Belə ki, Cəmilli və Meşəli kənd HA-da baş həkim olmadığından bu ambulatoriyaların əhalimizə göstərdikləri tibbi xidmət nisbətən aşağı səviyyədə olmuşdur. Kərkicahan qəsəbə HA-sı və Qaladərəsi FMM-də işçilərin işə davamiyyətində ciddi nöqsanlar olmuş, Kərkicahan qəsəbə HA-nın baş həkimi və işçilərinə ciddi xəbərdarlıq edilmiş,bu barədə onlarla söhbət aparılmış və tezliklə işlərini günün tələbləri səviyyəsində qurub əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmələri tapşırılmışdır. Bəzi tibb məntəqələrimizin xidmət ərazilərindəki əhalinin dərman və sarğı materialı ilə təminatındakı narazılıq bizdən asılı olmayan səbəblərdəndir. 2015-ci ildən dərman və sarğı materialları Səhiyyə Nazirliyinin bölgüsü əsasında nazirliyin işçiləri tərəfindən çatdırılır. Cəmilli kənd HA-da su xətləri korroziyaya uğradığından həmin su xətlərinin dəyişdirilməsinə və ambulatoriyanın ərazisinin torunun dəyişdirilməsinə böyük ehtiyac var. Kərkicahan HA-sının əhalimizə daha yaxşı tibbi xidmət göstərməsi üçün əlavə olaraq  bir otağın  verilməsinə ehtiyac var. Həmçinin  bəzi məntəqələrimizin əhaliyə göstərdikləri tibbi xidmətin səviyyəsinin aşağı olması, kadr çatışmazlığı, təcili yardım xidmətinin təşkili bu qüsurlar sırasına daxildir.
   Tapşırılır Xocalı rayon Səhiyyə şöbəsinə yol verilmiş qüsurların növbəti illərdə aradan qaldırılması istiqamətində lazımi tədbirlər görülsün və bu haqda İctimai-siyasi və humanitar məsələlər şöbəsinə mütəmadi olaraq məlumat verilsin.
   Mədəniyyət və turizm şöbəsi- Rayonumuzun icra strukturları Goranboy rayonu ərazisində fəaliyyət göstərdiyi üçün ərazimizdə turizmin inkişafı Goranboy rayon İcra hakimiyyəti tərəfindən həyata keçirilir. Ancaq buna baxmayaraq məskunlaşdığımız Aşağı Ağcakənd ərazisinin Ağbulaq adlanan hissəsində sakinlərimiz sahibkarlığın inkişafı ilə bağlı bir neçə istirahət obyektləri inşa etdirmişlər ki, mövsümi aylarda ölkəmizin müxtəlif yerlərindən turistlər istirahət etmək üçün bura gəlirlər. Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 34 şəbəkə fəaliyyət göstərir. Bunların sırasına  2 mədəniyyət evi, 14 klub, 1 Mərkəzləşdirilmiş Kitabxana Sistemi, 13 kitabxana filialı, 3 uşaq musiqi məktəbi və 1 Yaloba Tarix Diyarşünaslıq muzeyi daxildir.
   Son bir neçə ildə mədəniyyət müəssisələrimizin müəyyən hissəsi köçkünlər üçün salınmış yeni qəsəbə və şəhərciklərdəki  mədəniyyət obyektlərinə köçdükləri  üçün normal şəraitdə işlərini aparırlar. 2016- cı ildə Mədəniyyət və turizm sahəsində  kadrların yerləşdirilməsində müəyyən nəticələr əldə edilmişdir. Belə ki,  istər mədəniyyət evləri və klublarda, istərsə də mərkəzi kitabxana və filiallarında təhsilsiz işçilər ixtisaslı kadrlarla  və işə uyğun diplomlu gənclərlə əvəz edilmişdir. Kadrların düzgün yerləşdirilməsi həmin sahədə görülən işlərə çox böyük təsir göstərir. Belə ki, 2016-cı ildə   Xocalı şəhər mədəniyyət evi tərəfindən  mədəniyyət müəssisələri işçiləri və orta məktəb şagirdləri özfəaliyyətə cəlb edilərək bir neçə yazıçı və şairlərin  əsərləri və pyesləri səhnələşdirilmiş,qəsəbə sakinləri və ətraf bölgələrdə məskunlaşan köçkünlərmiz  qarşısında göstərilmişdir. Belə tamaşalardan 20 yanvar Qanlı Bakı faciəsinə həsir edilmiş  İtən vaxt, Qara paltarlı qadın, Dahi şairimiz Səməd Vurğunun 110 illik yubileyi ilə bağlı Vaqif pyesi səhnələşdirilmişdir. Bundan əlavə uşaqlar üçün il ərzində müxtəlif nağıllar və gülməli səhnəçiklər səhnələşdirilmiş və məktəblilərimiz qarşısında göstərilmişdir. Bunlardan “Sadəcə gülək”, “Arşın mal-alan” tamaşasından bir parça, “Müasir nənə və nəvə və s. göstərmək olar. Ölkə prezidentinin müvafiq Sərəncamına əsasən Xalq şairləri, Süleyman Rüstəmin110,  Nərman Həsənzadənin 85, Abdulla Şaiqin 135, Cabbar Qaryağdı oğlunun 155 illik yubileyləri Xocalı şəhər mədəniyyət evində qeyd edilmişdir. 
  Həmçinin Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə ölkə Prezidentinin  Fərman və Sərəncamlarına uyğun Mədəniyyət və Turizm Nazirliyinin qərar və tapşırıqları, eləcə də, rayonun bütün tədbirləri həyata keçirilib. Belə tədbirlərdən 8 mart Beynəlxalq Qadınlar gününü, baharın gəlişi və Novruz bayramını, 28 may Respublika günü, 15 iyun Qurtuluş günü, 18 oktyabr Müstəqillik günü, 9 noyabr Bayraq günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il şənliklərini göstərmək olar.
Xocalı rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə əsgərlər üçün təşkil olunmuş mədəni-kütləvi tədbirlərin  mütəmadi olaraq qeyd olunmasına yaxından köməklik göstərilmişdir.   Rayon Mədəniyyət evinin gördüyü işlər xüsusi saytlarda yerləşdirilməkdən əlavə, Mədəniyyət və Turizm Nazirliyinin “Mədəniyyət”  qəzeti və rayonumuzun əsas informasiya mənbəyi olan “Xocalının səsi”  qəzetində işıqlandırılır. Həmçinin keçirilmiş tədbirlərin arayışı mütəmadi olaraq Xocalı rayon İcra hakimiyyəti Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinə təqdim olunur.
  Hər bir məktəbin yekun nəticəsi həmin məktəbdən ali və orta ixtisas məktəblərinə qəbulun faizi və il ərzində keçirilən müsabiqələrdə əldə etdikləri nailiyyətlərlə ölçülür. Ancaq  Xocalı rayon uşaq musiqi məktəblərinin  məzunlarının orta ixtisas  məktəblərinə qəbulunun  vəziyyəti  heç də ürəkaçan deyil.
  Belə ki, 1 saylı uşaq musiqi məktəbində 2014-2015-ci  tədris ilində 30 şagird qəbulu, 15 buraxılış olmuşdur.  2 şagird ali və orta ixtisas məktəblərinə qəbul olmuşdur. Mənimsəmə 13,3% olmuşdur. 2015-2016-cı tədris ilində 15 şagird qəbulu, 15 buraxılış olmuşdur. Məktəbi bitirən şagirdlərdən 1 nəfər Gəncə Dövlət Universitetinin İncəsənət fakultəsinə, 1 nəfər isə Gəncə Musiqi Texnikumuna daxil olmuşdur. Mənimsəmə 13 %-dir.
   2 saylı uşaq musiqi məktəbində 2014-2015-ci tədris ilində isə 16 qəbul, 19 şagird buraxılışı olmuşdur. Ali və orta ixtisas məktəblərinə 2 şagird qəbul olmuşdur. Mənimsəmə 11%-dir. 2015-2016-cı tədris ilində isə 24 qəbul, 23 buraxılış olmuşdur. Məktəbi bitirən şagirdlərimizdən 3 nəfəri mədəniyyət və incəsənət sahələri üzrə orta ixtisas sahələri üzrə təhsil müəssisələrinə qəbul olmuşlar. Mənimsəmə 13.5%-dir.
  2014-2015-ci tədris ilində 3 saylı uşaq musiqi məktəbində  22 nəfər şagird qəbulu, 25 buraxılış olmuşdur. Buraxılan şagirdlərdən ali və orta ixtisas məktəblərinə qəbul olmamışdır. 2015-2016-cı  tədris ilində isə   40 şagird qəbulu, 11 buraxılış olmuşdur. Buraxılan şagirdlərdən 1 nəfəri fortopiano ixtisası üzrə Gəncə şəhər musiqi kollecinə  qəbul olmuşdur. Mənimsəmə 9.9%-dir.
  Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti xidməti tərəfindən 12 oktyabr 2016-cı il tarixdə Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinə 2012-ci ilin oktyabr ayından 2016-cı ilin oktyabr ayına kimi olan dövrdə dövlət büdcəsinin Xocalı rayon üzrə yerli gəlir və xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin icrası vəziyyəti təftiş edilmişdir. Təftiş zamanı Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq musiqi məktəbinin maddi-texniki bazasının, dərs saatlarının tədris planlarına uyğunluğunun, qrupların təşkil olunmasının, şagirdlərin hərəkətinin, davamiyyətinin və məktəbə qəbulu planlarının yerinə yetirilməsinin vəziyyəti, kitabxana filiallarında, mədəniyyət evlərində və klublarda işlərin təşkili sənədlər əsasında və yerlərdə yoxlanıldıqda normativ hüquqi sənədlərin tələblərinə əməl edilməməsi nəticəsində bir sıra nöqsanlara yol verildiyi aşkar olunmuşdur. Aşkar olunmuş nöqsanlara uyğun olaraq Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində fəaliyyət göstərən Uşaq musiqi məktəbləri 30.460.74 manat məbləğində cərimə olunmuşdur. Həmçinin qeyd etmək istərdik ki,  aşkar olunmuş qüsurların aradan qaldırılması istiqamətində görülmüş işlərlə bağlı yaxın vaxtlarda Xocalı rayon İHB-sı Aparatında Şura iclasında məsələ qaldırılması nəzərdə tutulmuşdur.
  Tapşırılır İctimai-siyasi və humanitar məsələlər şöbəsinə və  Xocalı rayon Mədəniyyət və Turizm şöbəsinə yol verilmiş qüsurların  növbəti illərdə aradan qaldırılması istiqamətində ciddi iş aparsınlar.
  Gənclər və İdman sahəsi –   Xocalı rayon Gənclər və İdman İdarəsi 2016 – cı il ərzində gənclər sahəsi üzrə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  İdarənin tədbirlər planına uyğun olaraq İlin yekunlarına əsasən statistik hesabatların toplanılması və monitorinqi, 2 Fevral “Gənclər günü” münasibətilə musiqili əyləncəli tədbir,   20 yanvar faciəsini gələcək nəsillərə çatdırmaq məqsədilə "Şəhidlər ölmür” mövzusunda inşa yazı müsabiqəsi, 26 fevral Xocalı soyqırımı ilə əlaqədar tədbir, 5 Mart bədən tərbiyəsi və idman günü ilə bağlı tədbir, Hərbi xidmətə yola düşəcək çağrışçılarla "Ordum varsa yurdum var" mövzusunda  tədbir  keçirilmiş, Novruz bayramı münasibətilə ümumrayon tədbirində gənclərin iştirakı ilə milli oyunların nümayiş olunmuş, 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın rolu"  mövzusunda mühazirələr, Narkomaniya və digər zərərli vərdişlərlə mübarizə işləri çərçivəsində "Sağlam bədəndə sağlam ruh olar" mövzusunda yeniyetmələr arasında rəsm müsabiqəsi təşkil olunmuşdur.  "Milli mənəvi və dini dəyərlərimizə sahib çıxaq" mövzusunda, ”Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda, 26 iyul Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibəti ilə “Azərbaycan gəncliyi dünən, bu gün və sabah” mövzusunda, Multikultiralizm ili çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə "Multikultiralizm Azərbaycanda həyat tərzidir" mövzusunda dəyirmi masalar təşkil olunmuşdur. Silahlı qüvvələr günü münasibətilə tədbir keçirilmiş, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı (2013-2018-ci illər)”nın icrası ilə bağlı profilaktik tədbir olaraq yeniyetmə və gənclərlə maarifləndirici görüşlər,  Yeniyetmə və gənclərin iştirakı  ilə “Dövlət Bayrağı günü”nə həsr olunmuş “Mənim bayrağım” mövzusunda dəyirmi masa, 12 Noyabr konstitutsiya günü münasibətilə  mühazirələr, “17 noyabr - Milli Dirçəliş günü” münasibətilə “Müstəqilliyimiz qürur mənbəyimizdir” mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə  dəyirmi masa təşkil olunmuşdur.
   Həmçinin rayondan kənarda keçirilən "Xəmsə" Milli İntellektual oyunlarının zona birinciliyində, "Gənclik və dövlət müstəqilliyi; gələcəyə baxış" mövzusunda regional forumda, "Şahin" hərbi idman oyunlarının zona birinciliyində, "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyünün zona birinciliyində və Bakı şəhərində keçirilən yay istirahət düşərgəsində yeniyetmə və  gənclərin iştirakı təmin edilmişdir.
   İdman sahəsi üzrə isə Yeniyetmələr arasında  şahmat turniri, 2 Fevral “Gənclər günü” münasibətilə Gənclər arasında  stolüstü tennis turniri,  5 Mart “Bədən tərbiyəsi və İdman günü” münasibətilə  gənclər arasında voleybol turniri, VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi, Məktəblilər  arasında dama turniri, Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş gənclər arasında voleybol turniri, "Narkomaniyaya yox deyək" devizi altında Gənclər arasında futbol turniri, 25 yaşdan yuxarı kişilər arasında nərd turniri (uzun növü), Gənclər arasında voleybol turniri, Narkomaniyaya yox deyirik devizi altında yeniyetmələr arasında kütləvi kross turniri, Müstəqillik günü münasibətilə məktəblilər arasında “Şən startlar” idman yarışı, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar  şəhidlərinin xatirəsinə kütləvi kross turniri, yeniyetmələr arasında voleybol turniri və yeniyetmələr arasında şahmat turniri keçirilmişdir.
  Rayonun əsas informasiya  vasitəsi “Xocalının səsi” qəzetidir. Qəzet əvəllər çox zəif işıq üzü görürdü. Artıq son 10  ildir ki, qəzet ayda bir dəfə çıxarılır. Rayonun bütün təşkilatları, ümümtəhsil məktəbləri qəzetə abunə yazılır. Hər qəzetin nömrəsi 400-500 nüsxədə çap olunur və abunəçilərə çatdırılır. Qəzetin təkmilləşməsi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzində olur. 1991-ci ildə “Xocalının Səsi” qəzetinin yaradıcılarından biri  Qasım Qasımov olmuş və  qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. 2000-ci ildən 2015-ci ilin oktyabrına  kimi bu qəzetin baş redaktoru kimi öz fəaliyyətini davam etdirmişdir.  Yazıçı, şair və publisist rayon və respublika mətbuatında Qarabağ hadisələrini əks etdirən saysız-hesabsız məqalələlərin müəllifi olmuşdur. Lakin 2015-ci ilin oktyabrında Qasım Qasımov vəfat etmişdir. Qasım Qırxqızlı   ölümündən bir müddət öncə rayon qəzetinin işıqlandırılmasında göstərdiyi xidmətlərə görə   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdir.
   30.11.2015-ci il tarixindən etibarən isə Xocalı rayon Kosalar kənd sakini, uzun müddət “Xocalının Səsi” qəzetində bölgə muxbiri vəzifəsində çalışmış Quliyev Qalib Bəyməmməd oğlu qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur.
  Hal-hazırda rayonda  2 siyasi patiyanın rayon təşkilatı və 9  ictimai təşkilat fəaliyyət göstərir.  Rayonda fəaliyyət göstərən  siyasi partiyalar  Yeni Azərbaycan  Partiyasının rayon təşkilatı  və Milli Dirçəliş Partiyasının rayon təşkilatıdır. Yeni Azərbaycan Partiyasının rayon təşkilatı 3 mart 1995-ci il tarixindən etibarən  fəaliyyət göstərir.   Partiyanın 777  üzvü, 12  özəyi mövcuddur. Hesabat ilində partiya sıralarına 45  nəfər daxil olmuşdur.  Partiyanın qərargahı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşir.
  Milli Dirçəliş Partiyasının rayon təşkilatı 10 yanvar 2006- cı il tarixindən etibarən fəaliyyət göstərir.  Partiyanın 30 üzvü, 1 özəyi mövcuddur. Partiyanın qərargahı Goranboy şəhərində  yerləşir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin “Şəhər, rayon İcra hakimiyyətlərinin dini məsələlərlə bağlı  fəaliyyətinin təşkilinə dair tövsiyyələr “ haqqında 24.12.2015-ci il tarixli məktubunun icrasını təmin etmək məqsədilə Xocalı rayon İcra hakimiyyəti başçısının 14.01.2016-cı il tarixli, 4 №li Sərəncamına əsasən İHB-sı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar  Əliyev  Xocalı rayonu  üzrə dini məsələlər üzrə işin təşkilatçısı təyin olunmuşdur. Komissiyanın fəaliyyətinə uyğun olaraq, rayon ərazisində dini durumun sabit saxlanmasına dair illik iş planı hazırlanmış və iş planından irəli gələn məsələlərin həll olunması diqqət mərkəzində saxlanılmışdır.
Rayonda heç bir dini qurum fəaliyyət göstərmir, rayonun məscidi və axundu yoxdur. Dini təbliğ edən və dini cərəyanla məşğul olan şəxslər barədə məlumat yoxdur.
  Rayon İcra Hakimiyyəti ilə rayonun hüquq-mühafizə orqanları arasında əməkdaşlıq günün tələbləri səviyyəsində qurulmuşdur. Cinayətkarlığa qarşı mübarizə sahəsində mühüm əhəmiyyət kəsb edən cinayətkarlığın profilaktikası işinin gücləndirilməsi bir vəzifə olaraq hüquq-mühafizə orqanlarının qarşısında duran prioritet məsələdir. 2016-cı il ərzində Xocalı rayonu üzrə cinayətkarlıq, insan-hüquq və azadlıqlarının qorunması,rayonun hüquq-mühafizə orqanları tərəfindən onların xidməti ərazisində baş vermiş cinayət və inzibati hüquq pozmalara qarşı mübarizə gücləndirilmişdir. Rayonun hüquq-mühafizə orqanlarının xidmət apardığı ərazilərdə  kriminogen vəziyyət nəzarətdə saxlanılır. Qaçqın və məcburi köçkünlərin təhlükəzliyini etibarlı təmin etmək məqsədilə strateji yerlərdə polis postları yaradılmış,gecə gəzintiləri təşkil olunmuşdur.
  Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri vətəndaşların qəbuluna daim diqqətlə yanaşırlar. O cümlədən ölkəmizdə yaranmış dönməz ictimai-siyasi sabitlik şəraitində xidmət apararaq heç bir cinayət və hüquq pozuntusu törətmədən 2016-cı ili müvəffəqiyyətlə başa vurmuşdurlar.
 
Hüquq-mühafizə orqanlarında açılmayan cinayət hadisələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 
Görülən işlər təhlil edilərkən məlum olmuşdur ki, hesabat dövründə 2016-cı il ərzində hüquq-mühafizə orqanları əməkdaşlarının əhali ilə apardığı profilaktiki söhbətlər nəticəsində əhalidən qanunsuz saxlanılan müxtəlif növ silah-sursatlar aşkar edilərək  müvafiq araşdırılma aparılması üçün aidiyyatı orqanlara göndərilmişdir.
Narkotik  xassəli  bitkilərin qanunsuz  olaraq  kultivasiya edilməsi,yabanı halda yayılmasının qarşısını alınması məqsədilə xitdəti ərazidə müvafiq tədbirlər görülmüşdür. “Xaş-xaş” 2016 şərtli adı altında kompleks profilaktik tədbirlər planına  uyğun  olaraq komissiyası tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində  4 ton  300 kq  yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq “ Məhvetmə ” komissiyanın iştirakı ilə yaşıl kütlə şəklində yandırma üsulu ilə məhv edilmişdir.
  Hüquq – mühafizə orqanlarına bir daha tövsiyyə edirik ki, cari ildə işlərini daha da  yaxşı qursunlar və xidmət etdikləri ərazidə  asayişin yüksək səviyyədə qorunmasını təmin etsinlər.
      Xocalı rayonu 26 noyabr 1991-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin “Dağlıq Qarabağ Muxtar vilayətinin Statusunun ləğv edilməsi haqqında qanuna əsasən keçmış Əsgəran rayonunun bazasından yaradılmışdır. Rayonun 2016-cı ilin sonuna 28684 nəfərdir. Bunlardan 15755 nəfəri azərbaycanlılar, digərləri isə erməni və qeyri millətlərdir. 2016-cı ildə əhalinin artımı 237 nəfər olmuşdur.
      2016-cı ilin sonuna ailələrin sayı 4146 ailə ötən illə müqayisədə  46 ailə artım olmuşdur.
      Məlum Dağlıq Qarabağ hadisələrindən sonra rayonumuzun əhalisi Respublikanın 52 şəhər və rayonlarında müvəqqəti məskunlaşmışdır. Azərbaycanlılar yaşayan 1 şəhər, 1 qəsəbə və 8 kənd olmaqla 5 İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi  mövcuddur və əhalinin daha çox məskunlaşdığı yerlərdə öz fəaliyyətlərini davam elətdirirlər Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində, Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Gəncə şəhərində, Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Gəncə şəhəri Kəpəz rayon yeni yaşayış massivində, Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Börü qəsəbəsində, Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi Goranboy rayonu Meşəli kəndində fəaliyyət göstərir.
      2016-cı ilin sonuna dair aparılan təhlildən məlum olur ki, Xocalı rayon İcra hakimiyyəti Aparatına ilbəil müraciət edənlərin sayı azalır. Qaldırılmış təkliflərin həllində isə müsbət dəyişikliklər olmuşdur. Bu onunla bağlıdır ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılmasına ölkə Prezidenti cənab İlham Əliyev daima diqqət və qayğı göstərir.
     İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşların qəbulu hər həftənin 2 günü keçirilir. Keçirilən qəbullar yazılı və şifahi şəkildə qeydə alınmışdır.
2016-cı ildə rayon İcra Hakimiyyəti başçısı yanında 23 Şura iclası keçrilmişdir. Şura iclasında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  şöbəsindən 17, İctimai-siyasi və humanitar məsələlər şöbəsindən  9, Ərazi idarə-etmə və yerli özünüidərəetmə orqanları ilə iş şöbəsindən 4, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən 3, Hüquq şöbəsindən 1, Memarlıq və tikinti şöbəsindən 1, YYÇİ və HM üzrə komissiya 1, İnforimasiya təminatı və tahlili sektoru 2, eyni zamanda qarşıya çıxan cari məsələlər də müzakirə edilmişdir.
2016-ci il üzrə ordu sıralarında müqavilə əsasında xidmətə gedənlərin sayı 8 nəfər təşkil edir.
Bildirmək istəyirəm ki, rayonumuzda həqiqi hərbi xidmətdən yayınan olmamışdır.
        İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi iş planı əsasında fəaliyyət göstərmişdir.
        İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin illik hesabatları rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafik əsasında yerlərdə keçrilmişdir.
        11 yanvar 2017-ci il tarixində Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Goranboy rayonu Börü qəsəbəsində, 13 yanvar 2017-ci il tarixində Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Goranboy rayonu Meşəli qəsəbəsində, 17 yanvar 2017-ci il tarixində  Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Gəncə şəhərində, 19 yanvar 2017-ci il tarixində Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Gəncə şəhəri Yeni qəsəbədə, 22 yanvar 2017-ci il tarixində Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin illik hesabatı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində keçirilmişdir.
        Hesabat yığıncaqlarında hüquq-mühafizə orqanları ilə yanaşı rayonun şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak etmişlər.
        Hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əldə etdikləri uğurlarla yanaşı, mövcud nöqsanlar da hərtərəfli təhlil edilmişdir.

Cəmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
11.01.2017

1. Cəmilli kəndində klub və kitabxana  üçün inzibati binanın tikilməsi
2. Cəmilli kənd tam orta məktəbinin bir növbədə fəaliyyət göstərməsi üçün əlavə
    sinif otaqlarının tikilməsi və məktəbin  həyətində idman meydançasının
    salınması.
3. Cəmilli kənd əhalisinin məskunlaşdığı qəsəbənin abadlaşdırılması üçün vəsaitin 
    ayrılması
4. Yeni yaranmış ailələrə ev tikmək üçün torpaq sahəsinin ayrılması
5.Aşağı Ağcakənd –Börü arasındakı yolun uçub yarğana söykənmiş hissəsində
    istinad divarının tikilməsi yaxud həmin hissədə yolun yerinin dəyişdirilməsi.
6. Cəmilli kənd əhalisinin məskunlaşdığı qəsəbədə Uşaq baxçasının açılması
7. Cəmilli kənd əhalisinin məskunlaşdığı qəsəbənin seldən qorunması üçün
    çəkilmiş kanalın təmizlənməsi 
8. Cəmilli kənd əhalisinin məskunlaşdığı qəsəbəyə suvarma suyunun çəkilməsi  
9.Cəmilli kənd tam orta məktəbinə və inzibati binalara mərkəzləşdirilmiş qızdırıcı
    sisteminin qurulması
10.Cəmilli kənd əhalisinin məskunlaşdığı qəsəbədə Qəsəbəarası yolların
      şebenlənməsi

Meşəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
13.01.2017

1. Meşəli qəsəbəsində qəsəbədaxili su xəttinin dəyişdirilməsi 
2.Meşəli kənd əhalisinin məskunlaşdığı qəsəbəyə suvarma suyunun cəkilməsi  
3. Meşəli kənd tam orta bəktəbində  əlavə sinif otaqlarının tikilməsi

Kərkicahan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
17.01.2017

  1.Kərkicahan qəsəbə sakinlərinin yataqxanalarda yaşayan ailələrinin sıxlığını və
     birgə yaşayış şəraitlərinin  çətinləşdiyini nəzərə alaraq yeni qəsəbənin
     tikilməsinə köməklik göstərilməsi
2.Xankəndi şəhər N.Şahmuradov adına 6№-li Kərkicahan qəsəbə tam orta
     məktəbin əsaslı təmir olunması  
3. Kərkicahan qəsəbə həkim ambulatoriyasına dava-dərmanların sayının və      
    növünün artırılması
4. Gənclərin işlə təmin olunması

                Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
19.01.2017

1. Kosalar əhalisinin məskunlaşdığı yeni qəsəbədə Xeyir-şər mərasiminin
     keçirilməsi üçün mağarın alınması
2. Kosalar əhalisinin məskunlaşdığı yeni qəsəbəyə rabitə və internet xəttinin
    çəkilməsi
3. Kosalar əhalisinin məskunlaşdığı yeni qəsəbədə qəbiristanlığın salınması üçün
    torpaq  sahəsinin ayrılması
4. Kosalar əhalisinin məskunlaşdığı yeni qəsəbədə Şəhidlərin xatirəsini yad etmək 
    üçün  abidə kompleksinin ucaldılması


Xocalı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
22.01.2017

1. Goranboy şəhəri yanında salınmış yeni yaşayış massivində Xeyir-şər mağarının  
     istilik sistemi ilə təmin olunması və kanalizasiya sisteminin çəkilməsi
2. Yuxarı Ağcakənd qəsəbəsində qəsəbədaxili yolların təmiri və qəsəbəyə marşurut    
     xəttinin acılması
3. Aşağı Ağcakənd qəsəbəsində qəsəbədaxili küçələrin işıqlandırılması
     
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində əhalinin sağlamlığına daima diqqət və qayğı göstərilir, yerləşdikləri ərazilərdə mərkəzi poliklinikalarla əlaqə saxlayaraq tibbi müayinələrin keçirilməsini təşkil edirlər.
Ötən ildə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin hesabat yığıncaqlarında qaldırılmış təkliflərin əksəriyyəti öz həllini tapmış, qalanları barədə aidiyyatı dövlət qurumları qarşısında məsələ qaldırılmışdır.
İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri Respublikanın mövcud Qanunları, Qanunvericilik aktlarını, Prezidentin Fərman, Sərəncam və çıxışlarındakı müddəaları, Nazirlər Kabinetinin Qərarlarını, həmçinin, rayon İcra Hakimiyyəti başçısının qarşıya qoyduğu məsələləri həll etmək məqsədi ilə üzərinə düşən məsuliyyəti dərindən dərk edir, Azərbabcan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni əldə rəhbər tutaraq işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.   
Onu da qeyd etmək istəyirəm ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində sənədləşmə və karküzarlıq işləri təlimata uyğun şəkildə aparılır. Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi sənədləşmə işlərini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində qanuna-uyğun şəkildə aparılmasına daima nəzarət edir və lazımı   təlimatlarla təmin edir. 
Bildirirəm ki, Regionların İnkişafı Analitik İnformasiya Sistemi (RİAİS) proqramı 2007-ci ildən etibarən tətbiq olunmağa başlamışdır. Azərbaycan Respublikası  Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında  Əsasnamə”də RİAİS  proqramının tətbiqi ilə əlaqədar rayon İcra Hakimiyyətində İnformasiya təminatı və təhlil sektoru yaradılmışdır.
RİAİS proqramı 71 formadan ibarət şablonlardan tərtib edilmişdir. Xüsusi proqram əsasında rayonun  2003-cü ildən  hal-hazıradək olan   bütün göstəriciləri  ayrı-ayrı formalar üzrə tərtib olunaraq, tələb olunan qrafik əsasında mərkəzi serverə ötürülməsi təmin edilir. Hal-hazırda mövcud formalar üzrə məlumatların qrafik əsasında tələb olunan vaxt müddətində mərkəzi serverə yerləşdirilməsi təmin  olunur.
RİAİS proqramı üzrə ümumilikdə Xocalı rayonunun  müxtəlif sahələrini əhatə edən  35 forma işlənilir ki, bundan 2 forma  gündəlik keçirilən tədbirləri və baş verən hadisələri,  29 forma həftəlik, aylıq, rüblük,  yarımillik, illik məlumatları, 4 forma isə yalnız ölkədə keçirilən seçki kampaniyaları zamanı olan məlumatları əhatə edir.
Yuxarıda qeyd olunan 35 forma üzrə məlumatlar rayonda bütün sahələri əhatə edən göstəricilərdən ibarətdir ki,  bu formalar üzrə məlumatlar  Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, Rayon Statistika İdarəsi və rayonun  aidiyyatı müəssisə və təşkilatları ilə birlikdə tərtib olunur.
RİAİS proqramı üzrə göstəricilərin toplanılaraq mərkəzi serverə ötürülməsi ilə yanaşı,  bu göstəricilər mütəmadi olaraq təhlil edilir. Rayonda hansı sahələrdə inkişafın, hansı sahələrdə geriliklərin mövcudluğu mütəmadi olaraq təhlil olunur, geriliklərin baş vermə səbəbləri araşdırılaraq həmin sahənin inkişafı  tərəfimizdən nəzarətə götürülərək müvafiq  tədbirlər görülür. 
      Sektorun hal-hazırki iş prinsipi rayon İcra hakimiyyətinin fəaliyyəti haqqında Prezident Administrasiyasının  mütəmadi məlumatlandırılması, keçirilən tədbirlər haqqında xəbərlərin rəsmi internet saytında yerləşdirilməsini və lazımi kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etməkdir.
İnformasiya təminatı və təhlil sektoru bundan sonra da işlərini  bu sahəyə olan tələbkarlıq və məruzədə göstərilən  istiqamətlər əsasında quraraq, rayonumuzla bağlı doğru, dürüst məlumatların vaxtlı-vaxtında mərkəzi serverə göndərilməsini təmin edəcəkdir.
      Bildiririk ki, əhalinin məcburi köçkün şəraitində yaşadığını və Respublikamızın müxtəlif rayonlarında məskunlaşdıqlarını nəzərə alaraq, ayda 4 dəfədən az olmayaraq, sakinlərlə yerlərdə səyyari-görüş qəbulları keçirilir. Bunun üçün, əvvəlcədən səyyari-görüş qəbullarının keçiriləcəyi məkan və tarix barədə yerlərə məlumat verilir. Təşkilat rəhbərləri ilə birlikdə səyyari-görüş qəbullarını həyata keçirilir. Qeyd etmək istəyirəm ki, səyyari-görüş qəbulları keçirildikdən sonra vətəndaş müraciətləri azalıb. Çünki, vətəndaşların problemləri yerində araşdırılır və həll olunur. 2016-cı ildə 41 dəfə məcburi köçkünlərin ən çox məskunlaşdığı ərazilərdə səyyari-görüş qəbulları keçirilmişdir. Şəhər və rayonlarda keçirilən səyyari görüşlərin 6-ı Bakı, 7-i Gəncə, 2-i  Mingəçevir, 2-i Oğuz, 9-u Goranboy, 3-ü Bərdə, 2-i Yevlax, 2-i Ağcabədi, 3-ü Göyçay, 2-i Ağdaş, 3-ü Şəkidə keçirilmişdir. Görüş zamanı 142 vətəndaş müraciət etmişdir. Bunlardan 36-ı iqtisadi, 78-i sosial və humanitar, 28-i infrastruktur təklifləri olmuşdur. İqtisadi məsələlərdən 33-ü öz həllini tapmış 3-ü icraata götürülmüş, sosial və humanitar məsələlərdən 68-i həllini tapmış 10-u icraata götürülmüş, infrastruktur məsələlərdən 12-i həllini tapmış 16-ı isə icraata götürülmüşdür. Qeyd etmək istəyirəm ki, qaldırılmış təkliflərdən 71-i rayonun İcra hakimiyyətinə, 24-ü yerli İcra hakimiyyətinə, 47-i  mərkəzi icra orqanlarına aiddir. Bu təkliflərdən İcra hakimiyyəti başçısı cənab Ş.Usubovun tapşırığı əsasında 68-i həllini tapmış 4-ü icraata götürülmüş, yerli İcra hakimiyyətləri tərəfindən 18-i həll edilmiş, 5-i icraata götürülmüş, mərkəzi icra orqanları tərəfindən 26-ı həll olunmuş 21-i ilə bağlı ardıcıl iş aparılır.
      Ümumilikdə il ərzində qaldırılmış təkliflərdən 110-u öz həllini tapmış, 32-i icraata götürülmüşdür. Beləliklə qaldırılan təkilflərin 78% tam olaraq həllini tapmışdır. Həllini tapmayan məsələlər aşağıdakılardır.
1. Məcburi köçkünlərin mənzillə təmin olunması
2. Güzəştli kreditin verilməsi
3. Yeni yaşayış massivinin salınması
4. Xeyir-şər evinin tikliməsi
5.      Yuxarı Ağcakənd qəsəbəsi ilə Aşağı Ağcakənd qəsəbəsi arasındakı yolun        
          asfaltlaşdırılması
6. Su xəttlərində olan problemlərin aradan qaldırılması
         Bu məsələlərin həll olunması üçün aidiyyatı dövlət orqanları qarşısında məsələ qaldırılmışdır.
     “Azərbaycan Respublikası dövlət orqanlarında və dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2006-ci il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq rayon İcra hakimiyyəti başçısı aparatında ehtiyat kadrların yerləşdirilməsi məsələsinə çox  ciddi yanaşılır. Azərbaycan Respublikasının dövlət qulluğu üçün müasir tələblərə cavab verən kadr potensialının yaradılması, idarə olunması və ondan səmərəli istifadə edilməsi işinin təkmilləşdirilməsi üçün İHB-sı aparatında məqsədyönlü işlər aparılır. Bunun üçün Azərbaycan Respublikasının dövlət orqanlarında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılması qaydalarına ciddi riayət olunur. Belə ki, hər bir vəzifə üçün ixtisasa uyğun ehtiyat kadrlar müəyyənləşdirilmişdir. Bu ehtiyat kadrlar həm aparatdan həm də  rayonun idarə, və  təşkilatlarından seçilən nümunəvi kadrlardır. Rayonun İcra hakimiyyəti başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə rayon İcra  hakimiyyəti başçısı aparatında sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Allahverdiyev Bəxtiyar Fizuli oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra hakimiyyəti başçısının aparatının ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə, həmin şöbənin baş məsləhətçisi Abışova Aynurə Eyvaz qızı və ictimai-siyasi humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əliyev Ziya Muradxan oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra hakimiyyəti başçısının aparatının Ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin müdiri vəzifəsinə, həmin şöbənin baş məsləhətçisi Əliyeva Aişə Ziyadxan qızı və Ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin böyük məsləhətçisi Nağıyev Elman Aydın oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra hakimiyyəti başçısı aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə Xocalı rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai-siyasi humanitar məsələlər şöbəsində şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Əliyev Anar Şakir oğlu və Xocalı rayon inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Bağırov Elməddin Mirzə oğlu nəzərdə tutulmuşdur.
Hüquq şöbəsinin müdiri vəzifəsinə hüquq şöbəsinin məsləhətçisi Məmmədov Arif Məmməd oğlu və hüquq  şöbəsinin digər məsləhətçisi Nəbiyev Orxan Aydın oğlu nəzərdə tutulmuşdur.
Rayon İcra hakimiyyəti başçısı aparatında dövlət qulluğunun rəhbər vəzifələrinin tutulması üçün ehtiyat kadrların formalaşdırılmasında daha da ciddi işlər aparılıb və aparılacaqdır.
  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 2\495 saylı 27 iyun 2015-ci il tarixli məktubuna əsasən, rayon İcra hakimiyyəti başçısı aparatında Vahid İnformasiya sistemi yaradılmışdır. Bu o deməkdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, Nazirlər Kabinetindən, bilavasitə vətəndaşlardan daxil olan vətəndaş müraciətləri Vahid İnformasiya sistemi vasitəsi ilə işlənilir. Sistem üçün ayrıca kompüter avadanlığı alınmış və Administrasiyanın bu işlə məşğul olan işçiləri tərəfindən sistemə qoşulmuşdur. İlin sonuna qədər vətəndaşlardan daxil olan müraciətlər bu sistem vasitəsi ilə işlənilmişdir. Sistemlə işləyərkən heç bir problemlə üzləşməmişik və hal-hazırda da vətəndaş müraciətləri bu sistemlə işlənilir.
Rayon İHB-sı aparatına 2016-cı il ərzində 312 vətəndaş müraciəti daxil olmuşdur. Müraciətlərdən 305-si ərizə, 7-i şikayət məzmununda olmuşdur, təklif daxil olmamışdır. 2015-ci ildə 368 vətəndaş müraciəti daxil olmuşdursa, 2016-cı ildə bu rəqəm 312 olmuşdur. Göründüyü kimi  vətəndaş müraciətlərinin sayında azalma müşahidə olunur. Bu da ondan irəli gəlir ki, keçirilən səyyari-qəbullarda vətəndaş müraciətinə çox diqqətlə yanaşılır, vətəndaşların problemi dinlənilir və lazımi tədbir görülür. Bunun nəticəsidir ki, vətəndaşlar yuxarı orqanlara müraciət etmək məcburiyyətində qalmırlar.
Daxil olan vətəndaş müraciətlərindən 208 müraciət müsbət həll olunub. 21 müraciət əsassız sayılıb, 73 müraciətə müvafiq izahat verilib, 10 müraciət baxılmaq üçün aidiyyatı təşkilatlara göndərilib.  Dövlət orqanlarından və digər qurumlardan 25 müraciət, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 7 müraciət, Milli Məclisdən 3 müraciət, Nazirlər Kabinetindən 5 müraciət, Republikanın digər qurumlarından 10 müraciət, bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər 287 olmuşdur. Daxil olan vətəndaş müraciətlərinin icrasında heç bir gecikmə halları olmamışıdır.
     İHB-sı yanında şurada 2 dəfə vətəndaşların müraciətinə  baxılmasının vəziyyəti  müzakirə olunmuşdur.
     İHB-sı aparatında vətəndaşların qəbulu əvvəlcədən hazırlanmış qrafik üzrə aparılır. 2016-cı il ərzində 336 vətəndaş qəbul olunmuşdur. Belə ki, rəhbər tərəfindən 75 nəfər qəbul olunmuşdur, aparatın vəzifəli şəxsləri tərəfindən 97 nəfər qəbul olunmuşdur.
2016-cı ildə rayon İHB-sı tərəfindən 75 əmr imzalanıb, əmrlər əsasən  işçilərin məzuniyyətə çıxması, işə təyin olunması və işdən azad olunması, işçilərin ezamiyyəyə göndərilməsi haqqında olmuşdur.
2016-cı ildə 60 sərəncam imzalanmışdır. Sərəncamların bir qismi yeməkxərci müavinəti haqqında, hərbi xidmətə çağırış haqqında, əhalinin məşğulluq proqramının hazırlanması üçün komissiya yaradılması haqqında və digər məzmunlarda olmuşdur. Əmr və Sərəcamlar vaxtında düzgün tərtib olunmuş və gecikdirilmədən aidiyyatı ünvanlarına çatdırılmışıdr.
Ölkə  prezidentini  əmin edirik ki,  həmişə olduğu kimi  bundan sonra da   respublika prezidentinin yeritdiyi daxili və xarici siyasət Xocalı rayon ictimaiyyəti tərəfindən müdafiə ediləcəkdir.

Keçidlər