Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta: "Sizin başınıza gətirilən müsibətlərdən sonra iradəniz, əzminiz insanı heyrətə gətirir"

24 fevral 2017 | 16:00


   21.02.2017-ci il tarixdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta, xanımı Anna Sekuta və səfirliyin nümayəndələri Goranboy rayonu ərazisində Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı Aşağı Ağcakənd qəsəbəsində olublar.
Əvvəlcə səfirliyin nümayəndələri şəhid ailəsi Ramiz Nəsirovun evində  Xocalıdan olan 10 şəhid ailəsi ilə görüş keçiriblər. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov Xocalı soyqırımının canlı şahidlərindən biri kimi 25 il öncə erməni quldurları tərəfindən törədilmiş müsibətlərdən danışdı, həmçinin rayonumuz haqqında və sakinlərimizin köçkünlük həyatından geniş məlumat verdi. Şahid ailələri və əsir düşmüş Xocalı sakinləri öz dərdlərini səfir Robert Sekuta ilə bölüşdü. Onlar xahiş etdilər ki, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərə öz köməkliyini göstərsin. Xocalı soyqırımının şahidlərini dinləyən Robert Sekuta belə bir faciənin baş verməsindən təəssüf hissi keçirdiyini və bu soyqırımı yaşayan insanların iradəsinə, əzminə heyrət etdiyini ifadə edib.
   Daha sonra qonaqlar Aşağı Ağcakənddə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər və abidə önünə tər çiçəklər düzüblər.

Keçidlər