Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumdünya Mülki Müdafiə” günü.

01 mart 2017 | 16:00

   01.03.2017-ci il tarixdə Xocalı rayonundan olan məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı şəhər 4 saylı tam orta məktəbində “Ümumdünya Mülki Müdafiə” gününə həsr olunmuş “Mülki Müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi tərəfindən Xocalı rayonunun müvafiq qurumlarının iştirakı ilə tədbir keçirilmişdir.
   Tədbirdə məktəb binasında süni yanğın effekti yaradıldı, məktəbdə olan şagird və pedaqoji kollektiv təxliyyə edildi, yanğının söndürülməsi və şərti zərərçəkənlərə tibbi yardımın göstərilməsi həyata keçirildi. Tədbirin sonunda mövcud texnika, xilasedici cihaz və avadanlıqlar nümayiş etdirildi.

Keçidlər