Xocalı rayon ictimaiyyətinin bir qrup ziyalıları, rayonun mədəniyyət işçiləri, istedadlı yeniyetmə və gəncləri 29.05.2017-ci il tarixdə “ATV “kanalında efirə gedən “Bizimləsən” verilişinin qonağı oldular.
Veriliş zamanı Xocalı rayonunun qədim adət-ənənələrindən, mədəniyyətindən söhbət açıldı, mətbəxindən, xalçaçılıq sənətindən və digər sahələrdən nümunələr məharətlə nümayiş etdirildi. Xocalı şəhər 3 saylı musiqi məktəbinin ansamblının müşayiəti ilə Xocalı rayonunun həzin səsli gənc müğənniləri bir-birindən gözəl mahnılar ifa etdilər. Efirdə nitq söyləyən Xocalı rayon İHB-sının müavini Lamiyə xanım Qarayeva və digər qonaqlar Xocalı rayonunun tarixindən, həmçinin, ziyalı şəxsləri, istedadlı insanları haqqında ətraflı məlumat verdilər. Nikbin ruhda keçən verilişdə aparıcı Zaur Baxşəliyev vurğuladı ki, Xocalı soyqırımını heç zaman yaddan çıxarmaq olmaz. Xocalılar bu gün ölkə rəhbərinin diqqət və qayğısı əhatəsində qürurla yaşayırlar və tezliklə doğma torpaqlarına qayıdacaqlarına əmindirlər.