Xocalıdan olan gənclər aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınmasından sonra Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən, yenidən qurulan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etdilər.
17.06.2017-ci il tarixdə Xocalı rayon İH-nin və Yeni Azərbaycan Partiyası Xocalı rayon Təşkilatının dəstəyi, YAP Xocalı rayon Gənclər Birliyinin təşəbbüsü ilə bir qrup Xocalıdan olan gənclər aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınmasından sonra Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamına əsasən, yenidən qurulan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etdilər. Səfər marşrutu üzərinə "Cocuq Mərcanlıdan Xocalıya" pankartı vurulmuşdu. Xocalılı gənclər əllərində Yeni Azərbaycan Partiyasının və Şanlı Azərbaycan bayraqları ilə yola düşdülər.
Gəncləri Cocuq Mərcanlı kəndinin girəcəyində aprel döyüşlərinədək kənddə yaşayan yeganə ailənin başçısı Oqtay Həziyev qarşılayaraq onları doğma dədə-baba torpağında gördüyü üçün şad olduğunu bildirdi. Sonra Cənab Prezidentimizin Sərəncamına əsasən, bərpa edilən Cocuq Mərcanlı ilə tanışlıq başladı. Səfər əsnasında Cocuq Mərcanlı kəndində Şuşa məscidinə bənzər məscid ziyarət edildi. Qəsəbədə yeni tikilən evlərə baxış keçirildi. Oqtay Həziyevə məxsus 4 otaqlı evdə qonaq oldular. Xocalı şəhər 3 saylı musiqi məktəbinin ansamblının müşayiəti ilə milli şən mahnılar oxundu. Düşmənə yaxın olmasından qorxmayan, öz yurduna bağlı insan Oqtay Həziyev oxunan mahnıları böyük zövqlə dinlədi. Oqtay kişi Azərbaycan Ordusunun qüdrətindən söhbət açdı. Cənab Prezidentimizə Allahdan uzun ömür, cansağlığı arzuladı. Arzu etdi ki, düşmən tapdağında qalan bütün torpaqlarımız işğaldan azad olunsun və həmin torpaqlarımızda quruculuq və abadlıq işləri aparılaraq "Böyük Qayıdış" layihəsi məntiqi sonluğuna çatsın.
Qəsəbədən Lələtəpə yüksəkliyi qürur hissi ilə seyr edildi.
Sonda xatirə şəkilləri çəkdirildi.