Şriftin ölçüsü :

Saytın rəngi :

13.06.2017-ci il tarixdə xocalıların məskunlaşdığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Milli Qurtuluş Günü münasibətilə ümumrayon tədbiri keçirildi.

13 iyun 2017 | 16:00

        Tədbirdə Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubov, idarə, müəsssiə, təşkilat rəhbərləri və işçiləri, rayon ziyalıları iştirak etdilər. 
        Tədbir iştirakçıları əvvəlcə "Heydər" parkında ucaldılan Ulu Öndərimiz Heydər Əliyevin büstü önünə dərin hörmət və ehtiram əlaməti olaraq tər çiçəklər düzdülər.
        Xocalı rayon Mədəniyyət evində keçirilən tədbiri giriş sözü ilə açan Lamiyə xanım Qarayeva bildirdi ki, 15 iyun tarixi müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Milli Qurtuluş Günü xalqımız üçün əlamətdar gündür. Ulu Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanı fəlakətlərdən qurtardı. Bu gün ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz gündən-günə daha da inkişaf edir və beynəlxalq arenada söz sahibinə çevrilir.
        Sonra məruzə ilə söz Başkənd kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi Sevda Məmmədovaya verildi. Sevda Məmmədova geniş məruzə ilə müstəqilliyimizi qazandığımız ilk illərdə ölkədə baş verən hadisələrdən, Qarabağ torpaqlarının itirilməsinin səbəblərindən və ümummilli liderimiz Heydər Əliyevin xalqmızın xilaskarı kimi siyasi fəaliyyətindən ətraflı məlumat verdi. O, çıxışında bildirdi ki, Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
        1993-cü ildə xalqın xahiş və tələbi ilə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial - iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji maneələrini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynamışdır. Ümumilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitilik və əmin-amanlıq yaratdı. "Olum, ya ölüm" ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Ulu Öndər qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, separatçı qüvvələri zərərsizləşdirdi. 1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır.
        Daha sonra söz hələ 1992-ci ildən Heydər Əliyevin hakimiyyətə qayıtmasını mitinqlərdə cəsarətlə tələb edən  Şükür Bəşirova verildi. Şükür Bəşirov qeyd etdi ki, Heydər Əliyev elə dahi bir şəxsiyyət olubdur ki, o Azərbaycan tarixində silinməz iz qoyubdur. Azərbaycan öz müstəqlliyini 1991-ci ildə elan etdi, ancaq Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, müstəqlliyimizi qoruyub-saxlamaq mümkün olmayacaqdı. Heydər Əliyev həmin vaxtlar hakimiyyətə qayıtsaydı qətiyyətlə deyirəm ki, Azərbaycanın torpaqları işğal oluna bilməzdi.
        Xocalı rayon prokuroru Şıxəli Alməmmədov çıxış edərək bu əlamətdar günün əsl mahiyyətini bilməyin mühüm olduğunu vurğuladı. Xarici qüvvələr Azərbaycanı bir dövlət kimi aradan qaldırmaq istəyirdilər. Heydər Əliyev böyük siyasətçi kimi, dahi şəxsiyyət kimi bütün oyunlara son qoydu. Dövləti qoruyub-saxlaya bildi. Vətəndaş müharibəsinin baş verə biləcəyi ərəfədə hakimiyyətə qayıtdı. Milli Qurtuluş Gününün mahiyyəti budur. Müqəddəs bayramlarımızın sırasına Milli Qurtuluş Gününü də əlavə etməliyik.
        Yekun olaraq söz Xocalı rayon İH-nin başçısı cənab Şahmar Usubova verildi. Rayonumuzun başçısı çıxışında bildirdi ki, hər bir dövlətin formalaşmasında bir dahi şəxsiyyət rol oynayır. Azərbaycanın dövlət olması Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev birinci hakimiyyəti dövründə çalışırdı ki, ölkəmiz hərtərəfli inkişaf etsin ki, müstəqillik dövründə özünü idarə edə bilsin. Ulu Öndər bu prosesləri 70-ci illərdən başlatmış və nail olmuşdur. Ümummilli lider Azərbaycanı aqrar kənd təsərrüfatı ölkəsindən sənaye ölkəsinə çevirmişdir. Müstəqilliyimizin ilk illərində səriştəsiz rəhbərlər Azərbaycanı xaosa salmışdı, vətəndaşlıq müharibəsi baş vermək üzrə idi, krimonegen vəziyyət yaranmışdı. Azərbaycanı bütün bu bəlalardan xalqımızın xilaskar oğlu, ümummilli lider Heydər Əliyev xilas etdi.
        Şahmar Usubov vurğuladı ki, xocalılar Ulu Öndərimiz Heydər Əliyevin siyasi xəttini dəstəkləyir. Nə qədər ki, milli həmrəyliyimiz var, xalqla ordu və Prezident arasında birlik var, biz istənilən an işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad edə bilərik.
        Tədbirin sonunda Xocalı şəhər 3 saylı musiqi məktəbinin ansamblının hazırladığı konsertə tamaşa edildi.

Keçidlər