Şriftin ölçüsü :

Saytın rəngi :

“Bilik Günü” Xocalı rayonunun ümumtəhsil məktəblərində də xoş əhval-ruhiyyə ilə təşkil edildi.

15 sentyabr 2017 | 16:00

  15.09.2017-ci il tarixdə Respublikanın bütün təhsil ocaqlarında Bilik Günü münasibətilə tədbirlər keçirildi. “Bilik Günü” Xocalı rayonunun ümumtəhsil məktəblərində də xoş əhval-ruhiyyə ilə təşkil edildi.
  Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Milli Məclisin deputatı cənab Elman Məmmədov, rayon ziyalıları, pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak etdilər.
    Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini qürur hissi ilə oxudular.
   Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov ölkə təhsilində aparılan islahatlardan danışdı. Cənab Prezidentimiz İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğını nəzərə çatdırdı. Rayon rəhbəri “Bilik Günü” münasibətilə bütün müəllim kollektivini və şagirdləri təbrik etdi. Məktəbə ilk dəfə qədəm qoyan körpə fidanlara gündən-günə çiçəklənən ölkəmiz naminə layiqli vətəndaş olmalarını arzuladı.
      Sonda şagirdlərə məktəbli geyimləri və dərs ləvazimatları paylanıldı.

Keçidlər