Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalıdan olan şəhid ailələri ilə görüş.

21 fevral 2018 | 16:00

21.02.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində şəhid aiələri ilə görüş keçirildi. Görüşdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayonun idarə, müəssisə rəhbərləri, şəhid ailələri iştirak etdilər.                                                   
     Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə xanım Qarayeva çıxış edərək şəhid övladı kimi görüşə gələn insanların ağrı-acısına şərik olduğunu vurğuladı. 26 il əvvəl Xocalıda törədilən soyqırımın insanlıq əleyhinə qarşı törədilmiş ən ağır cinayət olduğunu qeyd etdi. Şəhidlərimizə Allahdan rəhmət dilədi. Dövlətimiz və cənab Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə olan diqqət və qayğını yüksək qiymətləndirdi.
     Sonda şəhid ailələrinə gündəlik tələbatı ödəyən azuqələr paylanıldı. Eyni zamanda şəhid ailələri onları narahat edən problemlərdən söz açdılar. Lamiyə Qarayeva problemləri dinlədi və həll olunması üçün müvafiq tədbirlər görüləcəyini bildirdi.

Keçidlər