Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.

26 fevral 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədi ilə 24.02.2018-ci il və 25.02.2018-ci il tarixlərində Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilib.
     Satış yarmarkasının keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə alıcılar arasında əlaqə yaratmaq, eyni zamanda əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatını daha dolğun ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bazarlarda süni qiymət artımının qarşısını almaq olmuşdur.
     Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincə olub. Satıcılar və alıcılar satış-yarmarkasının yüksək səviyyədə təşkilinə görə razılıqlarını bildiriblər.
     Satış yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri  davam etdiriləcəkdir.

Keçidlər