Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon məktəbliləri "Ölkəmizi taniyaq" adı altında maarifləndirici tur-aksiya üzrə "Qəbələ-Şəki-Zaqatala" istiqamətinə yola salındılar.

15 mart 2018 | 16:00

"Ölkəmizi tanıyaq" adı altında tur-aksiyada iştirak edəcək Xocalı rayon məktəbliləri ilə görüşdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə prezidenti cənab İlham Əliyevin gənc nəslin vətənpərvər bir azərbaycanlı və cəmiyyətimiz üçün yararlı bir şəxs kimi yetişdirilməsi istiqamətində gördüyü işlər haqqında danışmış, bu kimi tədbirlərin təşkilini də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır.
     Cənab başçı qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən bu tur-aksiyanın əsas məqsədi gənc nəslin vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyyə edilməsidir. Biz əminik ki, bu tur-aksiyalar qədim tariximizin bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblərimizin yaddaşında xüsusi əhəmiyyət kəsb edəcək təəssüratlarla qalacaq.
     15-18 mart tarixlərində təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Xocalı rayon ümumtəhsil məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatdə fəallığı ilə fərqlənən 20 nəfər şagird seçilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən qrupa rəhbər təyin edilmiş, şagirdləri müşayiət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər üçün xüsusi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşurutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunmuş, qrup nəqliyyat vasitəsi ilə təmin olunaraq yola salınmışdır.

Keçidlər