Şriftin ölçüsü :

Saytın rəngi :

“26 iyun – Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirilib

25 iyun 2024 | 15:06
     25 iyun 2024-cü il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı şəhər 4 saylı tam orta məktəbdə 26 İyun – Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib.
     Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Xocalı şəhər 4 saylı tam orta məktəbin rəhbərliyi və IX, X, XI sinif şagirdləri iştirak ediblər.
     Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kənan Quliyev, Xocalı şəhər 4 saylı tam orta məktəbin direktoru Vüsal Mustafayev, məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Şahnaz Əliyeva və digər natiqlər çıxış edərək narkomaniya, onun törətdiyi fəsadlar barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Narkomaniyanın gənc nəslə vurduğu zərərdən, narkomaniya ilə mübarizənin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmasından danışıblar. Narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıblar. Müasir dövrümüzdə narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biri olduğunu qeyd ediblər.
     Tədbirin sonunda narkomaniya ilə mübarizəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Keçidlər