Xocalı Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi tibbi müayinəsi keçirilmişdir.
25 mart 2018 - ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Mərkəzi Xəstəxanasında əhalinin kütləvi tibbi müayinəsi keçirilmişdir.
Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədovun təşəbbüsü, Gəncə şəhər “Şans" Tibb Mərkəzinin direktoru Malik Abasovun iştirakı ilə keçirilən tədbirdə qəsəbədə və qəsəbəətrafı məntəqələrdə yaşayan aztəminatlı ailələr və övladları tibbi müayinədən keçirilmişdir. 200-ə yaxın insanın tibbi müayinədən keçirilməsində və lazım olanlara müalicə tədbirlərinin görülməsində ixtisaslı həkim kollektivi iştirak etmişdir. “Şans” Tibb Mərkəzinin direktoru Malik Abasov, direktor müavini Sədaqət Abasova, “Şans” Tibb Mərkəzinin baş həkimi, pediatr-cərrah Nofəl Qasımov, terapevt-qastroenteroloq Qoşqar Məhərrəmov, kardioloq Fərhad Fərhadov, ultrasonoq Cəlaləddin İmanov, oftalmoloq Slavik həkim bu tədbirdə iştirak edərək əhaliyə tibbi xidmət göstərdilər.
Tibbi müayinə çərçivəsində aztəminatlı və imkansız ailələrdən olan 5 oğlan uşağı sünnət edilmiş, növbəti həftə ərzində 10 oğlan uşağının da sünnət ediləcəyi planlaşdırılmışdır. Malik Abasov bu humanitar tədbirlərin hər ay boyunca bütün ixtisaslı həkimlər olmaq şərti ilə Xocalı Rayon Mərkəzi Xəstəxanasında keçiriləcəyinə söz verdi və bildirdi ki, hər zaman Xocalı rayon əhalisinin sağlamlığının keşiyində durmaq bizim şərəfli borcumuzdur.