Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirildi.

26 iyun 2018 | 16:00

26.06.2018-ci il tarixdə Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirildi.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, hüquq-mühafizə orqanları işçiləri iştirak etdilər.
     Tədbirdə çıxış edən Lamiyə xanım Qarayeva Azərbaycan Ordusunun ruh yüksəkliyindən danışdı. Əminliklə bildirdi ki, işğalçı ölkənin siyasi və iqtisadi tərəfdən uçuruma doğru getməsi və bunun əvəzində Azərbaycanın gündən-günə güclənməsi, Ordumuzun qüdrəti bizə imkan verəcək ki, tapdaq altında qalan torpaqlarımızı tezliklə azad edək.
     Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyevin bu fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.
     Xalqımızın Ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu sahəsində əsasını qoyduğu strategiya onun siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     Apel döyüşlərində Azərbaycan Ordusu düşmən üzərində qələbə qazandı. Bu qələbə Ordumuzun və xalqımızın qələbə ruhunu daha da artırdı. Günnüt əməliyyatı nəticəsində 11 min hektar ərazinin düşmən tapdağından azad edilməsi, strateji əhəmiyyətə malik yüksəkliklərin Ordumuzun nəzarətinə keçməsi bunu deməyə əsas verir ki, bizim şanlı qələbələrimiz hələ qarşıdadır. İnşallah şanlı bayrağımızı işğal olunmuş torpaqlarımızda dalğalandıracağıq.
     Tədbirin sonunda xidmətdə fərqlənən əsgər və zabitlər hərbi hissə komandiri polkovnik-leytenant Fikrət Abdullayev tərəfindən Fəxri Fərmanla təltif edildilər.

Keçidlər