Şriftin ölçüsü :

Saytın rəngi :

"1 iyun-Uşaqların Beynəlxalq Müdafisəi günü"nə həsr olunmuş tədbir.

03 iyun 2019 | 16:00

03.06.2019-cu il tarixdə Xocalı rayonu üzrə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evində "1 iyun-Uşaqların Beynəlxalq Müdafisəi günü"nə həsr olunmuş tədbirlər keçirilmişdir.
     Keçirilmiş tədbirlərdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ziyalıları iştirak etmişlər.
     Körpələri təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov "1 iyun-Uşaqların Beynəlxalq Müdafisəi günü"nün tarixçəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş və bildirmişdir ki, bu gün ölkəmizdə uşaq hüquqlarının qorunması, onların gələcəkdə sağlam, təhlükəsiz həyat şəraiti ilə təmin olunması dövlətimizin ən prioritet istiqaməti kimi ön plana çəkilmişdir.
     Daha sonra körpə fidanlar hazırladıqları şeirləri, mahnıları və səhnəcikləri qonaqlara təqdim etdilər.
     Sonda isə Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov cənabları öz sovqatları ilə körpələri bir daha təbrik etdi və onların hər birinin gələcəkdə vətənimiz, cəmiyyətimiz üçün xeyirli övlad olmalarını arzuladı.

Keçidlər