Şriftin ölçüsü :

Saytın rəngi :

"Son zəng" günü ilə bağlı tədbir.

14 iyun 2019 | 16:00

14 iyun 2019-cu il tarixdə Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi Xocalı rayon ümumtəhsil məktəblərində də "Son zəng" günü ilə bağlı tədbir keçirildi.
        "Son zəng" tədbirlərində Xocalı Rayon İcra Hakimiyyəti Aparatının və Xocalı rayon Təhsil Şöbəsinin məsul işçiləri iştirak etdilər.
         "Son zəng" tədbirləri Dövlət Himnimizin səsləndirilməsi ilə başlandı. Məzunların hazırladıqları müxtəlif  kompozisiyalar, musiqi nömrələri iştirakçılarda xoş və kövrək anlar yaratdı.
        Xocalı rayon 5 saylı tam orta məktəbdə iştirak edən rayonumuzun rəhbəri cənab Şahmar Usubov çıxış edərək bütün məzunlarımıza müstəqil həyatda uğurlar arzuladı. Hansı peşəyə yiyələnmələrindən asılı olmayaraq dövlətimizə sədaqətli vətəndaş olmalarını tövsiyə etdi. Növbəti "Son zəng" mərasimlərinin Qarabağda  - Xocalıda keçirilməsi arzusunu dilə gətirdi.
        Qeyd edək ki, bu gün Xocalı rayon ümumtəhsil məktəblərində təhsil alan 126 məzun üçün "Son zəng" çalındı.

Keçidlər