Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası

09 avqust 2019 | 16:00

  09.08.2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyəti inzibati binasının akt zalında rayon icra hakimiyyəti başçısı yanında Şura iclası keçirildi. Şura iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, şura üzvləri, idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Şura iclasının gündəliyini elan etdi. Şura iclasının gündəliyində Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirə haqqında və nümayəndəliklərdə təsərrüfatbaşına kitabların işlənməsinin vəziyyəti haqqında məsələlər müzakirə edildi.
        Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov çıxışında Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirəni məruzə etdi. Cari ilin 6 ayı ərzində rayonumuzda görülən işlər haqqında danışdı.
        Məruzə ətrafında çıxışlarda Xocalı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Habil Rzaquliyev, Xocalı rayon Maliyyə Şöbəsinin rəisi İlqar Əliyev, DSMF-nin Xocalı rayon şöbəsinin baş məsləhətçisi Nadir Orucov rayonumuzda sosial-iqtisadi sahədə görülən işlər barədə məlumat verdilər, statistik göstəriciləri diqqətə çatdırdılar.
        Gündəlikdə duran ikinci məsələ ilə bağlı Xocalı rayon İHB-nın Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Səxavət Hüseynov məlumat verdi. Səxavət Hüseynov bildirdi ki, hazırda rayon üzrə 5 ərazi nümayəndəliyi var. 2019-cu ilin iyul ayında nümayəndəliklərdə təsərrüfatbaşına kitabların yoxlanışı zamanı rayon üzrə əhalinin sayı 4392 ailə 16266 nəfər olmuşdur ki,  bunlardan da 2050 ailə dövlət tərəfindən mənzillə təmin olub, bu da əhalinin 47%-ni təşkil edir. Nümayəndələr Təsərrüfat başına uçot kitablarını işləyərkən müəyyən çətinliklərlə üzləşməsinə baxmayaraq çalışırlar ki, məlumatlar doğru olsun. Kitabların tam doğru doldurulmamasının səbəblərindən ən böyüyü rayon əhalisinin Respublikamızın 54 müxtəlif şəhər və rayonlarında 300-dən artıq yaşayış məntəqəsində məskunlaşmasıdır. Bunun üçün onlar rayonlarda səyyar görüş keçirir, əhali ilə fərdi söhbətlər aparılır.
          Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş Xocalı rayon İcra Hakimiyyətinin başçısı Usubov Şahmar Şahhüseyn oğluna və Xocalı rayon Mərkəzi Xəstəxananın baş həkimi Məmmədov Aqil Kamran oğluna "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı, Xocalı rayon icra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Həsənov Vaqif Həsən oğluna "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olundu.
        Gündəlikdə olan məsələlər müzakirə edilərək qərar qəbul olundu.

Keçidlər