Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti geniş Şura iclası keçirildi.

22 noyabr 2019 | 16:00

22 noyabr 2019-cu il tarixdə Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında növbəti geniş Şura iclası keçirildi. İclasda Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, Şura üzvləri, rayonun idarə, müəssisə və təşkilat nümayəndələri iştirak etdilər.
     Şura iclasını açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov gündəlikdə duran məsələləri diqqətə çatdırdı. Gündəlikdə Rayon üzrə vergi öhdəliyinin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi və lazımi tədbirlərin görülməsi, Rayonda əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirmək, Rayon Məşğulluq proqramını rayon İHB-nın təsdiqinə təqdim etmək, Səhiyyə obyektlərində təmir işlərinin vəziyyətinin, idarə, müəssisə və təşkilatlarda qışa hazırlığın vəziyyəti haqqında və Yetkinlik yaşına çatmayanların alkoqollu içkilər, siqaret satışında, ağır və zərərli işlərdə işlədilməsinin qarşısını almaq məqsədilə reydlər keçirmək və nəticələrini komissiyanın iclasına çıxarmaq haqqında məsələlər müzakirə edildi.
     Şura iclasında gündəlikdə duran məsələlər haqqında aidiyyatı idarə, müəssisə rəhbərləri və işçiləri çıxış edərək görülən və görülməsi nəzərdə tutulan işlər haqqında geniş məlumat verdilər.
      Rayonumuzun rəhbəri cənab Şahmar Usubov qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Keçidlər