Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin fəaliyyətinin 30 illiyi

03 dekabr 2019 | 16:00

3 dekabr 2019-cu il tarixdə Goranboy rayonu ərazisində salınmış Yeni yaşayış massivində fəaliyyət göstərən Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin fəaliyyətinin 30 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bəxtiyar Muradov, rayon ziyalıları, mədəniyyət işçiləri, uşaq musiqi məktəbinin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
     Tədbir iştirakçıları əvvəlcə qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə tər çiçəklər düzdülər.
     Sonra məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalıdan olan məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlərə,  “Xocalı faciəsi - xalqın qan yaddaşı” adlı fotoguşəyə, həmçinin Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələri əks etdirən guşələrə baxış keçirildi.
     Musiqili tədbir Uşaq musiqi məktəbinin akt zalında Dövlət Himnimizin səsləndirilməsi ilə davam etdirildi.
     Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayon üzrə nümayəndəsi Ruslan Bəşirov çıxışında məktəbin Xocalı şəhərində və köçkünlük illərindəki fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbi 1989-cu ilin sentyabr ayından fəaliyyətə başlayıb. İlk direktoru Allahverdiyev Ramiz Misir oğlu olmuşdur. Xocalı rayonunun işğalından sonra məktəb də didərginlik həyatı yaşayır. Uşaq musiqi məktəbi 1993-cü ilin yanvar ayından etibarən öz fəaliyyətini Naftalan şəhərində davam etdirib. 2012-ci ilin yanvar ayının 21-də Goranboy rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçürülmüşdür. Uşaq musiqi məktəbinin açılışında cənab Prezident İlham Əliyev iştirak etmişdir. Hal-hazırda məktəbin direktoru Ziya Aşurovdur. O, 2019-cu ilin may ayından məktəbə rəhbərlik edir. Ziya Aşurov direktor təyin edildikdən sonra məktəbin fəaliyyətində dəyişikliklər olmuşdur. Məktəbin 5 ixtisas üzrə təhsil alan 99 şagirdi, 34 pedoqoji heyəti var. Xocalı şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin yetirmələri ümumrayon tədbirlərində fəal iştirak edirlər.     
     Görüş Uşaq musiqi məktəbinin öz fəaliyyətini Xocalıda davam etdirməsi arzusu ilə yekunlaşdı.

Keçidlər