Şriftin ölçüsü :

Saytın rəngi :

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə ümumrayon tədbiri keçirildi.

30 dekabr 2019 | 16:00

30.12.2019-cu il tarixdə xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində  "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanları rəhbərləri, idarə, müəssiə əməkdaşları və şagirdlər iştirak etdilər.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva yola salmaqda olduğumuz ilin böyük uğurlara imza atmağımızla yadda qaldığını qeyd etdi. Azərbaycanın bugünkü inkişafının Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədar olduğunu bildirdi. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin böyük inkişaf yolu keçdiyini, dövlətimizin qüdrətinin daha da artdığını, iqtisadiyyatımızın bir neçə dəfə yüksəldiyini, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin xeyli gücləndiyini vurğuladı.
     Sonra çıxış edən Xocalı rayon İHB-nın müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Əliyev Azərbaycanda “Nəsimi” ilini uğurlu şəkildə başa vurduğumuzu bildirdi. Vahid Əliyev Xocalı rayonunun uğurlarından söz açaraq rayonumuzdan olan kümçünün Respublika üzrə ən çox barama tədarük etdiyini diqqətə çatdırdı. Cənab Prezidentin Sərəncamına əsasən Aşağı Ağcakənd qəsəbəsi ərazisində 164 nəfəri işlə təmin edəcək “Azərxalça”nın Xocalı filialının yaradılacağını diqqətə çatdırdı. 
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun adından tədbir iştirakçılarını və rayon ictimaiyyətini "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə təbrik edən Vahid Əliyev yeni ildə doğma torpaqlarımıza qayıtmağımızı arzuladı.
     Daha sonra tədbir Xocalı rayon Mədəniyyət evinin təşkil etdiyi bədii hissə ilə davam etdirildi.
     Bayram şənliyində Yeni ilin personajları Şaxta baba və Qar qız tədbir iştirakçılarına Yeni il arzularını çatdıraraq uşaqlarla birgə rəqs etdilər.
     Tədbirdə çıxış edən rayonun mədəniyyət işçiləri konsert proqramı ilə iştirakçılara xoş ovqat bəxş etdilər. Məktəblilər milli və xarici rəqslər, musiqi nömrələri və səhnəciklərlə bayram əhval-ruhiyyəsini artırdılar.

Keçidlər