31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri
30 dekabr 2025 | 16:05
30 dekabr 2025-ci il tarixində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı Rayon Mədəniyyət Evində bayram tədbiri keçirilmişdir.
Tədbirdə Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak etmişdir.
Tədbirdə çıxış edən Xocalı rayon İcra hakimiyyətinin başçısı Şahmar Usubov iştirakçıları və onların simasında Xocalı rayonunun bütün sakinlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik etmişdir. 2025-ci ilin ölkəmiz üçün əhəmiyyətli və yaddaqalan il olduğunu, cənab Prezidentin Sərəncamı ilə 2026-ci ilin “Şəhərsalma və Memarlıq İli” kimi elan edildiyini bildirmişdir.
Şahmar Usubov çıxışını davam etdirərək ölkəmizin böyük surətlə inkişaf etdiyini, Qarabağ və Şərqi Zəngəzurda aparılan Böyük Qayıdış prosesi və abadlıq-quruculuq işlərinin Xocalı rayonunda da yüksələn templə davam etdiyinə diqqət yetirmişdir. 2026-cı ilin xalqımız və dövlətimiz üçün daha da uğurlu il olacağını əminliklə qeyd etmişdir.
Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.
Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.







