31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Xocalı rayonu üzrə silsilə anım tədbirləri keçirilib.
31 mart 2026 | 11:46
Tədbirlər çərçivəsində rayonun müxtəlif qurumlarında, o cümlədən Xocalı rayon İcra Hakimiyyəti və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər iştirakçılar tərəfindən dərin hüzn və ehtiramla qeyd olunub.
Xocalı rayon İcra Hakimiyyəti və Xocalı rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada anım tədbirlərinin mühüm tərkib hissəsi olub. Dəyirmi masa zamanı 31 Mart soyqırımının tarixi kökləri, bu faciənin Azərbaycan xalqına qarşı aparılan sistemli siyasətin tərkib hissəsi olduğu geniş müzakirə olunub.
Çıxış edənlər qeyd ediblər ki, belə tədbirlər milli birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Həmçinin vurğulanıb ki, xalqımızın başına gətirilən faciələrin unudulmaması və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi hər bir azərbaycanlının mənəvi borcudur.
Silsilə tədbirlər anım ruhunda davam etdirilərək iştirakçılar tərəfindən milli həmrəyliyin, vətənə bağlılığın və tarixi yaddaşın qorunmasının vacibliyi bir daha diqqətə çatdırılıb. Bu cür tədbirlər bir daha göstərir ki, Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərinin xatirəsini daim uca tutur və milli dəyərlərinə sadiq qalaraq gələcəyə doğru inamla irəliləyir.







