Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı şəhər İƏD üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirildi.

24 yanvar 2020 | 16:00

24.01.2020-ci il tarixdə Xocalı rayon İHB-nın Xocalı şəhər İƏD üzrə nümayəndəliyinin 2019-cu ildə gördüyü işlərə və 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və Xocalı şəhər sakinləri iştirak etdilər.
     Tədbiri aparmaq üçün sədr və katib seçildikdən sonra Xocalı şəhər İƏD üzrə nümayəndəsi Tacir Əzizov hesabat məruzəsi ilə çıxış etdi. Tacir Əzizov bildirdi ki, 01 yanvar 2020-ci il tarixə şəhər əhalisi 2221 təsərrüfatdan və 8348 nəfərdən ibarət olmuşdur. Şəhər üzrə təqaüdçülər 1867 nəfərdən  ibarərdir. Onlardan qocalığa  görə təqaüdçülər 249 nəfər, ümumi xəstəliyə və Milli Münaqişə zəminində əlilliyə görə təqaüdçülər 1102 nəfər, sosial  pensiyaçılar 462 nəfər, Azərbaycan Respublikasının Müdafiəsi zamanı əlil  olanlar 46  nəfər, hərbi  xidmət əlilləri 5 nəfər, Çernobl  əlilləri 2 nəfər, xidmət  göstərilən ahıllar 17 nəfərdir. 5 uşaqdan yuxarı olduğu üçün sosial müavinət 1 ailəyə şamil olunub. İl ərzində şəhər əhalisinə aidiyyəti üzrə müxtəlif  məzmunlu 3186 ədəd arayış verilmişdir. Rayon İcra hakimiyyətinə, rayonun idarə, müəssisə, təşkilatlarına və  aidiyyəti olan idarələrə 130 ədəd  müxtəlif məzmunlu məktublar göndərilmişdir. Xocalı rayon İcra Hakimiyyətindən və rayonun digər  aidiyyəti orqanlarından icra olunmaq üçün şəhər nümayəndəliyinə 95 ədəd müxtəlif məzmunlu sənəd daxil  olmuş  və  icrası  təmin  olunmuşdur. 2019-cu  ildə Şəhər nümayəndəliyi üzrə 27 əmr və 50 sərəncam verilmişdir. Xocalı şəhər İƏD üzrə nümayəndəliyi məcburi köçkünlərin sıx məskunlaşdığı Goranboy, Bərdə, Ağcabədi rayonlarında, Mingəçevir, Bakı, Sumqayıt şəhərlərində  və digər xidmət ərazisində  Qaçqın və Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdirləri ilə görüşlər keçirilmişdir. Həmin bölgələrdə yaşayan məcburi köçkünlərin əsas çətinlikləri  haqqında və qışa hazırlıqları barədə qarşılarına çıxan maneələrin  aradan qaldırılması  istiqamətində  işlər  aparılmışdır. Əhalinin ən çox məskunlaşdığı ərazidə rayon köçkünlərinin  gündəlik sosial qayğıları ilə bağlı olaraq  daim Goranboy Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, Kapital Bankın Goranboy rayon filialı, Goranboy rayon İşıq və Qaz İdarəsi, Dövlət Qaçqınkomun Goranboy rayon sektoru və  başqa idarə təşkilatlarla əlaqə saxlanılmışdır. Yaranmış çətinliklər aradan  qaldırılmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xarici dövlətlərə etdiyi rəsmi  səfərlər haqqında keçirdiyi  görüşlər və gördüyü işlər haqqında şəhər sakinlərinə məlumatlar verilmişdir. Respublika Prezidentinin verdiyi fərman və sərəncamların  mahiyyəti şəhər sakinlərinə  izah  olunmuş  və  açıqlamalar  verilmişdir.
     Məruzəətrafı çıxışlarda Xocalı rayon Təhsil Şöbəsinin müdiri Şakir Əliyev, Xocalı şəhər 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Xocalı şəhər 5 saylı tam orta məktəbin direktoru Mətanət Zamanova, Xocalı  şəhər 1 saylı körpələr evi uşaq baxçasının müdiri Samirə Qədirova, Xocalı RMX-nın baş həkimi Aqil Məmmədov,  Tacir Əzizovun şəhər nümayəndəliyinin tabeliyində idarələrlə daim əlaqə saxladığını bildirdilər. Hesabat məruzəsini müsbət qiymətləndirdilər.
     Hesabat məruzəsinə münasibət bildirən Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov rayon əhalisinin və təhsil sahəsinin çoxluğunu şəhər nümayəndəliyinin təşkil etdiyini qeyd etdi. Bildirdi ki, köçkünlük şəraitində rayon əhalisinin Respublikanın 50-dən çox şəhər və rayonlarında, yüzlərlə kəndlərində məskunlaşması təsərrüfatbaşı kitablarının yazılmasına çətinlik yaradır. Ancaq işin çətinliyinə baxmayaraq, hər kəs vəzifə səlahiyyətlərini ləyaqətlə yerinə yetirməlidir.
     Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı şəhər İƏD üzrə nümayəndəliyinin fəaliyyətini qənaətbəxş qiymətləndirdi.

Keçidlər