"Xocalı soyqırımı"nın 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir.
19 fevral 2020 | 16:00
19 fevral 2020-ci il tarixdə Xocalı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində Xocalı Soyqırımı ilə bağlı tədbir keçrildi. Tədbirdə xəstəxana işçiləri və Fəxri baş həkim Nağıyev Məmməd Ağalar oğlu iştirak edirdi. Tədbiri Publik Hüquqi Şəxsin direktoru Məmmədov Aqil açıq elan etdi. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu.
Sonra çıxış üçün söz Xocalı faciəsinin canlı şahidi, əsirlik həyatı yaşamış Məmməd həkimə verildi. Məmməd həkim Xalqımızın başına gətirilən müsibətlərdən ürək ağrısı ilə danışdı.
Sonra Qarabağ qazisi Əliyev Fridun çıxış elədi.
Sonda Şəhidlərimizə Allahdan rəhmət diləndi.