Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Xocalının səsi" qəzetinin təşkil etdiyi müsabiqənin qalibləri mükafatlandırılıb.

25 fevral 2020 | 16:00

22.02.2020-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə Xocalı rayon İcra Hakimiyyətinin dəstəyi, “Xocalının səsi” qəzetinin təşkilatçılığı ilə Xocalı rayon ümümtəhsil məktəbləri arasında “Qələmimizi süngüyə çevirək” devizi altında "Bu qan yerdə qalmaz"! mövzusunda mübarizliyə və qisasa səsləyən yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması tədbiri keçirilib.
     Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vaqif Həsənov, Xocalı rayon İHB-nın Kosalar İƏD üzrə nümayəndəsi Şahid Rzayev, "Xocalının səsi" qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu, müəllim və şagirdlər iştirak ediblər.
     Tədbir iştirakçıları əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edildi.
     Tədbiri giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu bildirib ki, rəhbərlik etdiyi qəzet “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kompaniyasının şüarı adı altında işıq üzü görür. Qəzetdə mütəmadi olaraq Xocalı soyqırımı şahidlərindən, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr dərc edilir. Bu tədbirin keçirilməsində məqsəd “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kompaniyasına dəstək vermək və Xocalı soyqırımının gənc nəsil tərəfindən unudulmamasıdır.

Keçidlər