"Xocalı soyqırımı"nın 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir.
24 fevral 2020 | 16:00
24.02.2020-ci il tarixdə Xocalı rayon Cəmilli kənd tam orta məktəbində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəbin müəllim, şagird kollektivi və qəsəbə sakinləri iştirak etdilər.
Tədbirdə məktəbin direktoru Məlahət İsmayılova və tarix müəllimi Reyhan Əliyeva 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda baş verən hadisələrdən, Xocalı soyqırımının baş vermə səbəblərindən, dinc əhaliyə qarşı törədilən vəhşiliklərdən danışaraq tədbir iştirakçılarına məlumat verdilər.
Tədbirin sonunda məktəb şagirdlərinin hazırladıqları ədəbii-bədii kompozisiya dinlənildi.