Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayonu üzrə də xüsusi karantin rejiminin tələblərinə əməl olunması üçün zəruri tədbirlər mütəmadi olaraq həyata keçirilir.

01 aprel 2020 | 16:00

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması üçün Xocalı rayonu üzrə də zəruri tədbirlər mütəmadi olaraq həyata keçirilir.
     Belə ki, Rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda, rayonun xidməti ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, mağazalarda, parklarda, qəsəbələrin mərkəzi və ətraf küçələrində, avtomobil yolları və səkilərdə dezinfeksiya işləri aparılır. Həmçinin binaların ərazisində olan tullantı qabları, məişət tullantılarının yığılması üçün istifadə olunan bütün konteynerlər, ictimai yerlərdə istifadə olunan əşyalar və qurğular təmizlənir və dezinfeksiya olunur.

Keçidlər