Respublikamızın Prezidenti Cənab İlham Əliyev tərəfindən koronavirusla bağlı atılan qabaqlayıcı tədbirlər dövlətimizin bu bəladan az zərərlə çıxması üçün mühüm əhəmiyyət kəsb edir.
Pandemiyaya qarşı mübarizə aparan bir çox dövlətlərin Azərbaycandan nümunə götürməsi Xocalı rayon sakinlərini fərəhləndirir
Respublikamızın Prezidenti Cənab İlham Əliyev tərəfindən koronavirusla bağlı atılan qabaqlayıcı tədbirlər dövlətimizin bu bəladan az zərərlə çıxması üçün mühüm əhəmiyyət kəsb edir. Bütün dünyanı həyəcan və qorxu içərisində saxlayan koronavirusa qarşı mübarizə ölkəmizdə də çox mütəşəkkil surətdə aparılır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı hərtərəfli islahatların sayəsində bu gün dövlətimiz ayaqda durmağı bacarır. Bir çox inkişaf etmiş dövlətlərin çətinlik çəkdiyi bir vaxtda məhz Prezidentimizin əməli fəaliyyəti və tapşırığına uyğun qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində xalqımızın da üzləşdiyi pandemiyaya qarşı mübarizə ciddi nəzarət altında saxlanılır. Bunun nəticəsidir ki, bu bəladan Azərbaycan minimum itki ilə ötüşməyə nail
olur. Belə çətin bir zamanda Prezidentimizin xalqımızın sağlamlığını ön plana
çəkərək sosial vəziyyətinin yaxşılaşdırılması üçün çalışdığı bir daha əyan oldu.
Pandemiyaya qarşı mübarizə aparan bir çox dövlətlərin Azərbaycandan nümunə götürməsi Xocalı rayon sakinlərini fərəhləndirir. Prezidentimizin Sərəncamı ilə Koronavirusa qarşı Mübarizə Fondunun yaradılması və özünün birillik əmək haqqqını həmin fonda köçürülməsi bir daha Prezident və xalq birliyinin möhkəm olduğunun bariz nümunəsidir. Xocalı rayon sakinləri adından Prezidentimizə dərin minnətdarlığımızı bildiririk.
Zülfi QULİYEV,
Xocalı rayonundan olan şəhid övladı