Bütün dünya dövlətləri Ölkə Prezidentinin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirləri nümunə kimi qəbul edirlər.
Bütün dünya dövlətləri Ölkə Prezidentinin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirləri nümunə kimi qəbul edirlər
Dünyada pandemiyanın geniş yayıldığı bir şəraitdə Ölkə Prezidenti cənab İlham Əliyevin bu pandemiya ilə mübarizədə gördüyü qabaqlayıcı tədbirlər biz xocalıları da çox qürurlandırır.
Müasir tipli xəstəxanaların hazırlıq səviyyəsinə gətirilməsi, onların lazımi avadanlıqlarla təmin edilməsi, xəstəliyin geniş yayıldığı halda bunun qarşısının alınması məqsədilə yeni modul tipli xəstəxanaların inşa edilməsi, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən tibbi maska istehsalı müəssisəsinin yaradılması, xəstəxanalarda çalışan həkimlərimizin əməkhaqqlarının 3-4 misli qədər artırılması ölkə rəhbərinin xalqımızın sağlamlığının qorunmasına yönələn vacib tədbirləridir.
Ölkə Prezidenti öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, pandemiya ilə mübarizədə bizim qarşımızda duran ən əsas məqsəd insanların sağlamlığıdır. Ümumdünya Səhiyyə Təşkilatı Ölkə Prezidentinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək minnətdarlıq məktubu göndərmişdir. Pandemiya ilə mübarizədə vətəndaşlarımızın sosial-rifah halı Ölkə Prezidentinin diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə aztəminatlı vətəndaşlarımıza, muzdla işləyən şəxslərə birdəfəlik ödəmə olaraq 190 manat məbləğində dəstəyin verilməsi, iş yerlərini itirən şəxslərin övladlarının təhsil haqqlarının dövlət tərəfindən ödənilməsi və s. tədbirlər Ölkə Prezidentinin xalqımıza göstərdiyi qayğının bariz nümunəsidir.
Bildiyimiz kimi qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından mərhum edir. Lakin Azərbaycan hökumətinin koronavirusla mübarizə Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək tədbirləri çərçivəsində Azərbaycan hökuməti qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul etdi.
Bütün dünya dövlətləri Ölkə Prezidentinin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirərək onu bir nümunə kimi qəbul edirlər. Karantin dövründə pandemiya ilə mübarizədə ölkə rəhbəri tərəfindən qarşıya qoyulan tələblər rayon rəhbərliyi tərəfindən uğurla yerinə yetirilir.
Karantin dövründə Xocalı rayon nəzdində olan bütün idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılmış, dövlət tərəfindən ayrılan yardımlar aztəminatlı ailələrə düzgün qaydada çatdırılmışdır. Dövlət başçımızın “Biz birlikdə güclüyük” şüarı altında sosial izolyasiya tədbirləri çərçivəsində profilaktik tədbirlər, maarifləndirici söhbətlər aparılmışdır. Biz inanırıq ki, Cənab Prezidentin rəhbərliyi altında mövcud pandemiyadan az itkilərlə çıxa biləcəyik.
Rafiq QULİYEV,
Xocalı rayon ziyalısı