Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon sakinləri qanvermə aksiyasına qoşulublar.

22 may 2020 | 16:00

22.05.2020-ci il tarixdə Xocalı rayon sakinlərinin kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində ölkəmizdəki irsi qan xəstələrinə, o cümlədən qan ehtiyacı olan insanlara qan vermək məqsədilə aksiya təşkil edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunduğu üçün qan banklarında yaranmış qan azlığı probleminin həlli üçün təşəbbüsünə əsasən qanvermə aksiyasında 100-dən çox sakin iştirak edib.
     Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Xocalı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs”in binasında keçirilən aksiya Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Gəncə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Keçidlər