Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya dövründə Paşinyan iqtidarının dırnaqarası demokratiya məfhumu özünü açıq-aşkar biruzə verir

19 iyun 2020 | 16:00

İşğalçı Ermənistanın Qarabağda nə qədər talançılıqla məşğul olmasına baxmayaraq, bu asılı dövlətin getdikcə uçuruma yuvarlanacağı məlum idi. Ermənistan hakimiyyəti regional layihələrdən təcrid olunaraq öz xalqını aclıq, səfalət içində saxlayır. Ölkə iqtisadi-siyasi cəhətdən tənəzzülə uğrayır. Xocalı soyqırımında əli olmuş Ermənistanın siyasi rəhbərliyi hüquqi cəhətdən ən ağır cəzaları almasa da, bu gün həmin quldurların çoxu rəhbərlikdən uzaqlaşdırılıb və həbs ediliblər. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir- bir həbsə atır. İndiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaqlar davam edir. Küçə döyüşlərindən hakimiyyətə gəlmiş Paşinyan öz xalqını aldatmaqda davam edir, verdiyi heç bir vədi yerinə yetirə bilmir. Erməni xalqı ölkələrindəki qanun pozuntularına, yoxsulluğa qarşı çıxmağa başlayıb. Nikol Paşinyan ölkədə antidemokratik siyasət aparır. Bəzən gözdən pərdə asmaq üçün saxta demokratik fəaliyyət sərgiləyir. Amma həqiqət budur ki, erməni xalıqı hakimiyyət dairələrinin apardığı işğalçılıq siyasətinin onlar üçün yaratdığı çıxılmaz vəziyyətdən artıq beziblər. "Məxməri inqilab"ın əsas hədəflərindən biri də Ermənistanda oliqarx sistemi və korrupsiya ilə mübarizə olsa da, bu istiqamətdə nəinki heç bir iş görülmədi, əksinə korrupsiya daha da çiçəkləndi, oliqarxlarla Paşinyan hökuməti arasında iş birliyi artdı. Qarabağda yaşayan ermənilər də Ermənistanda baş verən etirazlara qoşulublar. Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan videomateriallarda koronavirus pandemiyasının geniş yayılmasından narahat olan, Ermənistan hakimiyyətindən kömək görməyən Qarabağda yaşayan ermənilər ümidsizliklərini bildirib Azərbaycan tərəfindən kömək istədilər. Qarabağda işğalçı status-kovunu saxlamaqla siyasi mövqelərini gücləndirmək istəyən Ermənistan hakimiyyətinin bu məqsədi də iflasa uğramaq üzrədir. Çünki erməni icması da yaxşı bilir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək və dövlətimizin qanunları əsasında yaşamaq gələcəkdə onların rifahına müsbət təsir edəcək.
     Ermənistanda siyasi partiyalar da hazırkı hamiyyətə qarşı çıxırlar. "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyan məhz Nikol Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qaldı və 2020-ci ilin 16 iyun tarixində onun deputat toxunulmazlığı ləğv edildi. Qaqik Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir və onun həbs ediləcəyi istisna olunmur.
     Qaqik Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınmış və yüzlərlə adam saxlanılmışdır. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etmişdir. Onlarla belə misalllar çəkmək mümkündür. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etməsi də yaddaşlardadır.
     Qərbin bir sıra təşkilatları Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Əslində reaksiya verməmələri onların aiqəbətini daha da pisləşdirir. Çünki Nikol Paşinyan küçə adamı kimi sərsəm qərarlarını davam etdirməklə Ermənistan xalqının qəzəbini daha da artırır, işğalçı ölkədə xaosu daha da gücləndirir. Görünən budur ki, Nikol Paşinyan siyasi kreslodan yıxdığı Sarkisyan kimi bir gün həmin hörmətsizliklə hakimiyyətdən qovulacaqdır.


Məhəmməd MƏMMƏDOV,
Xocalı rayon ziyalısı

Keçidlər