Ermənistan hakimiyyəti öz xalqını istənilən vaxt güdaza verə biləcəyini nümayiş etdirdi
Bu gün Ermənistanda pandemiyanın nəticələri “SOS” siqnalı çalmağa əsas verir. Ermənistanda hazırkı durum həqiqətən də fəlakət həddindədir: “Statistikada yer almasa da, Ermənistan virusun geniş yayıldığı ən təhlükəli ölkələrin sırasındadır. Bu ölkənin əhalisinin sayı 3 milyona yaxındır. Artıq bu günə olan məlumata görə 17 min 489 nəfərdə koronavirusa yoluxma qeydə alınıb, həmin adamlardan 293 nəfəri dünyasını dəyişib. Təbii ki, bu rəqəm bu qədər az əhalisi olan ölkə üçün dəhşətlidir. İndi isə biz rəsmi faktlara əsaslanaraq Ermənistanda nə qədər insanın virusa yoluxduğuna və öldüyünə baxaq. Hər 1 milyon nəfərə 5 min 902 nəfər yoluxma, hər 1 milyon nəfərə isə 99 ölüm halı düşür. Ermənistanda hazırda koronavirusa yoluxma və bu virusdan ölmə halları fəlakət həddindədir.
Ermənistanın sabiq iqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Son aylarda hökumətin tətbiq etdiyi antiböhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir.
Azərbaycanafobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluqlara, bu qanunsuzluğu həyata keçirən hakimiyyət nümayəndələrinə qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Bu da görünür bizi istəməyən qüvvələrin "demokratiyası" və "fəlsəfəsidir".
Ermənistan hakimiyyəti öz xalqını istənilən vaxt güdaza verə biləcəyini nümayiş etdirdi. Beləliklə, birmənalı surətdə demək olar ki, bu gün Ermənistan cəmiyyəti təkcə pandemiyadan deyil, həm də səriştəsiz rəhbərlikdən, həm də ölkədə başqa xalqlara nifrət təbliğ edən faşizm ideologiyasından və buna bənzər digər “izm”lərdən əziyyət çəkir. Bütün bunlar bu xalqın nəhayət, ağlını başına yığıb öz yolunu düzgün müəyyənləşdirməsinin vaxtı olduğununun sübutudur.
Xocalı gənci,
Vüsal Mustafayev