Azərbaycanın təşəbüsü ilə baş tutacaq xüsusi sesiyanın keçirilməsi ölkəmizin ümum bəşəri dəyərlərə nə dərəcədə hörmət etdiyinin göstəricisidir
Dünyanının 130–dan çox dövləti Prezident İlham Əliyevin BMT baş Assambleyasının Xüsusi Sesiyasının təklif olunması təşəbüsünü dəstəkləyir. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sesiyası keçiriləcək.
Koronavirus pandemiyası başlayandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə Beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə zəruri təşəbüslər irəli sürülür və əməli addımlar atılır. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Dünyanının aparıcı ölkələri və Beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsədə, bu baş vermədi. Azərbaycan Prezidenti ilham Əliyev isə dünya ölkələrini virusla mübarizədə bir olmağa çağırdı.
Heç şübhəsiz ki, ölkə prezidenti İlham Əliyevin qlobal səviyədə COVİD-19 Pandemiyasına qarşı mübarizə prosesində birliyin və həmrəyliyin təmin edilməsi istiqamətində atdığı bu addım nəticə etibarı ilə bəşəri bəlaya qarşı qalib gəlmək imkanlarımızı xeyli genişləndirəcək. Ən azı beynəlxalq ictimaiyyətin diqəti birbaşa bu məsələyə fokuslanacaq, nəticə etibarı ilə beynəlxalq səviyyədə də bu bəlaya qarşı müxtəlif istiqamətlərdə təsir imkanlarının genişlənməsinə gətirib çıxaracaq.
Bütün dünya COVİD19 –a qarşı mübarizədə qlobal həmrəliyinin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Buna baxmayaraq dünya birliyi Azərbaycanın səsini eşitdi və çətin günlərdə birgə hərəkəti vacib saydı.
Mən də bir ziyalı kimi Prezident İlham Əliyevin bu təklifini yükək qiymətləndirirəm . Azərbaycan Prezidenti bu çıxışı ilə tarixi liderlik misyasının öz üzərinə götürdü və tarixi çağrışı etdi. Bizim bu bəladan qurtarmağımız, yaxşı nəticələr əldə olunması üçün bundan sonra da həlli vacib qərarların dünya birliyi tərəfindən qəbul olunacağına ümid edirik.
Reyhan Əliyeva,
Xocalı rayon ziyalısı