Koronavirus infeksiyasına qarşı mübarizə üzrə Qərargahın üzvləri tərəfindən reydlər keçirildi
06 iyul 2020 | 16:00
Xocalı rayon İcra Hakimiyyəti başçısı yanında koronavirus infeksiyasına qarşı mübarizə üzrə Qərargahın üzvləri tərəfindən 04.07.2020-ci il tarixdə Xocalı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə, ticarət və digər sosial obyektlərdə reydlər keçirildi. Reydlərdə maarifləndirmə işi aparıldı, iradlar bildirildi, tövsiyyə və tapşırıqlar verildi.
Ərazidə mütəmadi olaraq reydlərin keçirilməsi nəzərdə tutulmuşdur.