Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov COVİD-19 pandemiyasının qarşısının alınması ilə bağlı 02.07.2020-ci il tarixdə İƏD üzrə nümayəndəliklərlə videokonfrans keçirdi

02 iyul 2020 | 16:00

Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov COVİD-19 pandemiyasının qarşısının alınması ilə bağlı 02.07.2020-ci il tarixdə İƏD üzrə nümayəndəliklərlə videokonfrans keçirdi. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov İƏD üzrə nümayəndəliklərə sakinləri narahat edən hər hansısa, həmçinin şəxsi məsələləri ilə bağlı başçının qəbulunda iştirak etmələri üçün İƏD üzrə nümayəndələrin iş otaqlarında videoqəbulda iştirak etmələrinə köməklik göstərilməsini tapşırdı. Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov rayon sakinlərinin koronavirus infeksiyası ilə bağlı olaraq 400 nəfərin testdən keçməsini, 20 nəfərdə yoluxmanın aşkarlandığını, hazırda bunlardan 12 nəfərinin müalicə aldığını və 8 nəfərin sağalaraq evə buraxıldığını bildirdi. Şahmar Usubov həmçinin cənab Preezident İlham Əliyevin BMT-nin Baş Assambleyasına COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində müraciəti haqqında və bu müraciəti dünyanın 130-dan çox ölkəsinin dəstəkləməsindən geniş danışdı.
     Rayon İcra Hakimiyyətinin başçısı sonda COVİD-19 pandemiyasına yoluxmanın qaşısının alınması məqsədilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın müəyyən etdiyi qaydalara əhalinin əməl etməsinə nəzarətlə bağlı mobil qruplara lazımı tapşırıqlarını verdi. Eyni zamanda İƏD üzrə nümayəndəliklərə də bir daha işlərində məsuliyyətli olmaları üçün tövsiyyə və tapşırıqlarını verdi.

Keçidlər