Şriftin ölçüsü :

Saytın rəngi :

Biz səhiyyə işçiləri cənab Prezidentimizin bu beynəlxalq təşəbbüsünü ürəkdən dəstəkləyirik

06 iyul 2020 | 16:00

COVİD -19 pandemiyası gözlənilməz və ilk dəfə olaraq rastlaşılan qlobal miqyaslı təhlükə , bəla olduğundan ona qarşı cəmiyyətin bütün strukturlarının , əhalinin  bütün təbəqələrinin mübarizə aparması zəruridir. Bildiyiniz kimi ÜST mart ayında bu infeksiyanı rəsmən pandemiya elan etdi . Bir neçə aydır ki, Azərbaycan Respublikasının prezidenti  İlham Əliyevin  rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan geniş miqyaslı tədbirləri həyata keçirilir. Cənab Prezident çıxışlarında bildirir ki, hər bir şəxsin pandemiyaya qarşı mübarizədə səfərbər olaması vacibdir. Hər bir vətəndaş müvafiq qaydalara riayət etməli, eyni zamanda korona virusa qarşı mübarizə tədbirlərinə dəstək verməlidir. Mediadan və Sosial şəbəkələrdən izlədiyiniz kimi ölkənin vətəndaş cəmiyyəti institutları dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ictimai dəstəyi təmin etmək üçün ilk gündən etibarən aktiv fəaliyyət göstərirlər. Çünki bu qlobal təhlükəyə qalib gəlmək üçün yalnız dövlətin həyata keçirdiyi tədbirlər yetərli deyil. Vətəndaş cəmiyyəti institutları bu məsələdə mühüm rola malikdilər. Əhalinin maarifləndirilməsi məsələsi çox vacibdir. Birincisi,  insanlar  bilmədir ki, pandemiya doğurduğu təhlükə nədən ibarətdir? Bu , onlar üçün hansı təhlükəni yaradır? Ikincisi , bu təhlükdən qorunmaq üçün nələri etmək lazımdır? Hansı gigiyenik normalara əməl etmək lazımdır? Həyat tərzimizə nələri əlavə eyməliyik? Üçüncüsü karantin rejimində qaydalara əməl etməyəcəyimiz təqdirdə nələrlə rastlaşacağıq? Karantin rejimi hansı səbəbdən tətbiq edilib?
     Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərakətının Təmas Qrupu formatında keçirilən videokonfransda,  Avropa  İttifaqına üzv dövlətlərin şərq tərəfdaşlığı ölkələrin videokonfrans formatında keçirilən samitində , Asiya İnkişaf  Bankının rəhbərləri ilə keçirilən online görüşdə  və digər konfransda  Prezident tərəfindən dünyanın bəlasına çevrilən koronavirusla mübarizədə insanların sağlamlığının qorunması məsələsi ön planda tutulub. Son olaraq BMT Baş Assambleyasının tədbirlərində dövlət başçısı  Cənab İlham Əliyev bir daha dünyanın diqqətini insanların COVİD-19 pandemiyasının zərərindən qorunması məsələsinə cəlb etdi. Nəticə olaraq bir daha dünyada 130 dan cox dövlət Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sesiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Bu , birmənalı olaraq ölkə başçısının beynəlxalq aləmdə olan nüfuzunun  göstəricisi kimi qiymətləndirilməlidir.
     Bizdə Xocalı Rayon Mərkəzi Xəstəxanasının  Publik  Hüquqi Şəxsi olaraq bir kollektiv ölkəmizdə koronavirus infeksiyası yayıldığı bir zamanda bütün gücümüzlə çalışmağa başlamışıq. Rəhbərliyimizin verdiyi gündəlik tapşırıqlara uyğun olaraq  hər zaman çalışmışıq ki,  xalqımızın sağlamlığı keşiyində qalaq. Mart ayında etibarən gücləndirilmiş iş rejiminə başlayan Xocalı Rayon Mərkəzi Xəstəxanası bütün heyəti ilə birlikdə istər əhali arasında tibbi maarifləndirmə, istər bizə müraciət edən xəstələrin yerində müayinəsi və lazım olan xəstələrdən nazofarangial analizlər götürülərək  laboratoriyaya çatdırılması tərəfimizdən uğurla həyata keçirildi. Hal-hazırda bu günə qədər xəstəxanamızda 385nəfərdən analiz nümunəsi götürülərək laboratoriyaya verilmişdir və bugünkü günə qədər xidməti ərazimizdə 13 nəfərdə COVİD-19 virusu aşkar olunmuşdur. Onlardan hal-hazırda Karantin xəstəxanasında  müalicə olunanlar 6 nəfər, 7 nəfər isə sağalaraq evə buraxılmışdır. Çox sevindirici haldır ki, ərazimizdə ölümlə nəticələnən hallar baş verməmişdir. Buna görədə bizdə çalışırıq ki,  Xocalı rayon əhalisi ilə bərabər xidməti ərazimizdə olan hər bir vətəndaşımızın sağlamlığı keşiyində duraq və bu bəlanın cənab  Prezidentimizin  dediyi kimi  ən az itki ilə çıxması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq və bunu edəcəyik. Bu yolda  Ali Baş kamandan Cənab Prezidentimizə uğurlar,can sağlığı arzulayırıq və əminik ki, Prezidentimiz apardığı uğurlu  siyasət nəticəsində xalqımıza olan dəstəyi istər maddi , istər mənəvi dəstəyi nəticəsində bizim dövlətimiz bu bəladan az zərərlə və az itki ilə çıxacağıq.

Çiçək Quliyeva,
Xocalı Rayon Mərkəzi Xəstəxanasının böyük tibb bacısı, “Tərəqqi” medalı mükafatçısı

Keçidlər