Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdirəlayiq təklifi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları nəinki milli səviyyədə, Covid- 19 infeksiyası ilə mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda regional və qilobal miqyasda da bu istiqamətdə həmrəilyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhvə verir. İlk addim olaraq Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin təşəbbüsü ilə aprelin 10 da Türk şurasının videokonfrans vasitəsilə fovqəladə Zirvə görüşü keçirildi.Bu ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronovirus pandemiyasına həsr olunmuş zirvə görüşü keçirib.Bu tədbirin davamı olaraq, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qurupu farmatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “Covid-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Qoşulmama Hərakatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş diektoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.
Azərbaycan Respulikası həmçinin Covid 19-a qarşı mübarizədən qlobal həmrəliyin nümunəsi kimi Ümumdüya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə hümanitar yardım göstərib. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhvəsidir.
Prezident İlham Əliyev qoşulmama Hərakatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambileyasının dövlət və hökumət başçıları səviyyəsində video konfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü.
BMT Nizamnəməsinə əsasən Baş Assambleya ehtiyac duyduğu tədqirdə xüsusi sessiyalar keçirə bilər. Üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.
Təklif Nyu- Yorkda Qoşulmama Hərakatına 120 üzv ölkə arasında yekdilliklə razilaşdırılıb. Bundan sonra İlham Əliyev Qoşulmama Hərakatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçılar səviyyəsində video konfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28 də Baş Assambleyasının “Prosedur Qayıdaları” adlı sənədinin 9-cu bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətinə, yəni iyunun 27-nə qədər təşəbbüsə münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, 97 ölkənin təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan Respublikası tərəfində olan rəsmi məlumata görə, 130–dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Fikrimcə, Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın gösdəricisidir. Düşünürəm ki, Prezidentimiz İlham Əliyev təkcə regional məsələlərdə deyil, dünya miqyasında baş verən qlobal hadisələr zamanı da qətiyyətli mövqe nümayiş etdirir.
BMT Baş Assambeliyasının xüsusi sessiyası çərçivəsində üzv dövlətlərin təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən Covid-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var.
Prezidentimizin bu təklifi də yerində verilmiş çox düzgün qərar və təklifdir.Bütün dünya dövlətləri, həmçinin bizim xalqımız da Prezidentimizin bu təklifini bəyənir və dəstəkləyir.
Tarverdiyeva Elyanə Sahib qızı,
Xocalı rayon Natiq Şahmuradov adına 6 №-li Kərkicahan qəsədə tam orta məktəbin müəllimi