Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ziyalıları hər zaman Prezidentimizin yanındadı, onun apardığı məqsədyönlü siyasəti birmənalı olaraq dəstəkləyir!

10 iyul 2020 | 16:00

Azərbaycan dövləti dünyanı bürüyən pandemiya ilə mübarizə tədbirlərini uğurla davam etdirir.Ölkədə tətbiq olunan xüsusı karantin rejimi ,səhiyyə sistemində həyata kecirilən yeniliklər Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda FHN-in tibb mərkəzinin koronoviruslu xəstələrin müalicəsi ücün nəzərdə tutulan modul tipli hospitalın açılısı təhlükəli virusun təsirindən minimum itkilərlə cıxmağı təmin etməkdir. Lakin burda uğur formulu birtərəfli xarakter ala bilməz.Dövlətin gördüyü fenominal işlərə əhali öz məsuliyyəti ilə intizamı və davranısı ilə qarşılıq verməlidir.İyulun 6-da Bakının Xətai rayonunda FHN-in Tibb mərkəzinin modul tipli hospitalının açılısı Azərbaycan dövltinin koronavirus xəstəliyinə qarşı effektiv və prinsipial mübarizə tədbirlərinin davam etdirdiyinin real ifadəsidir.10 korpusdan ibarət, 800 xəstəni qəbul etmək gücündə olan hospitalda müalicə işi ilə yanası labarator müayinəni də qısa müddətə və keyfiyyətlə apararaq habelə vahid idarəetmə və tibbi əlaqələndirmə ilə təmin olunmasında böyük rol oynayacaq. Prezident İlham Əliyev öz cıxışında bildirdi ki hec bir ölkə özünü tam sığortalanmıs hesab edə bilməz. Bu xəstəlik sərhədlər tanımır.Ona görə də beynəlxalq əməkdaslıga böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımlar atır. Belə hesab olunurdu ki , belə pandemiyalar, epidemiyalar ancaq geridə qalmıs ölkələr üçün. Amma həyat onu göstərirki bu belə deyil.Bu gün pandemiyadan ən cox əziyyet cəkən inkişaf etmiş ölkələrdir.
Bu günlərdə Azərbaycanda xəstələnənlərin sayı sağalanların sayından çoxdur.Ona görə də lazımi addımlar atılır.Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir.Bunun da qarşısını almaq üçün cərimələr artırılır, sərt karantin rejimi tətbiq olunur.Bütün qaydalar insanların sağlamlığının qorunması üçündür.
Prezident İlham Əliyev bildirdi ki , Xətai rayonunda yaxın vaxtlarda basqa bir modul tipli xəstəxana tikiləcək və həmin xəstəxana 1300 xəstəni qəbul edəcək.Gələcəkdə daha10 dənə modul tipli xəstəxananın tikintisi gündəmdədi. Baxmayaraq ki, yoluxanların sayı artır bu gün Azərbaycanda vəziyyət nəzarət altındadır. Azərbaycan Ümumdünya Səhiyyə təşkilatı ilə sıx əlaqə saxlayır. Ümumdünya Səhiyyə təşkilatı Azərbaycanda bu xəstəliyin qarşısını almaq ücün əməli addımlar atır. Pandemiya Azərbaycan iqtisadiyyatına böyük ziyan vurdu.Buna baxmayaraq ön planda insanların sağlamlığı dayanır. Pandemiyaya baxmayaraq,  Azərbaycanda heç bir sosial layihələr dayanmadı. İşsizlərə və pandemiyadan zərər çəkən insanlara maddi yardım edilir.Neftin qiymətinin dünya bazarında aşagı düşməsinə baxmayaraq islahatlar davam edir. Prezident bildirdiki neftin qiyməti nə qədər aşagı düşsədə biz böhrandan çıxa biləcəyik. Son 6 ay ərzində vergi və gömrükdən Azərbaycan büdcəsinə xeyli vəsait daxil olub.
Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan inkişaf edir. Daxili və xarici siyasətdə ugurlar əldə olunur.Belə cətin bir vaxtda biz, Azərbaycan ziyalıları dövlətimizin, Prezidentimizin    yanındayıq və onun daxili və xarici siyasətdə apardığı işləri dəstəkləyiriķ.

Xocalı rayon ziyalısı Mehdiyeva Rahilə Mehdi qızı.

Keçidlər