Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə tezliklə bizim olacaq!...

14 iyul 2020 | 16:00

Tanrı anamız Azərbaycandan heç nəyi əsirgəməyib - əsrarəngiz təbiəti, bərəkətli torpağı, yeraltı, yerüstü sərvətləri olan yurdumuz Yer üzünün cənnətməkan bir diyarı kimi həmişə dünyanın nəzər-diqqətini özünə cəlb etmişdir. Nə edək ki, bütün bu gözəlliklərlə bərabər, bəxtimizə Ermənistan kimi işğalçı bir qonşu, mənfur bir düşmün düşüb. O qonşu ki, həmişə çörəyimizi yeyib, suyumuzu içib, torpağımıza göz dikib.O düşmən ki, zaman-zaman baş qaldırıb üstümüzə şığıyıb, qan töküb torpaqlarımızı mənimsəyib.O düşmən ki, atəşkəs reimini özü pozub və layiqli cavabını alaraq geri çəkilib.
Növbəti təxribatını da iyul ayının 12-si törədən düşmən günorta saatlarından Ermənistan-Azərbaycan sərhədini Tovuz rayonu istiqamətində pozaraq silahlı qüvvülərimizin hissələrini atəşə tutub. Əlbəttə ki, həmişə oldugu kimi, bu dəfə də təxribat cavabsız qalmayıb. Ali Baş Komandanın tapşırığı əsasında həyata keçirilən əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavab verilib, onların bir neçə obyekti bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.
İyul ayının 13-də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsizlik şurasının təcili iclası keçirilib. Ali Baş Komandan Azərbaycan ordusuna düşmənə layiqli cavab vermək tapşırığı verib. Rəşadətli Azərbaycan ordusunun əks hücumları nəticəsində xeyli itki verən düşmən artıq təşvişə düşüb, geri çəkilib. Bəli, qoy nəinki mənfur düşmənlərimiz, eləcə də bütün dünya bilsin ki, bu gün Ermənistanın qarşısında duracaq böyük Azərbaycan ordusu var və bu ordu düşmənin hər bir hücumuna layiqli cavab verməyə hazırdı. Azərbaycan xalqı işğalla heç vaxt barışmayıb və barışa da bilməz. Ermənistanın işğalçı dəstələrinin yurdumuzun torpaqlarından qovulmasına lap az qalıb Azərbaycanın güclü ordusu, sarsılmaz gücü Vətənimizin ərazi bütövlüyünü qəhramancasına qoruyub və həmişə qoruyacaq.
Xalqımız müdrik xalqdır, çətin gündə birləşməyi, Ali Baş Komandanın arxasında dayanmağı bacaran xalqdır. Bugün mülki əhali arasından minlərlə insan könüllü olaraq cəbhəyə getməyə hazır olduqlarını bəyan edir. Lakin ordumuz elə bugünki heyətində də yetərincə güclüdür, sarsılmazdır, düşməni yerində oturtmağa hazırdır.
Azərbaycan bir dövlət kimi də dünyaya özünü sübut etmiş, tanıtmışdır. Son vaxtlar ölkəmiz Beynəlxalq Arenada da xeyli irəliləyib. Bu isə dövlət başçımız İlham Əliyevin beynəlxalq səviyyədə güclü bir lider kimi tanınmasının nəticəsidir. Beynəlxalq Arenada bütün dayaqlarını yavaş-yavaş itirən Ermənistan isə tez-tez əlini silaha atır, özünü sübut etməyə çalışır. Hər dəfə də böyük itkilər verərək geri çəkilməyə məcbur olur.
Əgər odlu silahlar işə düşübsə, əgər tanklar, pulemyotlar gurlayırsa demək, qan tökülür, demək, yenə şəhid verir anamız Azərbaycan. Çünki bu müharibədir, müharibə isə itkisiz qaçılmazdır. Artıq bir neçə şəhidimizin nəşləri öz doğulduqları torpaqlarına tapşırılıb. Onların arasında 18 yaşlı çox gənc balamız da var, 3 körpə övladını doyunca görə bilməyən şəhid atamız da. Onların şəhid ruhları qarşısında bizim vəfa borcumuz var. Biz onların ata-analarına layiqincə xidmət edib, övladlarının qayğısını daima çəksək də, bu borcu ödəyə bilmərik.
Başın sağ olsun, başı bəlalı Azərbaycan! Başını uca edən qəhraman əsgərlərinə eşq olsun, Ana Vətən!

Xocalı rayon ziyalısı Eldəniz Məhərrəmov

Keçidlər