Prezident Cənab İlham Əliyevin dünyada artan siyasi nüfuzu və Güclü Ordumuzla qürur duyuruq!
Tovuz rayonu istiqamətində erməni terorçularının 12 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı təxribata cəhd göstərmələrinin qarşısı Ordumuz tərəfindən layiqincə alınaraq, düşmən tərəf ağır zərbə alaraq geri oturduruldu. Dəfələrlə bu kimi təxribatlara cəhd edən düşmən tərəfi güclü və qürurverici ordumuzun sayəsində acı məğlubiyyət yaşamış, çoxlu sayda əsgər itkisi ilə düşmən etdiyi hücumundan geri çəkilməyə məcbur edilmişdir. Şanlı ordumuzun cəsur oğulları erməni terorçularına layiq olduğu cavabı verməklə hər birimizi qürurlandırdı.
Ermənistanın bu əməli ilə artıq sülhə əməl etməməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı təxribatı ilə müharibənin başlanmasına cəhd göstərməsi və illərlə aparılan danışıqlardan yayınaraq təcavüzkar niyyətindən əl çəkməməsi açıq-aydın görünür.
Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin də bu yaxınlarda bəyan etdiyi kimi “Ermənistan Aprel hadisələrini unutmamalıdır”.
Çünki 2016-cı ilin Aprelində baş vermiş döyüşdə ermənilərin çoxlu sayda əsgəri Ordumuz tərəfindən məhv edilmiş düşmənin hərbi texnikası ələ keçirilərək geniş bir ərazi “Lələ təpə” hərbi strateji yüksəkliyində əsgərlərmiz üç rəngli bayrağımızı sancaraq, düşmənə bir daha göz dağı, dəhşət yaşatmışdır.
Əlbəttə ki, erməni höküməti hazırda yaşadığı ağır böhranı cəbhə bölgəsində təxribat törətməklə ört-bastır etmək niyyətinə düşmüşdür.
Ölkə başçısı Cənab İlham Əliyevin son günlər dünyada artan nüfuzu dövlətimizin siyasi uğuru erməni höküməti tərəfindən qısqançlıqla qarşılanır.
Prezident Cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının çağırılmasının təşəbbüsünün dəstəklənməsi və bir neçə gün öncə Prezident İlham Əliyevin BMT-nin Baş Katibi Antonio Quterreşlə danışığı zamanı bir daha həmrəyliyin və bəşəri insanlığın xoşniyyət obrazını dünyaya təqdim etdi.
Azərbaycan Dövlətinin dünyaya sülhsevər siyasət yürüdərək, hər bir humanist insani dəyərlərə hörmətlə yanaşması, dünyanın siyasi gündəmində yeni siyasi mənzərə yaratmışdır. Lakin erməni höküməti öz təxribatçı əməlləri ilə düşmən mövqeyi aşıladığı azmış kimi, daha da azğınlaşaraq terorçuluq niyyətindən əl çəkmədən bu günədək müstəqil Azərbaycan dövlətinin qədim 20 faiz torpaqlarını bu günədək işğal altında saxlamaqda davam edir. Bu azmış kimi dünyaya qondarmaQ arabağ vilayəti xülyasını təbliğ etməyə cəhd göstərir, təxribatçı hərəkət və düşüncələrindən əl çəkmir.
Ötən gün Tovuz rayonu istiqamətində erməni ordusunun Azərbaycan torpağına hücumunu məndə vətəndaş olaraq pisləyirəm və bunu düşmən tərəfin qəsbkar olduğuna meyl etməsi, sülhdən yayınaraq Azərbaycana qarşı düşmənçilik fikirindən əl çəkməmək niyyəti kimi başa düşürəm.
Bu təxribat zamanı Ordumuzun bir neçə əsgərlərinin qəhrəmancasına həlak olaraq şəhid olması hamı kimi məni də kədərləndirdi.
Allahdan Şəhid oğullarmıza rəhmət diləyirəm!
Düşmən bunu da unutmamalıdır ki, onun heç bir təxribatçı hərəkəti cavabsız qalmır, şəhidlərmizin qisası güclü və qürurverici Ordumuz tərəfindən alınır. Tovuz istiqamətində gedən döyüşdə düşmən tərəfi ağır zərbələr alaraq çoxlu sayda əsgər həlak olaraq döyüş müvqeləri məhv edilmişdi.
Ermənilərin 12 İyul 2020-ci ildə Tovuz rayonu istiqamətində təxribat törətməsi Azərbaycan dövlətinin dünyada artan nüfuzuna, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin daha da güclənməsinə qarşı ehtiyatlanması, bütün bunlara qısqanclıqla yanaşmasına növbəti bir sübutudur.
Məhz Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Şurasının video-konfrans çərçivəsində iclasının keçirilməsi zamanı Ölkə Başçısı Prezident İlham Əliyevin çıxışı bir daha vətəndaş olaraq məndə qürur doğurdu. Həmin iclasda Prezident Cənab İlham Əliyev qeyd etdi ki “Azərbaycan Ermənistanın bütün cavablarına adekvat cavab verir”.
Qeyd edim ki, düşmənin hər bir təxribatı onun acı sonluqla zərər çəkməsi ilə nəticələnir, bu bir reallıqdır!
Mən inanıram ki, xalqımız Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin əmrini səbrsizliklə gözləyir və ordumuzun gücünə inanır. Bu yolda hər bir vətəndaşımız Şəhid olmaq arzusu ilə yaşayır.
Arzum odur ki, tezliklə üçrəngli bayrağımız Qarabağda dalğalansın!
Tanrı xalqımızı, Azərbaycan Ordusunu qorusun!.
Aydın Əliyev,
Xocalı rayonu Qaragav kənd tam orta məktəbinin direktoru