Cənab Prezidentimizin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Cənab Prezident iclasda nitq söyləyib. Ermənistan-Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr haqqında ictimaiyyətə geniş məlumat vermişdir. Qeyd etmişdirki, iyulun 12-də Erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artılleriya ilə zərbə endirmişdir və bu zərbə nəticəsində bizim hərbçilərimiz şəhid olmuşlar. Lakin görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı və əminəmki bu, onlara yaxşı dərs oldu. Lakin ermənilər növbəti dəfə təxribat törətdilər və nəticədə yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid olmuşlar. Cənab Prezident bildirmişdir ki, “Onun anası ilə telefonla danışdım, baş sağlığı verdim, Allahdan səbr dilədim. Əmin etdim ki, oğlunun qanı yerdə qalmayıb.
Prezident çıxışında diplomatik fəaliyyətimizin zəif olmasından danışdı. Bunun da səbəbkarı XİN-nin düzgün işləməməsidir. Odur ki, İlham Əliyev cənabları iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər Naziri vəzifəsinə təyin etmişdir. Biz inanırıq ki, məhz bu addım bir ölkə kimi diplomatik fəaliyyətimizə tez bir zamanda öz töhvəsini verəcəkdir.
Biz bu günlərdə də Türkiyədən qardaşlıq və dostluq münasibətini gördük. Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, 100 il öncə Ənvər Paşanın göndərdiyi Qafqaz İslam ordusunun və onun komutanı Nuri Paşanın elədiyini biz bu gün davam etdirəcəyik.
Biz inanırıq ki, Cənab Prezidentimizin uzaqgörən siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezidentimizin daxili və xarici siyasətini bəyənir və dəstəkləyir.
Rufiyə Bayramova
Xocalı rayon Cəmilli kənd tam orta məktəbinin müəllimi