Şriftin ölçüsü :

Saytın rəngi :

Unutmamalıyıq ki, eyni səngərin əsgərləriyik!

19 iyul 2020 | 16:00

Hörmətli Prezidentimiz cənab İlham Əliyevə bildirmək istəyirik ki, biz hər zaman sizinləyik. Cənab Prezidentimizin apardığı daxili və xarici siyasət çox uğurla davam etdirilir. Xalqımız da bunu görür, dəyərləndirir və məhz buna görədir ki, hər zaman ona dəstəyini bildirir.
     Məlumdur ki, 12.07.2020-ci il tarixindən düşmən qüvvələrinin qəflətən cəbhənin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq kəndlərimizi və dövlət sərhəddimizdəki mövqelərimizi iriçaplı silahlardan və artilleriyadan atəşə tutublar. Eləcə də qürur və sevinc hissi ilə izlədik ki, Qəhrəman Ordumuzun igidliyi, çevikliyi və operativliyi sayəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edildi, cəzalandırıldı. Var olsun Şanlı və Qəhrəman Ordumuz!
     Belə bir məqamda  xalqın vətəninə, prezidentinə, ordusuna olan sevgisi bir daha bütün dünyaya, o cümlədən düşmənə və ona havadar çıxan qüvvələrə bəyan oldu. Düşmənin dövlətimizə qarşı apardığı ədalətsiz müharibədə və son hadisələrdə Azərbaycanda olan siyasi partiya rəhbərlərinin və üzvlərinin ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini bəyan etmələri buna əsas sübutdur. Xalqımız bir daha sübut etdi ki, ağı–qaradan seçir. Daxildən və xaricdən ölkəmizə, dövlətçiliyimizə qarşı təxribat niyyətində olan qüvvələri-insanları tanıyır və ifşa edir, eyni zamanda da onlara inanılacaq zaman olmadığını göstərir. Qısası Prezidentimizin dediyi kimi indi 1992-ci il deyil!...
    Əminik ki, cənab prezidentimizin apardığı daxil və xarici siyasət bizi-xalqımızı günəşli, aydın səhərlərə, qələbələrə, Qarabağa, bir sözlə milli xoşbəxtçiliyə aparacaq, qovuşduracaq! Sevinirik ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab İlham Əliyev Prezidentimiz və Ali Baş Komandanımızdır! Allah Xalqımızı, Dövlətimizi, Prezidentimizi və Ordumuzu qorusun!
     Allahdan bu haqq yolunda canlarını fəda edən şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirəm, ailələrinə və yaxınlarına səbr diləyirəm.
     Başın sağ olsun, Vətən!


Tahir Həsənov,
Xocalı rayon ziyalısı

Keçidlər