Şəhid ailələrinə və Qarabağ əlillərinə qayğı daim dövlətin nəzarətindədir!
Çox gözəl və müdrikcəsin deyilmiş bir fikir var “Vətən onu qoruyanındır” !
Müstəqil Azərbaycan Dövləti hər zaman hər bir çətin anda vətəndaşının yanında olmuş, Dövlət tərəfindən vətəndaşa hərtərəfli qayğı göstərilmiş, bu siyasət bu gündə davam etdirilir.
Ölkəmizdə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən vətən uğrunda şəhid olmuş oğulların ailə üzvlərinə qayğının göstərilməsi, Şəhid ailələrinin üzvlərinə şəhid övladına qanunla bir çox imtiyazların verilməsi sosial-iqtisadi mənafelərinin maddi vəziyyətlərinin yaxşılaşması üçün fundamental sosial siyasi ənənənin bünövrəsi qoyulmuş bu siyasət dövlətin daim nəzarətində olmuşdur.
Bu gün də Ölkə başçısı Prezident Cənab İlham Əliyevin göstəriş və sərəncamına əsasən vətənin müdafiəsi uğrunda Şəhid olmuş minlərlə oğullarmızın xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Vətənin müdafiəsində qəhrəmancasına həlak olmuş və yaxud əlil olmuş şəxs dövlətimiz tərəfindən birmənalı olaraq bu qayğıdan kənar qalmır. Bu bir növ insan kapitalına verilən ən böyük dəyər kimi başa düşülməlidir.
Xatırlatmaq istərdim ki, 2016 cı il aprel ayında Tərtər rayonu istiqamətində düşmənin başladığı hücum təxribatının qarşısını alarkən düşmənə ağır zərbələr endirərək qəhrəmancasına şəhid olan oğullarımızın xatirəsi həm dövlətimiz, həmdə xalqımız tərəfindən hər il uca tutulur və yad olunurlar. Hər il Şəhid ailələrinə Qarabağ əlillərinə mənzillər dövlətimiz tərəfindən təqdim olunur. Qarabağ əlillərinə şəxsi avtomobillər verilir və bu qayğı daha çox bir ənənə xarakteri daşıyır.
Müharibə şəraitində yaşamağımızı nəzərə alaraq, Ölkə başçısı Cənab İlham Əliyevin siyasi iradəsi sayəsində hər bir sahədə məqsədyönlü inkişaf davam etdirilir, insanların qayğısına qalmaqla yanaşı hər bir vətəndaşın probleminin həlli istiqamətində mühüm işlər görülür.Şəhidlərin ailə üzvləri də vətəndaş olaraq özünü daim dövlətin qayğısı əhatəsində hiss etmiş. Hər bir çətin anında dövlətinin yanında olmasından, vətəndaşına arxa-dayaq olmasından qürur duymuşdur.
2019-cu ilin yanvar ayının 28-də Prezident Cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şəhidlərin ailə üzvləri , Qarabağ qaziləri ilə görüşün keçirilməsi bu qayğının sözdə deyil əməldə olması, problemi olan Şəhid oğulların ailə üzvlərində, Qarabağ uğrunda döyüşlərdə əlil olmuş şəxslərdə dövlətə qarşı böyük sevgi və hörmət, minəttdarlıq hissi yaratmışdır. Xüsusilə son dövrlərdə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə Qarabağ qazisinin müalicəsinə dəstək göstərilmiş, həttda onların xaricdə belə müalicəsinə maddi yardım olunmuşdur. Bununla yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhid ailələrinin problemləri daim diqqətdə saxlanılaraq onlara Fondun vəsaiti hesabına ev verilmiş, şəhid oğullarımızın övladlarının təhsil haqqı ödənilmiş. Şəhid ailələri üçün çoxmənzilli bina tikilərək Şəhidlərin ailə üzvlərinə təqdim olunmuşdur.
Vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Şəhid alilərinin üzvləri ilə yaxından maraqlanmaq üçün onların evində qonaq olmuş Şəhid anaları ilə görüşmüş, onları bir-bir bağrına basaraq onların kədərinə şərik olduğunu səmimiyətilə bildirmişdir.
Bir neçə gün öncə Bakı şəhərində yerləşən Qobu-3 yaşayış kompleksində Şəhid ailələrinə çoxmənzilli binanın Prezident Cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə təqim olunma mərasimi keçirilmiş, mənzillər şəhidlərin yaxınlarına təqdim olunmuşdur. Bu insansevərliyin, humanizmin ölkəmizdə təbliği vətəndaşa göstərilən qayğının bariz nümunəsidir.
Təcavüzkar Ermənistanın 12 iyul tarixdə Tovuz rayonu istiqamətində yerləşən mövqelərindən təxribata cəhd edərkən, vətənin müdafiəsi uğrunda qəhrəmanlıq göstərərək, düşmənin hücumunun qarşını alaraq şəhid olmuş oğullarımızın ailə üzvlərinə Dövlətimiz tərəfindən dəstək göstərildi. Şəhid olmuş yüksək rütbəli hərbiçilərimiz general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə Ali baş Komandan Prezident Cənab İlham Əliyevin göstərişinə əsasən mənzil verildi.
Heydər Əliyev Fondunun Prezidenti, I vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa göstərişinə əsasən 12 iyul tarixində Tovuz rayonu istiqamətində düşmənin təxribatının qarşısını alarkən şəhid olmuş oğullarmızın problemlərinin həllinin yerində araşdırılması Şəhid ailələrinə qayğı göstərmək məqsədilə fondun əməkdaşları Şəhidlərin ailə üzvlərilə görüşlər keçirmiş onların problemləri dinlənilmişdir. Birinci xanım Vitse-prezident Mehriban xanım Əliyeva qeyd etmişdir ki, “Mən fəxr edirəm ki mənim belə qardaşlarım var.Biz tezliklə onların sayəsində Azərbaycanın üç rəngli bayrağının Qarabağda dalğalanmasına nail olacağıq”. Bu dövlətin öz vətəndaşının daim hər bir çətin anda yanında olması humanist ideyaların cəmiyətdə təbliğinə yönəlmiş çox mühüm çağrışdır.
Məhz yüzlərlə şəhid oğullarının yaxınları Qarabağ əlilləri, dövlət başçısı Cənab İlham Əliyevə göstərilən qayğıya görə öz minəttdarlığını bildirməklə yanaşı, daim Prezident İlham Əliyevi dəstəklədiklərini lazım gələrsə vətən uğrunda onlar da şəhid olmağa hazır olduqlarını bildirmişlər.
Prezident Cənab İlham Əliyevin dediyi kimi “Şəhidlərmizin adı Dövlətimiz tərəfindən daim uca tutulur onların xatirəsi əbədiləşdirilir. Şəhid oğullarmızın qisası düşməndən alınır və alınacaqdır da!”
Vətənin müdafiəsi uğrunda həlak olan hər şəhid öz ölümü ilə ölümsüzlük qazanır, hər bir vətəndaşa vətənpərvər olmağı öyrətməklə yanaşı, milyonlarla insanın qəlbində qəhrəman adını yazmışdır.
Allah vətən uğrunda Şəhid olmuş oğullarmıza rəhmət eləsin!
Aydın Əliyev,
Xocalı rayon ziyalısı