Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəman hərbiçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır

24 iyul 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin 2020 – ci ilin iyul ayının 12 - dən başlayaraq Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına ciddi ziyan dəymişdir.Əsas ziyan Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə çox ciddi ziyan dəymişdir. İlkin qiymətləndirmələrə görə bu kəndlərdə dinc əhaliyə məxsus 35 ev və yardımçı tikililərin habelə vətəndaşların şəxsi əmlakını və əkin sahələrinin müxtəlif dərəcədə ziyan gördüyü müyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bu əsasən kəndlilərə çəkilən qaz boruları, elektrik naqilləri sosial və rabitə infrastukturudur.
     Dondar Quşçu kəndinin ərazisinə 20 – dən çox top mərmisi düşmüşdür. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı əraziyə düşərək yaşayış evlərini yararsız hala salmışdır. Ermənilərin atdığı atəşlər nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olub. Erməni cəlladlarının bu məkirli hiyləgər planları dinc sakinlərin ev eşiklərinin dağılmasına və onların öz həyət bacalarında gəzərkən düşmən gülləsinə tuş gələrək  həyatlarını itirmələrinə səbəb olur. Təcavüzkar Ermənistan dövlətinin bu hiyləgərliyi məkirli təxribatı baş tutmadı. Tovuzluların, kənd sakinlərinin ümumiyyətlə bütöv Azərbaycan xalqının birliyi dəyanətliliyi, mərdliyi, vətənpərvərliyi bütün dünya ölkələrində böyük müzakirələrə səbəb oldu. Lider ölkələrin xüsusən də qardaş Türkiyə dövlətinin ölkəmizə olan diqqəti qürur verici oldu. Qarabağ cəbhəsində Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini bilən ermənistanın təxribatı baş tutmadı. Cənab Ali Baş Komandirimiz İlham Əliyevin millətini hər zaman diqqət mərkəzində saxlaması göz önündədir.  Belə ki, “Böyük Qayıdış” ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi cəbhəyanı bölgələrdə normal həyat tərzinin bərpa edilməsinin nə dərəcədə vacib olduğunun əyani göstəricisidir.
     Ağdam və Tərtər rayonlarında da döyüş əməliyyatları zamanı yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi təmiri və bərpası işləri cəmi 6 ay ərzində başa çatdırıb. Cənab Prezidentimizin tapşırığına əsasən  kənd sakinlərinə dəymiş ziyan tam həcmdə müəyyən edildikdən və qiymətləndirmə aparıldıqdan sonra dinc əhaliyə yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlarına, infrastruktra dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlər və yaşayış evlərinin tam bərpası işlərinin tam sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək. Dəymiş zərərin müəyyənləşdirilməsi və qiymətləndirilməsinin qısa müddətdə başa çatdırılması üçün mütəxəssislər qrupuna bütün zəruri dəstək göstərilir. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Onuda vurğulamaq lazımdır ki, dövlət başçısının tapşırığı ilə Tovuz rayonunun döyüşlər gedən ərazisində infrastrukturu bərpa olunması prioritet məsələ olaraq müəyyən edilib.
     Azərbaycan dövləti vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın  qəhrəman hərbiçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır. Tovuz rayonuna dəyən zərərin tezliklə aradan qaldırılması bunun daha bir göstəricisi olacaq.

 

Vüsalə Mirzəyeva,
Xocalı rayon ziyalısı

Keçidlər