Gücümüz həmrəyliyimizdədir!
Bizim vətənimiz Azərbaycanın həm keşməkeşli, həm də şərəfli bir tarixi var. Bu şərəfli tarixə öz adlarini yazan vətənin gözəl gələcəyi üçün şirin canlarından keçən oğullarımız və qızlarımız var. Bütün xalqım, başda Cənab Prezidentimiz İlham Əliyev olmaqla hamımız vətənimizi göz bəbəyimiz kimi sevir və qorumağa çalışırıq. Nəinki təkcə azərbaycanlılar, həm də Azərbaycanı dəstəkləyən Türkdilli ölkələr də bizim vətənimizi öz vətənləri bilir, acılararımızı öz acıları kimi çəkir, sevincimizə şərik olurlar. Bütün bunlar hamısı onların bizim xalqımızı düşünməsindən, ölkəmizi sevməsindən irəli gəlir.
Bu günlərdə Möhtərəm Prezidentimizin Bakının Xətai rayonunda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və avtomobillərin verilməsi zamanı etdiyi çıxışdan məlum olur ki, Cənab Prezidentimiz ölkəmizin belə ağır bir vəziyyətində, belə çətin pandemiya dönemində yenə də öz xalqını, öz milletini fikirləşir. Ümumilikdə Azərbaycanda xüsusi kateqoriyadan olan şəxslər üçün güzəşt və imtiyazların ildən ilə çoxaldılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 1997 və 2019-cu illər ərzində şəhid ailələri və müharibə əlillərinə 7588 ədəd mənzil və fərdi ev verilib. İlin əvvəlindən indiyədək 450 mənzil təqdim olunub. 2020-ci ilin bu gününə qədər 150 yerli istehsal olan "Khazar LX" avtomobili verilib və 400 ədəd də verilməsi planlaşdırılır. Şəhid ailələrinə və müharibə əlillərinə müavinət və təqaüdlər 2019-cu ilin aprelindən təxminən 100% artib. İlin birinci və ikinci yarısında DOST (Dayanıqlı Operativ Sosial Təminat) mərkəzlərinə 61057 vətəndaş müraciət edib. Tezliklə Binəqədi, Abşeron, Sumqayıt, Quba və Bərdədə də DOST mərkəzlərinin açılması nəzərdə tutulur.
Bizim hamımız birdəfəlik dərk etməliyik ki, uzaq görən prezidentimizin siyasəti nəticəsində dövlət büdcəmizin çox hissəsi sosial məsələlərin həllinə xərclənir. Sevindirici haldır ki, Cənab Prezidentimizin özünün də qeyd etdiyi kimi onun çağırışına artıq özəl sektorlar PAŞA Holding və KAPİTAL Bank da qoşulub. PAŞA Holding Qobu qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün 3 şəhərcik inşa edib. Biz güclü dövlətik, bizim güclü sosial siyasətimiz var. Bunu bəzi müavinətlərin 50%, bəzilərin isə 100% artırılması sübüt edir.
Bizim günü-gündən artan həmrəyliyimizi və gücümüzü bizim düşmənlərimizin gözü götürmür. Biz bunu 12 iyulda mənfur ermənilərin Tovuz rayonuna etdiyi hərbi təxribatda gördük. Onlar namərdcəsinə artileriya hücümü edib, nəinki hərbiçilərimizi hətta dinc əhalini də atəşə tutmuşlar. Lakin bizim mərd əsgərlərimiz QİSAS əməliyyatı keçirərək onların arzularını gözlərində qoymuşlar. Düzdür, biz yenə də adlı sanlı generalımızı, mayorumuzu və bundan başqa bir neçə hərbiçimizi şəhid verdik. Ancaq biz bununla fəxr edirik, necəki onların ailələri onların bu yüksək adı "ŞƏHİDLİK" adı ilə fəxr etdiyi kimi. Biz onsuzda ermənilərin necə satqın, necə xain olduqlarını bilirdik. Onlar Tovuza etdikləri qəfil hücumdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına etdikləri müraciətlə bunu bir daha təsdiqlədilər. Lakin sevindirici haldır ki, 6 dövlətdən 3-ü - Qazaxıstan, Qırğızıstan Qoşulmama hərəkatına üzv olan Belarusiya Azərbaycanı dəstəklədi
Bizim Ordumuzu gücləndirən, müasir silahlarla silahlandırmağa qadir olan büdcəmiz var. Bizim büdcə vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir. Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsindədir. Bu siyasət nəticəsində bir də Azərbaycanı sevən Türk dilli ölkələrin köməkliyi nəticəsində bizim ordumuz daha da güclənəcək, düşməndə qalan qisasımızı mərdliklə alacağıq. Bu işdə İslam Əməkdaşlıq Təşkilatinda 57 ölkə, Qoşulmama hərəkatında isə 120 ölkə Azərbaycanı dəstəkləyir.
Sonda bir azərbaycanlı kimi, yurdundan yuvasından ayrı düşən bir vətəndaş kimi əminliklə demək istəyirəm ki, biz həmrəy olaraq bütün şəhidlərimizin qisasını mənfur, namərd, xain ermənilərdən alacaq, öz dogma ata-baba yurmuza qayıdacağıq. Necə ki, Cocuq- Mərcanlı sakinləri qayıtdıqları kimi. Biz buna Möhtərəm Prezidentimizin uzaq görən siyasəti və xalqımızın birliyi nəticəsində nail olacağıq.
Reyhan Əliyeva,
Xocalı rayon ziyalısı