Güclü Ordu, Güclü Dövlət deməkdir!
Tarixən istənilən dövlətin əsirlər boyu müstəqilliyinin əbədi qalmasında güclü ordunun olması önəm daşımışdır. Dünyada böyük dövlətlər öz torpaqlarının ərazisini genişləndirmək üçün digər dövlətin torpaqlarını zəbt etmiş və sərhədlərini möhkəmləndirmişdir. Belə bir məqamda hər bir müstəqil dövlətin güclü ordusunun olması zərurəti yaratmışdır.
Azərbaycanın ilk ordu quruculuğu 1918-ci ildə yaranmasına baxmayaraq, bu könüllü dəstələrdən ibarət olan ordu Şərqdə yaranmış ilk dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti qurulmasında çox böyük rola malik olmasına baxmayaraq 23 aydan sonra ADR-lə birgə süqut etmişdir.
Azərbaycan xalqı hər zaman öz vətənpərvərliyi cəsurluğu ilə fərqlənmiş öz Vətəni uğrunda canını əsl qəhrəman olaraq fəda etmiş və vətənə kor baxan doğma yurdumuza qarşı məkirli niyyətdə olan düşmən yerində məhv edilmişdir. Məhz bu gün fəxrlə bilərik ki, Azərbaycanın ərazi qorunmasında yüzlərlə Qarabağ döyüşlərində əsl şücayət göstərərək bir çoxu Milli Qəhrəman adına layiq görülmüş düşmənlə üz-üzə döyüşərək şəhid olmuşdur. Lakin 1991-ci il oktyabrın 18-də müstəqilliyimizi əldə etsəkdə o zamankı hakimiyyətdə olan şəxslərin orduya diqqət və qayğı göstərməməsi, orduda nizam-intizamın olmaması sayəsində Qarabağda gedən döyüşlərdə çoxlu sayda itkilərmiz olmuş, Azərbaycanın qədim-əzəli torpaqlarının 20%-i düşmən tərəfindən zəbt olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə xalqın tələb və təkidi ilə hakimiyyətə gəlməsi ilə ölkəmizin başı üstünü alan qara buludlar tez bir zamanda çəkilərək, sabitlik əminamanlıq bərpa olundu, tez bir zamanda Müstəqil Azərbaycan Dövlətinin Ordu quruculuğunda çox böyük nizam-intizam yaradıldı. Ulu öndərmiz qətiyyət və diqqət göstərərək tez-tez cəhbə bölgəsinə yollanaraq əsgərlərlə görüşərək döyüşən əsgərlərmizin yanında olmağı ilə onlara böyük ruh yüksəkliyi bəxş edirdi.
Ulu öndər Heydər Əliyev ordumuzun güclənməsi naminə zamanın olduğunu nəzərə alaraq 1994-cü ildə atəşkəsə nail olaraq ölkəmizdə ordunun güclənməsi əsgər və zabit heyətinin döyüşə hazırlıq səviyyəsi yönümündə çox böyük işlər aparılmışdır. Məhz dahi rəhbər Heydər Əliyevin birbaşa göstərişi ilə Cəmşid Naxçıvaniski adına hərbi ali məktəb yaradılmış və bu hərbi ali məktəbə gənclər qəbul edilərək hərbi sirrlərin öyrədilməsinə nail olunmuşdur. Ümummilli lider Heydər Əliyev çıxışında qeyd etmişdir ki, “Müstəqilliyimizin əbədi olması üçün Azərbaycanın nizami və güclü ordusu olması mütləqdir ”.
Bu gün də Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Ali Baş Komandan Prezident Cənab İlham Əliyev tərəfindən ordu quruculuğuna böyük önəm verilir, ordumuzun güclənməsi naminə qətiyyətli və məqsədyönlü siyasət aparılır. Dünyada bu gün siyasi güc nə qədər önəmlidirsə, güclü orduya sahib olmaq o qədər də vacib və önəmli hesab olunur.
Məhz bu gün Ulu öndərin təməlini qoyduğu müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf edərək, güclənərək yeni mərhələyə qədəm qoymuşdur. Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin sayəsində Milli Ordumuzun maddi-texniki dahada gücləndirildi, Silahlı Qüvvələrin bütün bölmələrində əsgər və zabitlətlərə dövlət qayğısı əhəmiyyətli dərəcədə yüksəldi. Prezident İlham Əliyevin Ordu quruculuğunda ən mühüm uğurlardan biri Müdafiə Sənayesi Nazirliyinin yaradılması Azərbaycan Ordusunun qüdrətini, hərbi rəşadətini 2016-cı il aprel döyüşləri bir daha təsdiq etdi. Ermənistanın törətdiyi təxribatlara layiqli cavab verən Azərbaycan Ordusu düşmənə öldürücü zərbə vurmaqla öz hərbi gücünü göstərdi hər birmizin “Lələtəpə Zəfəri" kimi uğurlu döyüş əməliyyatı sandığımız 3 günlük döyüşdə ermənistan ordusu güclü və yüksək döyüş ruhlu Azərbaycan əsgərləri qarşısında məğlub olaraq çoxlu sayda hərbi texnika və əsgər sayı ilə geri çəkilməyə məğlubiyyətə düçar olmuşdur. Prezident cənab İlham Əliyev demişdir “Lələtəpə Zəfəri aprel döyüşləri bir daha Azərbaycan Ordusunun güclü olduğunu sübut etdi ... “.
Orduya dövlətin göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Ordusu ən güclü 50 ordu sırasındadır.
Koronovirus (Covid-19) pandemiyası ilə əlaqədar gecikərək, Böyük Qələbənin 75 illik yubleyi münasibətilə Rusiya Federasiyasında Moskvada Qızıl Meydanda 24 iyun 2020-ci il tarixdə keçirilən hərbi paradda 12 ölkənin iştirak etdiyi Hərbi Paradda Azərbaycanın 75 nəfərlik hərbi heyətinində iştirak etməsi, hərbi paradda 1-ci olaraq Azərbaycanın hərbi heyətinin Qızıl Meydanda irəlləməsi bir daha onu deməyə əsas verir ki, Müstəqil Azərbaycan Dövləti bu gün güclü Orduya malikdir.
Bu yaxınlarda Türkiyə Dövləti ilə Dövlətimizin bağladığı Saziş bir daha bir millət iki Dövlət anlamında əlaqələrmizi daha da möhkəmləndirərək, Türkiyə Dövlətindən Silahlı Qüvvələrin Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərin keçirilməsi hər iki qardaş dövlətin güclü orduya malik olmasının nümayişi dünyaya hərbi-siyasi mesaj oldu .
Biz əminik ki, tezliklə Azərbaycan Dövləti sahib olduğu qüdrətli və yüksək döyüş bacarığı olan Ordusu sayəsində, düşmən tapdağı altında olan qədim və əzəli doğma yurd yerlərmizi azad edəcək üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Prezident Cənab İlham Əliyev qeyd etdiyi kimi “ermənistan birləşmələri işgal etdikləri torpaqlarmızı tezliklə geri qaytarmalıdırlar".
Biz əminik ki, işğal olunmuş torpaqlarmız tezliklə Ali Baş Komandan Prezident İlham Əliyevin sayəsində düşmən tapdağından azad olunacaq çünki, Azərbaycan Dövlətinin güclü ordusu var və xalqın orduya inamı böyükdür. Xalq Ordunun ən böyük dəstəkçisi arxasında dayanmış ordumuzun daim yanında olmağa hazır könüllü döyüşçülərdir.
Güclü Ordumuzla qürur duyuram və bu Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarmıza Allahdan rəhmət diləyirəm.
Aydın Əliyev,
Xocalı rayon Qaragav kənd
tam orta məktəbin direktoru